Modern.az

ABŞ-də azərbaycanlıya yüksək vəzifə verildi

ABŞ-də azərbaycanlıya yüksək vəzifə verildi

Aktual

24 İyun 2026, 16:00

ABŞ-də yaşayan azərbaycanlı Naimi Amiral bu ölkənin Pakistandakı hərbi attaşesi vəzifəsinə təyin olunub.

Modern.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Nehrəm kəndindən olan Naimi Amiral bundan əvvəl ABŞ Hərbi Dəniz Qüvvələrinin 5-ci donanmasının xarici əlaqələr şöbəsinin rəisi vəzifəsində çalışıb.

Onun yeni təyinatı ABŞ-nin hərbi-diplomatik korpusunda azərbaycanlı bir şəxsin yüksək vəzifəyə gətirilməsi baxımından diqqət çəkir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ EFİR! Ümit Özdağın müşaviri canlıda - Bakıya səfərin detalları