Arxiv
11 Yanvar 2019, 11:34 | ƏDƏBİYYAT
Qonşuluqda “bəy tərifi”

Akif Cabbarlı


Həyətimizdəki talvarın altında tez-tez yığışırıq. Ötənlərdən danışır, nərd oynayır, cavanlardan xahiş edib gətizdirdiyimiz sərin sudan içib feyziyab oluruq özümüz üçün. Sıralarımızda qeybətcil, ona-buna qara yaxan adamlar da var. Nə deyək, qonşudurlar, durub qovası deyilik ki...

İsti günlərin birində yenə topalaşıb adəti üzrə söhbətləşir, nərddə gücümüzü sınayırdıq. Camaat yavaş-yavaş seyrəlsə də, Həziqulu ilə mən iştahla şeş-beş atırdıq, Hətəm də tamaşa edirdi. Elə oldu ki, Hətəmə zəng edib evə çağırdılar. Kişi gözdən itən kimi Həziqulu zəri ovcunda sıxıb sınayıcı nəzərlərlə mənə baxdı:

-Tanıyırsan bu əclafı? Yanında heç nə danışma ha, “suka”nın yekəsidir. Neçəsinin evini yıxıb. Məndən sənə əmanət, sonra demə ki, xəbərdar eləmədim. Axı, sən qardaşsan.

Dinmədim. Əlimdə bir fakt yox idi deyə qonşum haqqında danışılanı təsdiqləyə bilməzdim. Oyuna davam elədik. Vaxt ötdü. Gördük ki, Həziqulu qayıdır. Bu dəfə Hətəm “şəkərim var, gedim dərmanımı içim, qayıdaram” deyib, ayağa qalxdı. Nərd azarım ölməmişdi, ona görə Həziquluya oynamağı təklif elədim. Birinci oyunu qurtarmamış əlini saxlayıb zəri nərdtaxtanın ortasında cütlədi.

-Qardaşcanı, səni özümdən çox istəyirəm, ona görə də mətləbləri sənə çatdırmalıyam. Bu Həziqulu ki var ha, əclafın biridir. Evə-zada çağırar, gedib-eləmə. Şər-xata adamdır, oğraş sonra deyəcək ki, çox yedin, çox içdin, qadına-qıza göz yetirdin. Bilmək olmaz, bir də gördün çayına, içkinə nə isə qatdı, günlərin birində o söz... Tak çto, uzaq ol o nadürüstdən. Axı, sən mənim qardaşımsan.

Bu da belə. Fikirləşdim ki, İlahi, bu adamlar görəsən mənim haqqımda nə düşünür, nə danışırlar? Günlərin birində isə məsələyə nöqtə qoymalı oldum.

Alatoran vaxtı idi. Talvarın işığını hələ yandırmamışdılar. Aralıdan gördüm ki, Həziqulu ilə Hətəm nərd çırpırlar. Elə həvəslə oynayır, daşları elə ləzzətlə şapııldadırdılar ki, həvəsə gəldim. Yaxınlaşmağımı hiss eləməmişdilər. Odur ki, söhbətlərini açıq-aydın eşidirdim. Hətəm adımı çəkib yağlı sifətinə bir şapalaq ilişdirdi:

-Bu mən ölüm, düzünü deyirəm, Vasif müəllim kimi demaqoq adam yer üzündə tapmazsan. Birinin üstünə beşini də qoyub, dərhal lazımi yerə çatdırır. Ondan ehtiyatlı ol həmişə. Bir də ki, yeyib-içməyin ölüsüdür. Daha demir ki, bəlkə birinin cibində siçan oynayır. Getməyəndə də adımıza yüz cür şəbədə qoşur, höcət olduğumuzu deyir.

-Adə, sən çox şeyi bilmirsən, onun kimi xəsis adam heç yerdə tapılmaz, qəpiyi çıxanda canı çıxır. O gün pivəyə getmişik, deyir ki, gəl hesabı almancasına verək. Guya beş-on manatı yoxdur cibində.

Məni görüb söhbəti xırp kəsdilər. Çatıb əl verdim, hal-əhval tutdum. Dedim ki, nərd sizi yordu, indi gəlin gedək pivələnməyə, hesabı da özüm verəcəm, Vasifcanı almancasına olmayacaq. A kişi, vallah, bizdən yoxdur, qədrimizi bilən tapılmır. Şükür Allaha, bir-birimizin dalınca danışmırıq, şəbədə qoşub min cür yarlıq yapışdırmırıq. Şükür olsun Tanrıya, nəyimiz əskikdir? Ağlımız başımızda, bir tikə çörəyimiz, sağlam canımız. Heç kimin də pisliyini, yaman gününü də istəmirik. Qalanını pivə barında deyərəm. Di tərpənin, gün axşam oldu, getdik sərin pivədən nuş eləyib, bu günümüzə şükür eləməyə.

