Modern.az

Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

Mədəniyyət

Bu gün, 12:16

"Yura Parkı" (Jurassic Park) filmlərində canlandırdığı Dr. Alan Qrant obrazı ilə dünya şöhrəti qazanan məşhur aktyor Sem Nil 78 yaşında vəfat edib.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, aktyor Sidneydə, yaxınlarının yanında dünyasını dəyişib. Bəyanatda bildirilib ki, onun ölümü qəfil və gözlənilməz olub və Sem Nil bütün həyatı boyu nümayiş etdirdiyi ləyaqətli mübarizə ilə həyata gözlərini yumub.

Sem Nil 2023-cü ildə xərçəng diaqnozu aldığını açıqlamışdı. Lakin bu ilin aprel ayında verdiyi müsahibədə xəstəliyə qalib gəldiyini və artıq xərçəngdən tam sağaldığını bildirmişdi.

Aktyor Şimali İrlandiyada anadan olub, yeddi yaşında ailəsi ilə birlikdə Yeni Zelandiyaya köçüb. Karyerası ərzində o, "Peaky Blinders" serialında Belfast polis rəisi rolunu da canlandırıb.

Sem Nil 1993-cü ildə çəkilən ilk "Yura Parkı" filmində Dr. Alan Qrant obrazı ilə böyük uğur qazanıb və daha sonra franşizanın digər filmlərində də bu rolu davam etdirib. O, həmçinin "The Piano" (Piano), "The Hunt for Red October" (Qırmızı oktyabrın ovlanması) və "Event Horizon" (Üfüqün o tayında) kimi məşhur filmlərdəki yaddaqalan rolları ilə də tanınıb.

Kino tənqidçilərinin fikrincə, Sem Nil dramatikdən macəra janrına qədər müxtəlif obrazları yüksək peşəkarlıqla canlandırmağı bacaran nadir aktyorlardan biri idi. Onun vəfatı dünya kino ictimaiyyətində böyük kədər hissi ilə qarşılanır.
 

Nicat Rüstəmzadə

Whatsapp
Bizə yazın!
Keçid et
Prezidentən Şuşada Rusiyanı dəli edən MESAJ - Ukrayna dayanmamalıdır!