Modern.az

İranın 6 ölkəyə raket zərbələri endirdi

İranın 6 ölkəyə raket zərbələri endirdi

Dünya

Bu gün, 10:08

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-ın Yaxın Şərqdə yerləşən hərbi obyektlərinə qarşı genişmiqyaslı əməliyyat keçirdiyini açıqlayıb.

Modern.az xəbər verir ki, SEPAH Bəhreyn, Küveyt, İordaniya, Qətər və Suriyada yerləşən ABŞ hərbi bazalarına, həmçinin İraq Kürdüstanındakı kürd silahlı qruplaşmalarının mövqelərinə zərbələr endirdiyini bildirib.

Məlumata görə, hücumlar raket və pilotsuz uçuş aparatları vasitəsilə həyata keçirilib. İran tərəfi əməliyyatın ABŞ və müttəfiqlərinin regiondakı fəaliyyətlərinə cavab xarakteri daşıdığını iddia edir.

Qeyd edək ki, son günlər ABŞ-İran danışıqları dayandırılıb və tərəflər atəşkəs rejiminin pozulduğunu açıqlayıb. Müşahidə olunan gərginlik fonunda regionda hərbi qarşıdurma riskinin artdığı barədə xəbərdarlıqlar səsləndirilirdi.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Trampın bütün hotelləri vurulacaq! - İrandan şok xəbərdarlıq