Arxiv
29 Noyabr 2018, 08:53 | MEDİA
Bizimkilər - Qızılgül Abdinova: “Düzünü deyim, həmişə sıxılmışam bu peşədə” - FOTOLAR  

“Facebook-da şivən qoparan jurnalistlərə əsəbləşməmək olmur”


Modern.az saytında “Bizimkilər” rubrikasına davam edirik. Bu rubrikada özümüzünkülərdən – jurnalist həmkarlarımızdan yazır, onları oxucularla daha yaxından tanış edirik. Rubrikamızın növbəti qonağı tanınmış jurnalist Qızılgül Abdinovadır.


Qızılgün Abdinova 1973-cü ildə Bərdə rayonunda doğulub. 1998-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakultəsini bitirib. “7 gün”, “Üc nöqtə”, “Avropa”, “Xalq Cəbhəsi”, “Mərkəz”, “Aydın yol” qəzetlərində, “Media forum” saytında işləyib. Hazırda tərcüməçiliklə məşğuldur. Ailəlidir, 2 övladı var.

 

- Jurnalistikaya gəlməyinizdən danışmağınızı istərdik.  

 

- Orta məktəbdə oxuyanda belə bir arzum olmuşdu. Amma sonralar hüquqşünas olmaq istəmişdim. Test üsulunun ilk tətbiq olunduğu illərdə ixtisas seçimi əvvəlcədən aparılırdı. Mən də birinci yerə hüquq, ikinci yerə jurnalistikanı yazmışdım. Hüquq fakültəsinə balım çatmadığı üçün jurnalistikaya düşdüm.    

 

- Necə düşünürsünüz, jurnalistikada irəliləmək asandır?

 

- İndiki jurnalistikada, yox, asan deyil. Amma bütövlükdə bu peşə əmək itirməyən peşədir. Başqa sahələrə nisbətən burada tez tanınmaq olur.

 

- Bu günə qədər haralarda işləmisiniz?

 

- Siz soruşun ki, haralarda işləməmişəm? Harda iş olub, gedib, işləmişəm. Redaktor da işləmişəm, müxbir də... Gördüyünüz kimi, tərcüməçilik də edirəm.   

 


- Jurnalistikadan sıxıldığınız anlar olub?

 

- Düzünü deyim, həmişə sıxılmışam bu peşədə. (Baxmayaraq ki, deyilənə görə, pis jurnalist olmamışam). Əvvəllər imzamın tanınması, hansısa yazımın təriflənməsi məni həvəsləndirirdi. İndi başa düşürəm ki, bunlar keçici şeylərdir. İş ya yaxşı pul gətirməlidir, ya da rahat olmalıdır. Bizim jurnalistikada bunların heç biri yoxdur.  

 

- Bəzən ailə həyatı xanımların karyerasının geriləməsinə səbəb olur, bəs sizdə necə? Ailə həyatı sizin jurnalist fəaliyyətinizə necə təsir edib?

 

- Məncə, biz əvvəlcə aydınlaşdırmalıyıq ki, “karyera” deyəndə nəyi nəzərdə tuturuq? Yəni Azərbaycanda “karyera qazanmaq” deyərkən nəzərdə tutulan proseslə, müasir dünyadakı prosesin arasında ciddi fərq var. Amma bütün hallarda ailə qadının nəinki karyera  qazanmasına, adi bir işdə işləməsinə də maneə yaradır. Mənim də işləməyimə ailəli olmağım ciddi əngəl törədib. Hətta Amerikada belə işləyən ailəli qadın əziyyət çəkir. Bizdə isə bu, əməlli-başlı məşəqqətdir.      

 

- Bildiyimizə görə, mərhum ananız alman mənşəli olub. Nə zamansa Azərbaycandan çıxıb getmək fikrinə düşmüsünüz?

 

-  Anamın anası – nənəm alman olub. Ailəlikcə repressiyaya, təzyiqlərə, təqiblərə məruz qalıblar.  Ulu babam həbs olunaraq, güllələnib. Nənəm sürgün olunub. Anam və qardaş-bacısı oxuduqları məktəbdə diskriminasiya ilə üzləşiblər. İndi Almaniyada məcburi surətdə vətəndən uzaq düşmüş və təbii ki, böyük əziyyətlər görmüş nəsillərin geri dönməsini mümkün edən qanunlar qəbul edilib. Bundan əvvəl də alman mənşəli insanlar Almaniya hökumətinə  fərdi qaydada müraciət edərək, bu ölkənin vətəndaşlığını ala biliblər.  O cümlədən mənim qohumlarım arasında da belə adamlar olub. Mənə gəlincə... hələ ki, burdayam.   

