Arxiv
9 Dekabr 2009, 12:00 | ÖLKƏ
Azərbaycanda “sarılıq” xəstəliyinin statistikası düzgün aparılırmı?

Bu gün geniş yayılan xəstəliklərdən biri hamımızın “sarılıq” kimi tanıdığımız hepatit virusudur. Dünyada bu xəstəlikdən əziyyət çəkən çox sayda insanlar var. Qaraciyər xəstəliyi olan bu virusun müxtəlif genotipləri (hepatit A, B, C və s.) yayılıb. Son zamanlar hepatit xəstəliyinin sürətlə yayılması bu xəstəliklə bağlı mübarizəni gücləndirməyi, profilaktik tədbirləri artırmağı zəruri edib. Ümumdünya Səhiyyə Təşkilatının məlumata görə, dünya əhalisinin ən azı 4 faizi hepatit C virusuna yoluxub. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin məlumatına görə, 2007-ci ildə ölkəmizdə viruslu hepatitlərə yoluxmuş 2223, 2008-ci ildə isə 2364 xəstə qeydə alınıb. 2009-cu ilin statistikasını isə nə Dövlət Statistika Komitəsindən, nə də Səhiyyə Nazirliyindən öyrənə bildik. Modern.az bu xəstəlikləbağlı mütəxəssislərin fikrini öyrənib.

Akademik Namiq Əliyev hepatitə yoluxma vəziyyətinin  Azərbaycanda stabil olduğunu deyib: “Əsasən narkotik vasitələrindən istifadə edənlər bu xəstəliyə yoluxur. Bu virus qaraciyərin şişməsinə səbəb olur. Nəticə də ağır fəsadlara gətirib çıxarır. Xəstəliyə yoluxmuş insan heç bir ağrıdan şikayət etmir. Bu virus özünü büruzə vermədiyindən onu vaxtında sezmək çox çətindir. Xəstəliyinin simptomları solğunluq, saralma, halsızlıq, ürək bulantısı, yüksək temperatur və üşümədir. Uzun müddət keçəndən sonra virusa yoluxmuş şəxsin gözlərinin içi saralır, ağzı acı olur. Ölkədə bu xəstəliklı bağlı vəziyyət stabildir. İnsanlara ildə bir dəfə peyvənd vurulmalıdır. Bu gün hər kəs həmin təhlükəli virusa yoluxmadan özünü qorumalıdır”.

Professor Adil Qeybulla xəstəliyin təhlükəli olduğunu bildirib: “Bu virus nəinki Azərbaycanda, bütün dünyada kifayət qədər geniş yayılıb. Bütün virus hepatitləri əslində infeksion sarılığı olan A virusunun qeyri-hüceyrəvi formasıdır və bu formanı dəyişdikcə yeni xassə alınır. Ondan sonra meydana gələn B, C, D, E və s. formaları hazırda mövcuddur ki, bunlar dünyaya yayılmaqdadır. Virus hepatitin bir xüsusiyyəti var ki, bu viruslar qana düşdükdən sonra qaraciyər hüceyrələrinə çökürlər və bu hüceyrələrin resursları hesabına çoxalırlar. Sonra qaraciyərdə iltibahi proses yaranır. Hepatit C hüceyrə daxilinə keçir və hüceyrələri dağıtmağa başalayır. Nəticədə qaraciyər hüceyrələri dağılır. Həm hepatit B, həm də C son anda qaraciyər serrozuna gətirib çıxara bilər. Bu baxımdan da xəstəlik kifayət qədər təhlükəli hesab edilir. Təhlükəli tərəfinin biri də ondan ibarətdir ki, onlar orqanizmə düşəndən sonra uzun müddət xüsusi bir əlamətlə özünü bildirmir. Yəni xəstələr bunun fərqində olmurlar və həkimə müraciət etmirlər. 6 ay müddətində xəstəlik kəskin dövrünü yaşayır. Sonra xəstəlik xroniki formaya keçir. Xroniki formaya keçən xəstəlik çox zaman müalicəyə çətin tabe olur, nəticədə qaraciyərin hepatitini törədir”.

A.Qeybulla xəstəliyin yayılmasının əsasən sterilizə edilməyən yerlərdə olduğunu deyir: “Araşdərmalar göstərir ki, Azərbaycanda geniş yayılan hepatit B və C virusu qan ilə keçir. Əsasən sterilizə olunmayan yerlərdə-gözəllik salonları, stamatoloqlar, manikür-pedikür olunan, qan təmizləmə yerlərində və bəzi cərrahi proseduralar zamanı alətlər lazımı qədər dezinfeksiya olunmadıqda hepatitə yoluxma riski yaranır. İstər stamatoloji, istər ginekaloji və digər kabinetlər virusu öldürən xüsusi antiseptiklərlə təchiz olunmalıdır. Xəstənin üzərində işlənən hər bir alət istifadə olunduqdan və yuyulduqdan sonra, müəyyən müddət ərzində təlimata uyğun olaraq həmin antiseptik məhlulda saxlanılıb, sonra dezinfeksiya olunmalıdır”.

Professor ölkədə hepatitlə bağlı statistikanın düzgün aparılmadığını bildirib: “Çox təəssüflər olsun ki, viruslu hepatitin müalicəsi də xeyli baha başa gəlir. Xüsusilə bu hepatit C-yə aiddir. Əhali bu virusa yoluxduqda müalicə olunma imkanından da məhrum olur. Mən hesab edirəm ki, hepatit virusunun yayılma dinamikası və statistikası ilə bağlı Azərbaycanda konkret real məlumat yoxdur. Bu məqsədlə əhalinin dispanserizasiyası vacibdir. Əhali arasında virus hepatiti aşkar olunduqda əhali vaksinasiya olunmalıdır. Azərbaycanda hepatit A və B virusunun vaksini  var. Bunlar elə də baha deyil. Yaxşı olar ki, hər kəs vaksinasiya olunsun. Heç olmazsa A və B virusuna tutulma ehtimalı olmasın. Hepatit B-nin isə 1 genotipi var. Hepatit C virusunun isə 6 genotipi olduğu üçün onun vaksini hələ hazırlanmaqdadır. Onların hər biri üçün vaksin hazırlanmalıdır”.

A.Qeybulla əhaliyə diqqətli olmağı tövsiyə edir: “Ümumdünya səhiyyə təşkilatı 500 milyondan çox adamın Hepatit C virusuna yoluxduğunu qeyd edir. Bu rəqəm günü-gündən dəyişir. Misal üçün, AİDS virusuna hər 16 saniyədə bir insan yoluxur. Bu bütün dünya üzrə nə dərəcədə artım deməkdir. Hepatitlər də bu cürdür. Əhalinin özü də çox diqqətli olmalıdır. Stamatoloji, kosmetoloji kabinetlərə gedəndə tələb edilməlidir ki, alətlər sterilizə edilsin. Bu istiqamətdə maarifləndirmə olmalıdır. Təəssüflər olsun ki, Azərbaycan da xeyli xəstə var. Bu xəstələr də sadaladığım məsələlərin qurbanı olurlar. Hər bir həkim, mütəxəssis bilməlidir ki, ehtiyatsızlıq üzündən kimisə bu virusa yoluxdura bilər və həmin şəxsin həyatında ciddi bir problem yarana bilər. İranda hepatit viruslarının yoxlanması üçün xüsusi klinika fəaliyyət göstərir. Bu təbii ki, çox gözəl praktikadır. Azərbaycanda da bu tətbiq olunmalıdır. Çünki bu, xəstəliyin qarşısını ala bilər. Mütəmadi olaraq maarifləndirmə işi aparılmalıdır. Bu məsələ gündəmdə saxlanılıb, ictimaiyyətin diqqətinə çatdırılmalıdır ki, insanlar məlumatlı olsunlar. Çünki söhbət kifayət qədər ciddi məsələdən gedir”.

Elementar gigiyena qaydalarına əməl etmək olduqca vacibdir. Sağlam həyat yaşamaq istəyiriksə, bütün hallarda ehtiyatlı olmalıyıq.

