Modern.az

“Şagirdlərim də bu sualları bilərdi” - sertifikasiyadan keçən müəlim

“Şagirdlərim də bu sualları bilərdi” - sertifikasiyadan keçən müəlim

Təhsil

Bu gün, 17:00

Şagirdlərim də bu sualların öhdəsindən gələrdi.

Modern.az xəbər verir ki, Yasamal rayonunda yerləşən 158 nömrəli tam orta məktəbin tarix müəllimi Pərvanə Qələndərli sertifikasiya imtahanından sonra AzEdu.az-a müsbət təəssüratlarını bölüşüb.

Belə ki, o, imtahanda 57 bal topladığını bildirib və prosesi ümumilikdə uğurlu və şəffaf qiymətləndirib:

“İmtahan çox şəffaf keçdi, hər şey yüksək səviyyədə təşkil olunmuşdu. Suallar da müəllimlərin hazırlıq səviyyəsinə uyğun idi. Ümumilikdə prosesdən razı qaldım. Təbii ki, yüksək nəticə gözləyirdim. Hazırda özümü yaxşı hiss edirəm və növbəti mərhələlərdə daha uğurlu nəticələr əldə edəcəyimə inanıram.

İlboyu müəllim kimi daim hazırlıqlı oluruq. Son bir həftə ərzində isə imtahana daha intensiv şəkildə hazırlaşmışam. Hər şey rahat və problemsiz keçdi.

Düşünürəm ki, sertifikasiya müəllimlərin öz üzərində daha çox işləməsinə və peşəkar inkişafına təkan verir. Bu baxımdan prosesin faydalı olduğunu hesab edirəm.

Məncə, şagirdlərim də bu sualların böyük hissəsini cavablandıra bilərdilər. Onların potensialına inanıram".

Müəllim kurikulum bölməsində bəzi məqamların daha çox diqqət tələb etdiyini qeyd etsə də, ümumilikdə imtahanın gedişindən və nəticəsindən razı qaldığını bildirib.

Sizə yeni x var
Keçid et
Rusiyada TƏŞVİŞ BAŞLADI - Ukrayna hər yeri bombalayır!