Modern.az

Ziya Məmmədov özündən çıxdı: “Onu deyən qələt edir!”

Ziya Məmmədov özündən çıxdı: “Onu deyən qələt edir!”

Aktual

25 Yanvar 2019, 15:31

Sabiq nəqliyyat naziri Ziya Məmmədovun oğlu, "Garant-Holdinq”in prezidenti Anar Məmmədovun Bakıdakı 33 mərtəbəli hoteli ilə bağlı yeni məlumat yayılıb. İnformasiyada qeyd olunur ki, ötən ilin aprelində yanğın baş vermiş və əvvəlki adı "Trump Tower Baku”, sonrakı adı isə "Yelkən hotel” olan binanın fasadı tam dəmir çərçivələrə alınıb. İddialara görə, bu, həmin hotelin söküləcəyi ilə bağlı şübhələri artırır.

Modern.az xəbər verir ki, sabiq nəqliyyat naziri Ziya Məmmədov mövzu ilə bağlı Azxeber.com-a açıqlama verib. 

Sualı əsəbi qarşılayan Z.Məmmədov bildirib ki, xəbərlər şayiədir: 

"Onu deyən qələt edir. Sökmürlər, qoy lap partlatsınlar. Nə otel, otel nədir? Mən ilk dəfədir eşidirəm bunu. Boş-boş şeylərlə özünüzün də vaxtını almayın, mənim də. Otel lap tutaq ki, kiminsə olub və söküblər? Bunun sizə nə dəxli var? Bunun nə mənə, nə də mənim oğluma aidiyyatı var”.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır