Modern.az

Yeni səfərbərlik olacaq, Rusiyadakı azərbaycanlıların nəzərinə

Yeni səfərbərlik olacaq, Rusiyadakı azərbaycanlıların nəzərinə

Dünya

Bu gün, 16:36

Rusiyada yeni səfərbərlik dalğası müzakirə olunmağa başlayıb və deputatlar sentyabr seçkilərindən dərhal sonra buna çağırış edə bilərlər. 

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, parlamentdəki mənbələrin verdiyi məlumata görə, bu dəfə səfərbərliyin təşəbbüskarı qismində Dövlət Dumasının deputatlarının çıxış edəcək. Mənbə bildirib ki, "sentyabr seçkilərindən sonra yeni Dumanın ilk iclasında bir neçə deputat parlament kürsüsündən Putinə müraciət edərək yeni səfərbərliyin zəruriliyini bəyan etməlidir".

Bundan öncə, 2022-ci ilin sentyabrında Putin səfərbərlik elan edərkən Müdafiə Nazirliyinin təklifinə istinad etmişdi.

 Son günlərdə müharibəyə yeni çağırışın hazırlanması ilə bağlı eyni vaxtda bir neçə siqnal daxil olub:

Ötən həftə Penza şəhəri və vilayətində kütləvi reydlər keçirilib - polislər küçələrdə insanları saxlayaraq hərbi komissarlıqlara aparıb, orada dilə tutmaqla, hədə-qorxu və hətta zorakılıqla müqavilə imzalamağa məcbur edərək müharibəyə göndəriblər.

Rusiyanın regionlarından birində yerləşən hərbi hissənin qərargah zabiti isə bildirib ki, Moskvadan rəsmi sənəd və ya göstəriş hələ gəlməsə də, bu mövzu davamlı olaraq müzakirə edilir:

"Hərbi hissə komandirimiz səfərbərliyin olacağına tam əmindir. Burada sual "olacaq ya yox" deyil, "nə vaxt olacaq" sualıdır. Cəbhədən daimi olaraq insan çatışmazlığı barədə məlumatlar gəlir, könüllülərin keyfiyyəti isə getdikcə pisləşir. Arxa cəbhə komandanlığının əhval-ruhiyyəsi buna uyğundur: hazırlaşın, olacaq".

Cəbhədəki canlı qüvvə qıtlığı barədə hərbi müxbirlərin məlumatına görə, 2026-cı ilin yazında könüllü axını (2025-ci ilin yazı ilə müqayisədə) 30% azalıb. Zelenski Rusiya Silahlı Qüvvələrinin ayda 30 min nəfər itirdiyini bildirmişdi və bu rəqəmi 50 minə çatdırmaq tapşırığı qoyulmuşdu. Beynəlxalq Strateji Araşdırmalar İnstitutu iddia edir ki, 2025-ci ilin dekabrından bəri Rusiyanın itkiləri ordunun yeni qüvvələrlə təminatını üstələyir. "The Washington Post" qəzetinin mənbələri isə qeyd edir ki, itkilər bu səviyyədə qalarsa, Putin payızda ikinci səfərbərlik dalğasını elan etməyə məcbur olacaq.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada TƏŞVİŞ BAŞLADI - Ukrayna hər yeri bombalayır!