Arxiv
18 Oktyabr 2018, 08:31 | AKTUAL
Sağlığında qiymət verək insanlara…

“Qarabağ qaziləri” İctimai Birliyinin sədri Etimad bəy Əsədovun ölüm xəbərini eşidəndə bərk sarsıldım. Ağlıma ilk gələn bu oldu ki, yəqin, avtoqəza keçirib. Onun birdən-birə bu yaşında vəfat etməsini ağlıma gətirə bilmirdim.


...Onunla cəmisi 7 ay əvvəl görüşmüşdük. Xəstə olduğumu eşidən kimi zəng edib evimizin yerini soruşmuş və heç bir saat keçməmiş oğlum onu qarşılayıb evə gətirmişdi. Özü də adəti üzrə əlidolu gəlmişdi. Həmişəki qayğıkeş, səmimi Etimad idi. Mənə ürək-dirək verərək, tezliklə sağalacağımı, hələ qarşıda görüləcək çox işlərimizin olduğunu deyirdi. Nə qədər arzusu, planlari vardı...


...Onunla ilk dəfə 1994-cü ilin dekabrında şəxsən tanış olmuşdum. Təsisçisi və Baş redaktoru olduğum “Zaman” qəzeti maliyyə çətinliyinə gorə fəaliyyətini müvəqqəti dayandırdığından, başqa bir qəzet üçün ondan müsahibə almaq məqsədilə Qarabağ Əlillər Cəmiyyətinin Dərnəgüldəki qərərgahına gəlmişdim. Burda məlum oldu ki, Etimad bəy məni qiyabi olaraq hələ 1992-ci ildən – Müdafiə Nazirliyinin “Xalq ordusu” qəzetinin baş redaktoru olduğum vaxtdan tanıyır. Xüsusilə qəzetin şüarı – “Yağılara aman vermə!” – onun çox xoşuna gəlmişdi.  Azərbaycan mətbuatı tarixində ilk dəfə mənim rəhbərliyim ilə birbaşa ön cəbhədə buraxılmış “Döyüş bülletenləri”ni də yüksək qiymətləndirirdi. Əhali arasında, xüsusilə də döyüş bölgələrində bu qədər populyar olan qəzetin o vaxtkı müdafiə naziri R.Qazıyev tərəfindən bağlanmasını isə səhv addım hesab edirdi.


Sonra gözləmədiyim halda Etimad bəy “Zaman” qəzeti ilə maraqlandı, son vaxtlar çıxmamasının səbəbini soruşdu və dedi:

-          Bir neçə aydan sonra QƏC-ə poliqrafiya avadanlığı veriləcək. Əgər Nizamnaməni dəyişdirib, bizi də “Zaman”ın həmtəsisçisi kimi qəbul etsəniz, mən qəzeti cəmiyyətin Poliqrafiya sexində buraxaram, redaksiyaya otaq verərəm və 4-5 işçiyə az da olsa əmək haqqı üçün vəsait ayıraram.


Mən, təbii ki, razılaşdım. Çünki “Xalq ordusu”ndan sonra “Zaman”da da biz Qarabağ mövzusuna, şəhid və əlillərə xüsusi diqqət verirdik. Beləliklə, 1995-ci ilin sentyabrından “Zaman” QƏC-in orqanı kimi fəaliyyətə başladı.


Təəssüf ki, Etimad bəylə birgə fəaliyyətimiz cəmisi bir il davam etdi. Amma bu bir ili mən “Zaman”ın “qızıl dövrü” adlandırardım. Qəzet olduqca faydalı iş görürdü. Onlarla Qarabağ müharibəsi əlilinə mənzil və torpaq sahəsi almaqda, ehtiyacı olanları respublikada və xaricdə müalicə etdirməkdə, protezlə təmin etməkdə və s. qəzetin əvəzsiz xidmətləri olmuşdu. Etimad bəy nəinki qəzetin işinə müdaxilə etmir, əksinə, öz yüksək nüfuzu sayəsində bizi müxtəlif məmurların təzyiqlərindən qətiyyətlə müdafiə edirdi. E.Əsədovun diqqət və qayğısı “Zaman”ı Bakıda və respublikanın bütün rayonlarında ən obyektiv, cəsarətli və oxunaqlı qəzetlərdən birinə çevirmişdi.

İndiki kimi yadımdadır, fəaliyyətə başladıqdan bir az sonra Etimad bəy bir gənclə mənim otaqıma gəlib dedi:

-          Bu oğlanın jurnalist təhsili yoxdur, lakin döyüş təcrübəsi var, vətənpərvərdir və qəzet işinə böyük həvəsi vardır. Onunla ciddi məşğul olsan, tezliklə bəhrəsini görəcəksən.


Öz bacarığı və çalışqanlığı ilə qısa muddətdə qəzetin aparıcı müxbirlərindən birinə çevrilmiş həmin gənc sonralar başqa qəzetlərdə də uğurla fəaliyyət göstərmiş, hazırda isə “Qaziler.az” saytının redaktoru, tanınmış jurnalist Rey Kərimoğlu idi.

