Arxiv
16 Noyabr 2018, 14:17 | MEDİA
Bakı Meriyasının yeni mətbuat katibi: “Bu məsələdə fərq qoyula bilməz” -  MÜSAHİBƏ    

Ötən gün Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Eldar Əzizovun əmri ilə Səbail rayon İcra Hakimiyyətinin məsul əməkdaşı İsrafil Kərimov meriyanın mətbuat xidmətinin rəhbəri təyin olunub.

 

Məlumat üçün bildirək ki, İsrafil Kərimov Bakı şəhərində anadan olub. O, 190 saylı orta məktəbi və Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Tarix fakültəsini bitirib. Əmək fəaliyyətinə Xalça Muzeyində başlayıb.

 

Sovet ordusunda və Milli orduda xidmət edib. Bakı Məişət Kondisionerləri Zavodunda əvvəlcə fəhlə, sonra isə zavodun komsomol komitəsinin katibi işləyib. O, həmçinin Nərimanov və Səbail rayonlarının İcra hakimiyyətlərində çalışıb.

Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Qızıl qələm” mükafatı laureatıdır.

 

Yeni mətbuat katibi BŞİH-də görəcəyi işlər barədə Modern.az-a danışıb.

 

- İsrafil müəllim, yeni vəzifənizdə mətbuatla əlaqələrinizi necə quracaqsınız? Xüsusi işgüzar planlarınız nələrdir?

 

- Ən sıx şəkildə jurnalistlərlə əməkdaşlıq etməyə çalışacağıq. Mən Səbail Rayon İcra Hakimiyyətinin İctimai-siyasi şöbəsində müdir müavini olduğum müddətdə də mətbuatla əlaqələrə cavabdeh şəxs idim. Elə buna görə, daim jurnalistlərlə sıx əlaqədə olmuşam. Özüm də jurnalist olduğuma görə, mətbuatla, jurnalistlərlə əlaqələri səmərəli şəkildə qurmaq mənim üçün heç də çətin deyil.

 

- İnformasiyalar yayımlanarkən mətbuat orqanlarına, peşəkar və qeyri-peşəkar media nümayəndələrinə  fərq qoyulacaqmı?

 

- Bakı Şəhər İcra Hakimiyyətinin mətbuata göndəriləcək məlumatları press-reliz formasında hazırlanacaq, aparıcı saytlara və digərlərinə paylanacaq. Bu məsələdə fərq qoyula bilməz.

 

- Meriyanın mətbuat xidmətində kadr dəyişikliklərini düşünürsünüzmü?

- Bir müddət əvvəl mətbuata açıqlama verilmişdi. Gənc mütəxəssislərdən olan Ayna Əliyeva meriyanın  mətbuat xidmətinə yeni işçi kimi götürülüb. Bir nəfər köhnə əməkdaşımız da xidmətdə fəaliyyət göstərir. Beləliklə, həm meriyanın mətbuat xidmətinin keçmiş əməkdaşları, həm də gənc kadrlarla çiyin-çiyinə çalışacağıq.

Xatırlatmaq istəyirəm ki, ötən gün ölkə başçısının sərəncamı ilə Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi. Bu layiqli seçiminə görə, Prezident İlham Əliyevə təşəkkür edirik. Eldar müəllimə isə məni bu vəzifəyə layiq bildiyinə görə minnətdaram. Qeyd etdiyim kimi, həm prezidentin, həm də Bakı merinin qarşımıza qoyduğu tələbləri yerinə yetirməyə çalışacağıq.

 

- Eldar müəllimin İcra Hakimiyyətinin əməkdaşlarına təqdimatı keçirilibmi?

 

- Eldar müəllim, icra başçısının müavini vəzifəsinə təyin olunanda geniş təqdimat baş tutmuşdu. Ona görə, ikinci dəfə əlavə təqdimat keçirilməsinə ehtiyac hiss edilmədi.

 

- Yaxın zamanlarda yeni icra başçısının Bakının digər rayonlarının başçıları ilə toplantısı gözlənilirmi?

