Modern.az

İsrail Livandan çıxmır: ABŞ-nin tələbi də qərarı dəyişməyəcək

İsrail Livandan çıxmır: ABŞ-nin tələbi də qərarı dəyişməyəcək

Aktual

Bu gün, 15:44

İsrail Livandakı hərbi mövcudluğunu dayandırmaq niyyətində deyil.

Modern.az xəbər verir ki, bunu İsrailin müdafiə naziri İsrael Kats bəyan edib.

Onun sözlərinə görə, ABŞ belə tələb irəli sürsə belə, İsrail qoşunlarını Livan ərazisindən çıxarmayacaq. Nazir həmçinin bildirib ki, sərhədyanı ərazilərdən təxliyə olunan 200 min nəfər sakinin evlərinə qayıtması hazırkı şəraitdə mümkün deyil.

İsrael Katsın bu açıqlaması bölgədə gərginliyin hələ də davam etdiyini və yaxın vaxtlarda sərhəd bölgələrində vəziyyətin sabitləşməsinin gözlənilmədiyini göstərir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada TƏŞVİŞ BAŞLADI - Ukrayna hər yeri bombalayır!