Anar Nəcəfli 24 sentyabrdan etibarən hər axşam saat 20:00-da ARB TV-də xəbərlər proqramının aparıcısı olacaq.
Bununla bağlı Modern.az-a danışan Anar Nəcəfli Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi vəzifəsindən ayrılmadığını və işinə davam etdiyini bildirib.
O qeyd edib ki, bundan sonra əsas işilə paralel olaraq həm də, ARB TV-nin əsas xəbər buraxılışının aparıcısı olaraq da fəaliyyətini davam etdirəcək:
“Bununla əlaqədar Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinə, şəxsən Agentliyin İdarə Heyətinin sədri Saleh Məmmədova, İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi vəzifəsində qalaraq, həm də ARB TV-nin xəbər aparıcısı kimi fəaliyyət göstərməyimə razılıq verdiyi üçün minnətdarlığımı bildirirəm”.
O həmçinin, ARB TV-nin rəbərliyinə ona etimad göstərib uzun illərdən sonra yenidən efirə qayıtmağına şərait yaratdığı üçün təşəkkür edib:
“Bundan sonra da çalışacam ki, həm təmsil etdiyim qurumun ictimaiyyətlə əlaqələrinin müsbət istiqamətdə inişaf etdirilməsində əlimdən gələni etməyə davam edim, həm də xəbər aparıcısı olaraq mənə göstərilən etimadı doğruldum”.