 

- Müşavirələr öz yerində, mütəmadi olaraq, həm yerlərdə, həm də Bakı Şəhər İcra Hakimiyyətində icra başçıları ilə görüşlər, toplantılar keçirilir. Gündəlik iş prosesində belə yığıncaqlar tez-tez baş tutur.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Sanksiya təhdidləri Türkiyəni haqlı mübarizədən yayındırmayacaq 17 Oktyabr 2019, 00:50 Prezident nazirlərdən hesab sordu: “Nə üçün bizdə qeyri-neft sektorunda ümumi artım o qədər də böyük deyil?” - DİALOQ 17 Oktyabr 2019, 00:44 Ərdoğan Rusiyaya gedir 17 Oktyabr 2019, 00:34 "PKK terror təşkilatı İŞİD-dən təhlükəlidir" - Tramp 17 Oktyabr 2019, 00:18 Azərbaycan nefti bahalaşdı 16 Oktyabr 2019, 23:59 Bakıda qardaş qardaşını bıçaqladı 16 Oktyabr 2019, 23:42 Hulusi Akar futbolçulara belə dəstək oldu - FOTO 16 Oktyabr 2019, 23:21 İlham Əliyevdən büdcə xərclərini şişirdənlərə XƏBƏRDARLIQ: “Öz cəzalarını alacaqlar” 16 Oktyabr 2019, 23:03 Bakıda ər həyat yoldaşı və qayınanasını qətlə yetirib YANDIRDI - FOTO 16 Oktyabr 2019, 22:41 “Azərbaycan sosial müdafiə sahəsində dünya miqyasında nümunəvi ölkədir” - İlham Əliyev 16 Oktyabr 2019, 22:24 Xəzərdə itkin düşən balıqçı belə axtarılır - VİDEO 16 Oktyabr 2019, 22:06 Prezidentdən bir-birlərini şantaj edən məmurlara XƏBƏRDARLIQ: “Bu, dözülməzdir” 16 Oktyabr 2019, 21:47 İlham Əliyev: “Mən Əli Əsədovu Baş Nazir təyin edərkən ona bir çox vəzifələr tapşırdım... islahatlar aparılmalıdır, o cümlədən kadr islahatları”   16 Oktyabr 2019, 21:31 Yeniyetmələr məişət zorakılığına qarşı mübarizə ilə bağlı bilgiləndirildi 16 Oktyabr 2019, 21:24 Tovuzda ağır yol qəzası: yaralılar var 16 Oktyabr 2019, 21:13 "Qarabağ" - APOEL oyununun biletləri satışa çıxarılır 16 Oktyabr 2019, 20:43 Hava limanından sərnişinlər təxliyyə olundu 16 Oktyabr 2019, 20:29 Beynəlxalq axtarışda olan azərbaycanlı qadın Belarusda tutuldu 16 Oktyabr 2019, 20:17 Suriyada yeni qaçqın təhlükəsi 16 Oktyabr 2019, 20:03 Fuad Qəhrəmanlının xanımı Baş prokurora müraciət etdi: "Mən və qızlarım şikayətçi deyilik" - FOTO 16 Oktyabr 2019, 19:59 AMEA-da yeni Mərkəz yaradıldı - Şahin Mustafayev direktor təyin olundu 16 Oktyabr 2019, 19:47 Yevlaxda iki avtomobil toqquşdu - xəsarət alan var 16 Oktyabr 2019, 19:33 Goranboyda qadını ilan vurdu 16 Oktyabr 2019, 19:26 Pompeo Türkiyə Prezidenti ilə görüşmək istəyir, Ərdoğan isə "Tramp gəlsin" deyir 16 Oktyabr 2019, 19:15 184 binanın istismarına icazə verildi – Dövlət Komitəsi 31 min mənzil sahibini SEVİNDİRDİ 16 Oktyabr 2019, 18:56 Azərbaycan bu təşkilata üzv qəbul edildi 16 Oktyabr 2019, 18:44 Goranboyda körpə qəfildən ölüb - səbəbi araşdırılır 16 Oktyabr 2019, 18:36 Prezident Mayıl Əhmədova orden verdi 16 Oktyabr 2019, 18:20 Aydın Mirzəzadə müxalifəti HƏDƏLƏDİ 16 Oktyabr 2019, 18:08 “Uşaq Qaynar Xətt” xidməti artıq qısa nömrədə   16 Oktyabr 2019, 17:57 Nazarbayev Bakı bulvarında piyada gəzdi - FOTO 16 Oktyabr 2019, 17:42 Messi 6-cı dəfə “Qızıl buts” aldı 16 Oktyabr 2019, 17:33 Minsk Qrupu Qarabağa səfər etmək üçün rəsmi Bakıdan icazə alıb - AÇIQLAMA 16 Oktyabr 2019, 17:18 Ağsuda betonqarışdıran maşın qaz kəmərini qırdı 16 Oktyabr 2019, 17:08 Aqiyə Naxçıvanlı vətəndaşları qəbul edib 16 Oktyabr 2019, 17:00