Həziqulu ilə Hətəm bir-birinə və sonra da mənə elə diqqətlə, zəndlə və təəccüb dolu baxışlarla baxdılar ki, elə bil birinci dəfə görüşürdük, özü də reanimasiyadan təzəcə çıxmış adamlar kimi.

 

Novator rəisin novator işçiləri 

 

Yaşıltəpə Ərazi İdarəsinin rəisi Şirin Şəkərli hər yerdə özünü yenilikçi, novator rəhbər kimi təqdim edir, işçiləri də məhz bu ruhda “tərbiyə” etdiyini dönə-dönə vurğulayırdı. İnsan, xüsusən də rəhbər işçi gərək zamanla ayaqlaşmağı yox, lap qabaqlamağı da bacarsın, yoxsa səni basıb əzər, üstündən tank kimi keçərlər, o dünyalıq olarsan – deyirdi məclislərdə, iclaslarda, həyət-baca söhbətlərində.

Yeni ilin ilk günlərində yenə “novatorluğu” tutmuşdu. İlin ilk iclasında bəyanat verdi ki, təzələnməyə, yenilənməyə üstünlük verəcək, bu məsələləri fəaliyyətinin prioriteti hesab edəcək. İlk tədbiri isə öz iş kabinetində həyata keçirəcək. Odur ki, iclasdan dərhal sonra müavinlərini, təsərrüfat şöbəsinin müdirini yanına çağırdı:

-Mənim kabinetimin, istirahət otağımın mebelləri təcili dəyişdirilməlidir. Stolumu isə qapıdan girən kimi sol tərəfdə küncdə qoyarsınız. Otağın başında uzaq məsafədə oturmağım yetər. İçəri girənlər bilməlidirlər ki, sadə adamam, xalqa yaxınam. Televizoru da kabinetin ortasına yerləşdirin. Avanqard üslubu xoşlayıram. Kitab şkafını yığışdırın, tavandan asma, hörmə rəflərdən istifadəni daha üstün tuturam. Tavandan sallanan çil-çıraqları isə divar boyu düzülən abajurlarla bəzəyin. Yadınızdan çıxarmayın, keçən ilki stildən, görüntüdən əsər-əlamət qalmamalıdır. Eşitdiniz də dediklərimi.

Rəis yanındakıları bayıra çıxardı. Hamı təəccüb içində idi. Rəhbərin “novatorluq” xəstəliyinin şiddəti hər kəsi çıxılmaz vəziyyətdə qoymuşdu. Amma əlac yox idi. Şəkərlinin tərsliyi tutmuşdusa, deməli, çıxış yolu tapılmalıydı.

Nahar fasiləsinə bir az qalmış rəisin köməkçisi xəbər verdi ki, təsərrüfat müdiri Siracəddin müəllim gəlmək istəyir. Rəis əlində bir vərəq kağızla içəri girən işçisini başdan-ayağa süzüb – hə, təkliflərini, qeydlərini söylə görüm, nədən başlamalıyıq bu il? – dedi.

-Heç, rəis. Ərizəmdə yazmışam, məni əmrlə göndər evimə, fəaliyyətimi öz mənzilimdən telefon vasitəsilə, ya da elektron formada internet üzərindən davam etdirim. Bu da bir növ novatorluq olar, inanın. Müavininiz bağ evində, qalanları da kənddə, ata-baba yurdlarında işləyəcəklər. Bəs nə, rəisimiz novatordursa, bizə nə olub, kimin qızından əskikik, hə?..

 

“Camaata əl çaldırmaq sənəmi qalmışdı?..”

 

Bu əhvalat isə qələm dostlarımın birinin başına gəlib. Deməli, ötən əsrin doxsanıncı illərində dostum mühüm ictimai-siyasi kampaniya çərçivəsində Bakı rayonlarının birində əhali ilə növbəti görüşə getməli olur. Yollardakı ənənəvi avtomobil sıxlığı səbəbindən maşınını görüş yerinin yaxınlığında sürətlə sürməli, müəyyən olunmamış yerlərdən keçməli olur. Təbii ki, yol polisi qənşərini kəsir və dostumuzu qədərincə cərimələyir də. Üstəlik, yekəpər serjant qələm adamının üstünə çəmkirir və hörmətli bir şəxsin görüş yeri həndəvərində situasiyanı korladığı üçün onu yaxşıca məzəmmətləyir. Dostum nə qədər əlləşir-vuruşur, polis nəfərini inandıra bilmir ki, elə həmin görüş məhz onunla keçirilməlidir. Serjant onun bəstə boyunu, arıq, cüssəsiz vücudunu diqqətlə süzüb “get özünü dola, sənin o yekəlikdə görüşdə işin ola bilməz, yaxşısı budur, cəriməni vaxtında ödə, üstünə faiz gəlməsin” – deyir.

Nə isə. Görüş başlayır. Dostum çıxış edir, camaatın arzularını, iradlarını dinləyir, sorğusunu cavablandırır. Tədbir başa çatandan sonra maşının yanında həmin serjantla yenidən üz-üzə gəlir.

