Arxiv
21 Yanvar 2019, 17:25 | AKTUAL
Oqtay Əsədov Səudiyyə Ərəbistanına təşəkkür etdi

Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov Səudiyyə Ərəbistanının Şura Məclisinin parlamentlərarası dostluq komitəsinin sədri Fayez bin Abdulla Əl-Şəhrinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

 

Parlamentin Mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, O.Əsədov belə səfərlərin münasibətlərin dərinləşməsinə xidmət etdiyini deyib.

 

O qeyd edib ki, Səudiyyə Ərəbistanı bütün dünya müsəlmanlarının görüşdüyü bir məkandır: “Xalqımızın qəlbində bu məkanın xüsusi yeri vardır. Müstəqil Azərbaycan Səudiyyə Ərəbistanı ilə qarşılıqlı əlaqələrin inkişafına həmişə böyük önəm vermişdir. Prezident İlham Əliyevin bu ölkəyə səfərləri zamanı aparılan danışıqlar əməkdaşlığımızın inkişafında yeni səhifə açmışdır. Bu günədək ölkələrimiz arasında 20 hüquqi sənəd imzalanmış, 11-i üzərində iş davam etdirilir. İqtisadi sahədə əlaqələrimiz inkişaf etməkdədir. Azərbaycanda Səudiyyə Ərəbistanı investisiyalı 16 müəssisə fəaliyyət göstərir. Onların fəaliyyət dairəsi, əsasən bank, sığorta, sənaye, xidmət və ticarət sahələrini əhatə edir. Azərbaycandakı münbit biznes mühiti ölkəmizi biznes yatırımları üçün cəlbedici edir. Parlamentlər səviyyəsində münasibətlərimiz də yüksələn xətlə inkişaf etməkdədir”.

 

Spiker bu ölkəyə səfərini və orada keçirdiyi görüşləri məmnunluqla xatırlayıb: “Biz Azərbaycan parlamentinin 100 illiyinə həsr olunmuş təntənəli iclasda Səudiyyə Ərəbistanı Şura Məclisinin sədri Abdulla bin Məhəmməd bin İbrahim Əl-Şeyxin iştirakını yüksək dəyərləndiririk. Hər iki ölkənin parlamentlərində dostluq qruplarının fəaliyyət göstərməsi ümumi məqsədlərə xidmət edir”.

 

O, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində dəyişməz ədalətli mövqeyinə, bu günədək işğalçı Ermənistanla diplomatik münasibətlər qurmadığına görə qarşı tərəfə minnətdarlığını bildirib.

 

Səudiyyə Ərəbistanı parlamentinin gələcəkdə Xocalı soyqırımı ilə bağlı məsələyə münasibət bildirəcəyinə ümidvar olduğunu söyləyib.

 

Səudiyyə Ərəbistanının Şura Məclisinin Azərbaycanla parlamentlərarası dostluq komitəsinin sədri Fayez bin Abdulla Əl-Şəhri Bakıya səfərindən və burada keçirdiyi görüşlərdən məmnun qaldığını qeyd edib. O, Milli Məclis Sədrinin və onun başçılıq etdiyi nümayəndə heyətinin beynəlxalq təşkilatlardakı iştirakını yüksək dəyərləndirib: “Deputatların qarşılıqlı səfərləri, parlament spikerləri səviyyəsində görüşlərin keçirilməsi əlaqələrimizin daha da möhkəmlənməsinə yaxşı zəmin yaradır”.

Qonaq ölkəsinin müstəqil Azərbaycanla siyasi, iqtisadi, mədəni sahələrdə münasibətlərin daha da dərinləşməsində maraqlı olduğunu söyləyib. O, bölgənin ən ağrılı problemlərindən olan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində Azərbaycanın ərazi bütövlüyü prinsipi əsasında həllinə tərəfdar olduqlarını bir daha bəyan edib.

