Modern.az

Gəncədə möhtəşəm musiqi festivalı - FOTOLAR

Gəncədə möhtəşəm musiqi festivalı - FOTOLAR

Mədəniyyət

Bu gün, 13:35

Gəncə Dövlət Filarmoniyasında XV Beynəlxalq İpək Yolu Musiqi Festivalının təntənəli bağlanış mərasimi keçirilib.

Modern.az xəbər verir ki, konsert proqramında Dövlət Filarmoniyasının solistləri, rəqs ansamblı, Türkiyənin Trabzon Böyükşəhər Bələdiyyəsinin Xalq rəqsləri ansamblı, eləcə də Qırğızıstanın “Seytek” Milli Uşaq və Gənclər Mərkəzinin “Ak-Niyyət” Xalq Xoreoqrafiya Ansamblı, Qaqauz mügənnisi Natali Deniz çıxış ediblər.

Gecədə Azərbaycan bəstəkarlarının əsərləri, xalq mahnıları və milli rəqslərdən ibarət rəngarəng proqram Estrada ansamblı (bədii rəhbəri Şəhriyar Tağıyev), rəqs kollektivi (baletmeysteri Sənan Cavadov) iştirakı ilə təqdim olunub.

Tədbirin sonunda Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə və Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) sədr müavini Sait Yusuf tərəfindən festival iştirakçılarına və Gəncə Icra Hakimiyyətinin başçısı Niyazi Bayramova təşəkkürnamə və xatirə hədiyyələri təqdim olunub.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Sankt-Peterburq OD İÇİNDƏ - Ukraynadan dəhşətli hücum - Media Turk TV