-Əə, sən nə üzlü adamsan, abrın-həyan yoxdur, bu cür hörmətli, möhtəşəm yığıncaqda çıxış eləmək, camaata əl çaldırmaq elə sənin kimisinəmi qalmışdı? Vallah, heç cür başa düşə bilmədim bu həngaməni.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Fazil Mustafadan "Traxtor"un oyunçusu ilə bağlı TƏKLİF: "Türk klubuna, ya "Qarabağ"a gətirilsin" 17 Oktyabr 2019, 11:38 Nazir: “Ali məktəb tələbələrinin ən azı 50 faizi təqaüd almalıdır” 17 Oktyabr 2019, 11:38 Bu dəfə Şəmkirdə mənşəyi məlum olmayan ət aşkarlandı - FOTO 17 Oktyabr 2019, 11:36 Ceyhun Bayramov: “Bu il Azərbaycan təhsilində ilkə imza atılıb” 17 Oktyabr 2019, 11:31 Nazir təhsildə aparılan islahatlardan DANIŞIR - VİDEO 17 Oktyabr 2019, 11:28 AzTU-da Aprel şəhidinin doğum günü qeyd olundu - FOTO 17 Oktyabr 2019, 11:14 Ötən gün yol qəzalarında 1 nəfər ölüb 17 Oktyabr 2019, 11:05 “Ciddi kadr islahatlarının şahidi olacağıq” - Deputat məmurların düşmənçiliyindən DANIŞDI 17 Oktyabr 2019, 11:04 Bakıda itin dişlədiyi uşaq öldü 17 Oktyabr 2019, 11:00 Arvadını və qayınanasını öldürən şəxsə cinayət işi açıldı 17 Oktyabr 2019, 10:55 Bakı Meriyası sahibkarları TƏNQİD etdi – “Qınaq obyektinə çevriləcəklər” 17 Oktyabr 2019, 10:54 Diqqət: Bakıda bu yollarda hərəkət məhdudlaşdırılacaq 17 Oktyabr 2019, 10:52 Nazir orta aylıq pensiyanın 293 manata çatacağını ANONS ETDİ 17 Oktyabr 2019, 10:45 Deputat Azərbaycandakı internetin sürətindən ŞİKAYƏTLƏNDİ 17 Oktyabr 2019, 10:43 Bakıda Müstəqillik günü tədbirləri keçirilməyəcək - BŞİH: "Belə planımız yoxdur" 17 Oktyabr 2019, 10:39 Azərbaycan MDB-də sosial müdafiə üzrə Məşvərət Şurasına sədrlik edəcək 17 Oktyabr 2019, 10:24 Hər məmur özünə bir sayt açıb 17 Oktyabr 2019, 10:24 İsgəndər Həmidov yenidən əməliyyat olunacaq - AÇIQLAMA 17 Oktyabr 2019, 10:21 Ramil İmamov: “Ölkədə olan taksit kart müştərilərinin təxminən 65%-i BirKart sahibidir” 17 Oktyabr 2019, 10:14 “Köhnə kadrların mane olmaq cəhdləri Prezidentin gözündən qaçmır” – Vahid Əhmədov 17 Oktyabr 2019, 10:08 Nazirlik Neftçalada qanunsuz balıq ovu ilə bağlı hərəkətə keçdi 17 Oktyabr 2019, 10:02 Azərbaycanın “Ai-92” markalı benzin aldığı ölkələrin adları AÇIQLANDI 17 Oktyabr 2019, 09:56 DİM hazırlıq kursu barədə elan verdi 17 Oktyabr 2019, 09:45 Ermənilər cəbhədə təxribatlara davam edir 17 Oktyabr 2019, 09:45 İşarət dili ünsiyyət dili kimi rəsmi şəkildə tanınacaq   17 Oktyabr 2019, 09:39 Azərbaycanın real mənzərəsi 17 Oktyabr 2019, 09:34 Türk Birliyi - Xəyaldan gerçəkliyə! 17 Oktyabr 2019, 09:19 Azərbaycanda bu ərzaq malları bahalaşıb - SİYAHI 17 Oktyabr 2019, 09:13 Türk ordusu 673 terrorçunu məhv edib 17 Oktyabr 2019, 09:08 “Qırmızı Şaman”ın izi ilə... - Qədim türk yurdu Saxa Respublikasından REPORTAJ - IV HİSSƏ 17 Oktyabr 2019, 08:42 Bakıda tramvay və trolleybusların bərpası ilə bağlı müzakirələr başladı 17 Oktyabr 2019, 08:32 Əli Əliyev “ana müxalifət” olmağa hazırlaşır? - AÇIQLAMA 17 Oktyabr 2019, 08:29 Bakı Dövlət Sirki təzə yerə köçürülür - RƏSMİ 17 Oktyabr 2019, 08:26 Manat günə bu məzənnə ilə başladı 17 Oktyabr 2019, 08:21 Sanksiya təhdidləri Türkiyəni haqlı mübarizədən yayındırmayacaq 17 Oktyabr 2019, 00:50