Günay MUSAYEVA

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Hacıqabulda yeni zavodun təməli qoyuldu - FOTO 9 Dekabr 2019, 17:32 Azercell “Ən yaxşı stend dizaynına görə” sertifikatla təltif edilib 9 Dekabr 2019, 17:26 İcra başçısı müşavirə keçirdi 9 Dekabr 2019, 17:23 Prezident Əlişir Musayevi “Əmək” ordeni ilə təltif etdi 9 Dekabr 2019, 17:15 Azərbaycanda rus dilində 338 məktəb fəaliyyət göstərir - Nazir müavini 9 Dekabr 2019, 17:06 Novruz Məmmədov feysbuka QAYITDI - FOTO 9 Dekabr 2019, 16:59 Eks-prezident oğluna şirkət hədiyyə etdi 9 Dekabr 2019, 16:49 “Türk dövlətlərinin resursları birləşdirməsi zamanın tələbidir” - Elməddin Behbud 9 Dekabr 2019, 16:46 İlham Əliyev Ukrayna Prezidentinə başsağlığı verib 9 Dekabr 2019, 16:41 Naxçıvan Ali Məclisi də buraxıldı - Yeni seçki keçiriləcək - SƏRƏNCAM 9 Dekabr 2019, 16:36 Zakir Qaralov ögey övladlara işgəncə faktını nəzarətə götürdü 9 Dekabr 2019, 16:36 İlham Əliyevdən 17 min 800 nəfəri sevindirəcək SƏRƏNCAM 9 Dekabr 2019, 16:22 Prezident Dövlət Neft Fondu Müşahidə Şurasının yeni tərkibini təsdiq etdi 9 Dekabr 2019, 16:20 ADP bu namizədlərlə seçkiyə gedir - SİYAHI 9 Dekabr 2019, 16:18 Rüstəmxanlı ailəsindən növbədənkənar seçki QƏRARI 9 Dekabr 2019, 16:06 Deputatdan cəbhə və sərhəd bölgəsinin əhalisi ilə bağlı vacib TƏKLİF 9 Dekabr 2019, 15:58 AMEA doktorantura və dissertanturaya qəbul elan edib 9 Dekabr 2019, 15:52 İrandan gələn Azərbaycan vətəndaşının daxili orqanında narkotik aşkarlanıb 9 Dekabr 2019, 15:47 Azərbaycan Turizm Bürosu Çində mükafat qazandı 9 Dekabr 2019, 15:41 Türkiyədə bomba partladı - 2 nəfər öldü, 7-si yaralandı 9 Dekabr 2019, 15:36 Ermənistanın hərbi büdcəsi AÇIQLANDI 9 Dekabr 2019, 15:30 Hacıqabulda gənclərlə görüş keçirilib - FOTO 9 Dekabr 2019, 15:22 Azərbaycan Ordusunun komandir toplanışı keçirilib - FOTO 9 Dekabr 2019, 15:14 Fazil Məmmədovdan xəbər VAR 9 Dekabr 2019, 15:07 Azərbaycan və Rusiya arasında yeni sənədlər İMZALANDI 9 Dekabr 2019, 14:56 “Bu namizədlərin seçkilərdə uğur qazanması mümkün deyil” - Ekspert 9 Dekabr 2019, 14:53 Lavrov bu gün Trampla görüşəcək 9 Dekabr 2019, 14:50 BMU-da Heydər Əliyevin anım tədbiri keçirilib - Foto   9 Dekabr 2019, 14:45 Bakıda uşaqlara qarşı iyrənc əməl - Hədələyib 1850 manat aldılar 9 Dekabr 2019, 14:40 Gəncədə 60 yaşlı kişi dərmandan zəhərlənib öldü 9 Dekabr 2019, 14:32 İlham Əliyev rusiyalı naziri qəbul edib - YENİLƏNİB - FOTO 9 Dekabr 2019, 14:26 Rusiya bütün beynəlxalq yarışlardan kənarlaşdırıldı  - QADAĞA 9 Dekabr 2019, 14:25 “Dəyərlərin öyrədilməsinə uyğun tədris proqramları hazırlanmalıdır- Fuat Bakışlı yazır...   9 Dekabr 2019, 14:17 Dünyanın ən gənc baş naziri seçildi - FOTO 9 Dekabr 2019, 14:10 Vulkan püskürdü, 5 nəfər öldü 9 Dekabr 2019, 14:00