 


- Övladlarınızın gələcəkdə hansı sahəni seçməsini istərdiniz?

 

- Mən dayanmadan, yorulmadan onlara yaxşı insan olmağı öyrədirəm. Necə deyərlər, “gerisi təfərrüatdır”. 

 

- İllərin jurnalistisiniz, həmkarlarınızın hansı yanlışları gözünüzə çarpır?

 

-  Son vaxtlar məni narahat edən bir tendensiya yaranıb. Müəyyən bayram günlərində hansısa nazirliklər redaksiyalara hədiyyələr göndərir. Əslində mən daxilən bununla barışmıram, özümdən asılı deyil. Amma neyləmək olar, ümumi vəziyyəti hamımız bilirik. Di gəl ki, bəzi jurnalistlər  “mən qaldım” deyib, Facebook səhifələrində şivən qoparanda, əsəbləşməmək olmur. Adam, doğrudanmı sənin 20 manatın yoxdur, gedib bir tort alıb yeyəsən?! Bu ləlöyünlük nəyə lazımdır axı?  

 


- Öz xarakterinizdən danışmağınızı istərdik, necə birisiniz?

 

- Bu sualı oxuyanda dostlarımın üzlərində yaranacaq ifadəni düşünüb, ürəkdən gülürəm. Hamı mənim acıdilliyimdən dad edir. Amma hamı da bunu “Qızılgül filan vaxtı mənə belə dedi” deyə lətifə şəklində danışıb, gülür. Məsələn, bu yaxınlarda Facebook-da mənim statusuma şərh yazan bir dostuma “bircə anbardar Məmmədxanın yeri əksik idi” deyə reaksiya verdim. Düşünürdüm ki, o, bu zarafata ürəkdən güləcək. Əksinə, məndən bərk incidi. Yəni zarafatım belə acıdırsa, görün, acı sözüm necə ola bilər... Ümumən isə, deyəsən, yaxşı adamam.  Bir də... gülləri, şəkil çəkdirməyi, “koket” qadınları sevmirəm.

 

-  Yəqin ki, bütün müsahibələriniz, yazılarınız sizin üçün əzizdir. Onların içində xüsusilə unutmadığınız müsahibəniz var?

 

- Yazılarıma qarşı çox səhlənkaram. Onları yığıb saxlamıram. İndi də yadıma sala bilmirəm ki, hansı müsahibəm daha çox xoşuma gəlib? Belə bir şey danışa bilərəm sizə. “7 gün” qəzetində işləyəndə Yaponiya səfirini müsahibəyə dəvət etmişdik. Xanımı ilə redaksiyamıza gəlmişdi. Baş redaktor Emin Eminbəyli də daxil redaktorlar hamısı müsahibədə iştirak edirdi. Mən də onda siyasət müxbiri idim. Hamı ciddi, ağır suallar verirdi. Axıra yaxın səfir özü dedi ki, “xanım jurnalist heç sual vermir”. Mən də qayıtdım ki, “yapon qadınlar gözəldir, yoxsa azərbaycanlılar?”. Ab-hava dəyişdi, məlum oldu ki, səfir çox incə yumoru olan bir adam imiş. Xanımı da söhbətə qoşuldu, maraqlı bir müsahibə alındı...
Yeri gəlmişkən, səfir demişdi ki, azərbaycanlı qadınlar daha gözəldir.   