Söhbətdə tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

Görüşdə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, Səudiyyə Ərəbistanı ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun başçısı Fəttah Heydərov, Səudiyyə Ərəbistanının ölkəmizdəki səfiri Haməd Abdullah Səud bin Xudeyr və digər rəsmi şəxslər iştirak ediblər.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Moskvada COVID-19 qurbanlarının sayı 2 477 nəfərə çatıb 31 May 2020, 00:59 Bu qadağalar iyunun 15-dək qüvvədə qalacaq 31 May 2020, 00:51 Bakıda 21 yaşlı gənc bıçaqlandı 31 May 2020, 00:48 Açıq havada idman yarışları keçirməyə icazə verildi 31 May 2020, 00:38 Dövlət qurumları tam heyətlə fəaliyyətə başlayır 31 May 2020, 00:32 İri ticarət mərkəzləri və "Mall"lar açılır 31 May 2020, 00:17 Restoran, kafe və çay evlərinin iş saatı 22:00-dək UZADILDI 31 May 2020, 00:06 Bu gündən bəzi məhdudiyyətlər ləğv edilir - RƏSMİ 31 May 2020, 00:01 İlin kosmik hadisəsi: “SpaceX” ilk dəfə fəzaya insan göndərdi - VİDEO 30 May 2020, 23:47 Nyu-Yorkda 200-dən artıq etirazçı saxlanılıb 30 May 2020, 23:39 Azərbaycan-İran sərhədində yanğın 30 May 2020, 23:26 Daha 710 “Taliban” üzvü azad edildi 30 May 2020, 23:13 Xırdalanda yaşayış binasında yanğın oldu 30 May 2020, 23:00 Rusiyada terrorçular məhv edildi 30 May 2020, 22:42 Bu tələbələr ölkəyə buraxılmayacaq - QADAĞA 30 May 2020, 22:28 Liderlər Honkonq və Liviyadakı vəziyyəti müzakirə etdi 30 May 2020, 22:12 Türkiyədə 126 984 nəfər koronavirusdan sağalıb 30 May 2020, 22:00 Daha bir ölkədə maska taxmaq məcburi oldu 30 May 2020, 21:46 Son sutkada daha 215 nəfər koronavirusdan öldü 30 May 2020, 21:31 Xüsusi karantin rejimi daha bir ay uzadılıb 30 May 2020, 21:17 Azərbaycanda koronavirusla bağlı aparılan testlərin sayı AÇIQLANDI - FOTO 30 May 2020, 21:16 Prezident ötən il üçün gəlirlərini açıqladı 30 May 2020, 21:03 İtaliyada sutkalıq koronavirus qurbanları yenidən artdı 30 May 2020, 20:54 Azyaşlı avtomobil radiatoru üçün olan mayeni içərək zəhərlənib 30 May 2020, 20:43 Ermənistanda koronavirusa yoluxanların sayı 10 minə çatır 30 May 2020, 20:29 Türkiyədə daha bir şəhid verdi 30 May 2020, 20:16 Ağ Evin qarşısında etirazlar başlayıb 30 May 2020, 20:01 Aydınlarımız Türk millətinə edilən haqsızlığa qarşı birlikdə mübarizə aparmalıdır - Qənirə Paşayeva 30 May 2020, 19:58 Koronavirusun peyvəndi nə zaman hazır olacaq? 30 May 2020, 19:30 Bu saytda işləyən jurnalistləri robotlarla əvəzləyəcək 30 May 2020, 19:20 "Facebook"da daha bir yenilik 30 May 2020, 19:13 Avropa İttifaqı ÜST-lə bağlı ABŞ-a çağırış etdi 30 May 2020, 19:00 Filippində 6 baladək zəlzələ oldu 30 May 2020, 18:50 Yaşayış binasında təhlükənin qarşısı alındı 30 May 2020, 18:42 Şirvanda ağır qəza - Ölən var   30 May 2020, 18:30