Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın hərbi infrastrukturuna endirilən uzaqmənzilli zərbələrin nəticələri barədə məlumat verib.
Modern.az xəbər verir ki, Zelenski bu barədə özünün Telegram kanalında paylaşım edib.
Onun sözlərinə görə, Ukrayna Müdafiə Kəşfiyyatı Baş İdarəsinin rəisi Oleq İvaşenko ilə keçirilən görüşdə Rusiyaya qarşı həyata keçirilən uzaqmənzilli əməliyyatların nəticələri müzakirə olunub.
"Son zərbələr nəticəsində Sankt-Peterburq yaxınlığında yerləşən Baltik Donanmasının arsenalında 60 min tondan çox sursat məhv edilib. Hadisənin Leninqrad vilayəti ərazisində baş verib. Aparılan təhlillər Ukrayna qüvvələrinin Rusiya ordusunun ehtiyacları üçün radioelektronika və digər kritik komponentlər istehsal edən müəssisələrə qarşı da nəzərdə tutulan hədəflərə çatdığını təsdiqləyib. Bu əməliyyatlar Rusiyanın hərbi potensialının zəiflədilməsi və müharibənin dayandırılmasına yönəlmiş tədbirlərin bir hissəsidir".
Qeyd edək ki, Rusiya tərəfi isə hələlik Zelenskinin açıqlamalarına münasibət bildirməyib.