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ağsuda betonqarışdıran maşın qaz kəmərini qırdı 16 Oktyabr 2019, 17:08 2020-ci il üçün əmək miqrasiyası kvotasına dair təkliflər hazırlanıb 16 Oktyabr 2019, 16:59 Hadisə yerindən qaçan sürücü tutuldu 16 Oktyabr 2019, 16:58 Prezident yeni Dövlət Agentliyi yaratdı - FƏRMAN 16 Oktyabr 2019, 16:50 Şagirdlər niyə sinifdə saxlanılır? - “Uşaqlar “2” aldıqda valideynləri çağırıb deyirlər ki...” 16 Oktyabr 2019, 16:40 Prezidentdən Göyçayla bağlı SƏRƏNCAM 16 Oktyabr 2019, 16:39 Fədayə Laçınla birgə həbs edilən polkovnik azadlığa çıxdı 16 Oktyabr 2019, 16:39 Ərdoğandan sərt QƏRAR: "ABŞ-ın vitse-prezidenti və dövlət katibi ilə görüşməyəcəm" 16 Oktyabr 2019, 16:20 Azərbaycan Avropa Şurasının daha bir müqaviləsinə imza atıb 16 Oktyabr 2019, 16:09 Növbəti Məmmədyarov-Mnatsakanyan görüşünün keçiriləcəyi yer AÇIQLANDI 16 Oktyabr 2019, 16:09 Deputat Parlamentlərarası İttifaqa müraciət etdi: “Bəzi dövlətlərin əməlləri BMT Nizamnaməsinə ziddir” 16 Oktyabr 2019, 15:58 Təbiətə ziyan vuranlar CƏRİMƏLƏNDİ  16 Oktyabr 2019, 15:44 Nazirlik Dövlət Nəzarət Təhükəsizlik Departamentini Baş Prokurorluğa ŞİKAYƏT ETDİ 16 Oktyabr 2019, 15:41 183 min tondan çox pambıq təhvil verilib 16 Oktyabr 2019, 15:30 820 milyon adam aclıqdan, 2 milyard insan toxluqdan əziyyət çəkir 16 Oktyabr 2019, 15:16 9 ayda 6350 nəfərə reabilitasiya xidmətləri göstərilib 16 Oktyabr 2019, 15:14 MİDA 570 mənzili 1 dəqiqədə satdı - YENİLƏNİB 16 Oktyabr 2019, 15:11 Azərbaycanın dollardan imtina etməsi mümkün deyil - RƏY 16 Oktyabr 2019, 15:05 Milli Şura mitinqi Lökbatanada keçirməkdən İMTİNA ETDİ 16 Oktyabr 2019, 15:05 Nazir müavini səfirə orden təqdim etdi - FOTO 16 Oktyabr 2019, 14:58 Ərdoğan iclasda Qarabağı misal gətirdi 16 Oktyabr 2019, 14:40 İlham Əliyev Koreya Respublikası Milli Assambleyasının sədrini qəbul edib - YENİLƏNİB 16 Oktyabr 2019, 14:40 Həmsədrlər Qarabağa niyə gedir? – Konfliktoloq səbəbləri SADALADI 16 Oktyabr 2019, 14:39 “Türk dünyasını birləşdirən strateji yol açılır” - MirHəsən Seyidov 16 Oktyabr 2019, 14:22 Dövlət Statistika Komitəsi: Əhalinin siyahıyaalınması BAŞA ÇATDI 16 Oktyabr 2019, 14:19 Nazirlikdən XƏBƏRDARLIQ: “Balıqları məhv edənlər bilsin və qorxsun” 16 Oktyabr 2019, 14:15 Naftalanda piyada vuruldu – qaçan sürücü saxlanıldı 16 Oktyabr 2019, 14:14 “İŞİD dirçəlir” - Avropalı siyasətçilərdən həyəcan dolu ÇAĞIRIŞ 16 Oktyabr 2019, 14:11 Xorvatlar Bakıda möhtəşəm konsert verdilər - FOTO 16 Oktyabr 2019, 13:58 Bakı Meriyası Milli Şuranın mitinqinə İCAZƏ VERDİ 16 Oktyabr 2019, 13:44 160 milyona yaxın qardaşlıq ailəsi 16 Oktyabr 2019, 13:32 Mehmetçikdən türk idmançılarına mesaj var - VİDEO 16 Oktyabr 2019, 13:32 Fuad Qəhrəmanlıya cinayət işi açıldı 16 Oktyabr 2019, 13:23 “Tələbələrini özünə övlad etmiş bir insanı itirdik” - Vurğun Əyyubun iş yoldaşları və tələbələrinin XATİRƏLƏRİ 16 Oktyabr 2019, 13:19 Sabahın HAVASI: 29 dərəcə isti olacaq 16 Oktyabr 2019, 13:16