Ümumiyyətlə, əlillərə diqqət və qayğı göstərməyi, onların dolanışığı və sağlamlığı ilə maraqlanmağı Etimad bəy özünün mənəvi borcu hesab edirdi və bu cəhətdən bir çox rəhbər işçiyə nümunə idi. Xəstələrə və hərəkət məhdudiyyəti olanlara özü şəxsən baş çəkirdi və həmişə də dərmanla, ərzaqla, pulla yardım edirdi ki əlillər özlərini tənha və unudulmuş hesab etməsinlər.


Belə bir rəhbərin həyatdan vaxtsız köçməsi təkcə doğma və qohumlarını yox, həmçinin Etimad bəyi yaxından tanıyanların hamısını qəm-qüssəyə qərq edib.


Ümidvar olmaq istərdim ki, bu cür ləyaqətli və şərəfli bir ömür yaşamış Qarabağ  qazisi səlahiyyət sahiblərinin diqqətindən kənarda qalmayacaq və ölümündən sonra da olsa  onun xidmətlərinə layiqincə qiymət veriləcək. “Qarabağ qaziləri” İB təşəbbüsü öz üzərinə götürməli, E.Əsədovun xatirəsini əbədiləşdirmək üçün hökumətə lazımi təkliflər verməli, bütün etimadsevərlər isə bu təkliflərin reallığa çevrilməsi üçün öz səylərini əsirgəməməlidirlər.

 

Adil  ZAMAN,

“Zaman” qəzetinin baş redaktoru

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
595 nəfər toylara BURAXILMADI 29 Noyabr 2021, 09:50 Minaya düşən hərbçilərimizin ayaqları amputasiya edildi 29 Noyabr 2021, 09:47 Qoşulmama Hərəkatının Parlamentlər Şəbəkəsi Bakıya toplaşacaq 29 Noyabr 2021, 09:42 Ötən günün cinayət STATİSTİKASI 29 Noyabr 2021, 09:40 “Taliban” Avropa ittifaqından yardım istədi 29 Noyabr 2021, 09:27 Türkmənistanın mediadan gizlədilən birinci ledisi - Onun fotosu ilk dəfə YAYIMLANDI 29 Noyabr 2021, 09:01 Bu gün "Qızıl top" mükafatının qalibi bəlli olacaq 29 Noyabr 2021, 08:31 Bu günün hava PROQNOZU 29 Noyabr 2021, 08:24 “Brent” neft BAHALAŞDI 29 Noyabr 2021, 08:12 İsrail sərhədləri bağlayır 29 Noyabr 2021, 08:07 “Omikron”un daha yoluxucu olması ilə bağlı sübutlar YOXDUR 29 Noyabr 2021, 00:50 Bayden və Putin ilin sonuna qədər danışa bilər 29 Noyabr 2021, 00:42 Polşada Nizami Gəncəvinin 880 illiyi qeyd edildi 29 Noyabr 2021, 00:22 Əliyev Aşqabadda nəyə nail oldu? 29 Noyabr 2021, 00:04 Tovuzda ölümlə nəticələn ağır qəza 28 Noyabr 2021, 23:55 Spiker Ərəb Parlamentinin sədri ilə görüşdü 28 Noyabr 2021, 23:32 Sahibə Qafarova pakistanlı həmkarı ilə GÖRÜŞDÜ 28 Noyabr 2021, 23:18 Taliban avropalı diplomatlarla danışıqlar apardı 28 Noyabr 2021, 22:50 Deputatlar Qırğızıstan seçkilərini İZLƏDİLƏR 28 Noyabr 2021, 22:32 “Omikron”u öyrənmək üç həftə vaxt alacaq 28 Noyabr 2021, 22:08 Prezidentin Türkmənistana səfəri başa çatdı 28 Noyabr 2021, 21:47 Azərbaycan və Tacikistan Prezidentləri arasında görüş - YENİLƏNİB 28 Noyabr 2021, 21:44 İlham Əliyev və Ərdoğan görüşdü - YENİLƏNİB 28 Noyabr 2021, 21:35 İlham Əliyev və Rəisi arasında Zəngəzur dəhlizi müzakirəsi 28 Noyabr 2021, 21:30 Rəisi Qarabağdan DANIŞDI 28 Noyabr 2021, 21:24 Türkiyədə koronavirusla bağlı son vəziyyət 28 Noyabr 2021, 21:16 İlham Əliyev və Rəisi görüşdü - YENİLƏNİB 28 Noyabr 2021, 21:00 "Omikron" bu dəfə Danimarkada 28 Noyabr 2021, 20:56 Çexiyada yeni hökumət rəhbəri 28 Noyabr 2021, 20:44 “Qalatasaray”ın sabiq prezidenti vəfat etdi 28 Noyabr 2021, 20:16 Qırğızıstan seçkilərinin ilkin nəticələri 28 Noyabr 2021, 19:52 İran, Azərbaycan və Türkmənistan arasında qaz MÜQAVİLƏSİ 28 Noyabr 2021, 19:45 "Region ölkələri ilə ticarətin inkişafı prioritetidir" - Rəisi 28 Noyabr 2021, 19:25 Ərdoğan Zəngəzur dəhlizindən DANIŞDI 28 Noyabr 2021, 19:11 Tehranın hədəfi 28 Noyabr 2021, 18:45
SORĞU Kommunal xərciniz ən çox hansı xidmətə gedir?