Modern.az

Türkmənistan prezidenti oğluna yeni vəzifə verdi

Türkmənistan prezidenti oğluna yeni vəzifə verdi

Aktual

3 Yanvar 2019, 17:34

Türkmənistan prezidenti Qurbanqulu Berdımuhammedov oğlunu Ahal regionunun qubernator müavini təyin edib.

Modern.az “Azadlıq” radiosuna istinadən xəbər verir ki, 37 yaşlı Serdar Berdımuhammedovun təyinatı barədə yanvarın 2-də hökumətin saytında qısa açıqlama yerləşdirilib.

Təxminən bir il öncə isə prezident yeganə oğlunu xarici işlər nazirinin müavini qoymuşdu.

Ahal regionu İran və Əfqanıstanla sərhəddə yerləşir.

Serdar Berdımuhammedov bu vəzifəylə yanaşı, 2016-cı ildən parlamentdə tutduğu yerini də saxlayacaq, ancaq xarici işlər nazirinin müavini postundan istefa verəcək.

Ötən ilin martında vəzifəyə gətiriləndə prezident oğluna artıq ali postun varisi kimi baxılmağa başlandı.

Deputatlıqdan öncə Serdar BerdımuhammedovXarici İşlər Nazirliyinin informasiya departamentinin rəhbəri idi.

61 yaşlı Qurbanqulu Berdımuhammedov sələfi Saparmurat Niyazov 2006-cı ilin dekabrından vəfat edəndən bəri ölkəyə rəhbərlik edir.

Tənqidçilər onun hakimiyyətə gələndən sonra narazıları susdurduğunu, azacıq dəyişikliklərdən sonra daha çox məhdudiyyətlər tətbiq etdiyini bildirirlər.

Prezidentin üç qızı və dörd nəvəsi də var.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü