Arxiv
13 Fervral 2019, 12:05 | MEDİA
ABŞ-da yaşayan məşhur azərbaycanlı teleaparıcı…  

Deyir ki, "Mən buraya Amerikanı fəth etmək üçün gəlməmişəm. Valideynlərim burada yaşadıqları üçün ABŞ-dayam"…

Onunla ünsiyyətimiz ilk dəqiqədən alındı. Çox şən və mehriban xanımdır. Azərbaycanla bağlı o qədər ideyaları var ki, onları həyata keçirə bilsə, istəsə, istəməsə də Amerikanı fəth edənlərdən biri olacaq…

Haqqında söhbət açdığım Günel Musəvi Bakıda dünyaya gəlib. 1995-ci ildə 46 nömrəli məktəbdə orta təhsilini başa vurub. 1996-2000-ci illərdə Təfəkkür Universitetində ingilis dilinin filologiyası fakültəsində ali təhsilə yiyələnib. 

1999-2000-ci illərdə Azad Azərbaycan Teleradio Şirkətinin "106 FM" radiosunda "Yuxudan Oyan" verilişinin aparıcısı olub. Sonra bir il ABA telekanalında yayımlanan, ölkədə ilk milli mahnıların hit paradı olan "Qızıl onluq" verilişini aparıb, daha sonra isə onu məhşurlaşdıran "100%" verilişinə aparıcılıq edib. Arada Amerikaya, qardaşının yanına gəlib, altı ay burada yaşayıb. 2004-cü ildə vətənə geri dönərək yenidən beş il "Lider" telekanalında işləyib.

2009-cu ildən ABŞ-ın Minesota ştatında yaşayır. 1999-cü ildən Amerikaya köçənədək bir sıra bədii filmlərdə, seriallarda, kliplərdə rol alıb, "Bakılı oğlanlar" şən və hazırcavablar klubunun heyətində çıxışlar edib…

2010-2012-ci illərdə Metropolitan Dövlət Universitetində təhsil alaraq uşaq psixologiyası üzrə bakalavr dərəcəsinə yiyələnib. 2013-cü ildə "Every Azeri" internet bloq yaradaraq müxtəlif ölkələrdə yaşayan azərbaycanlı xanımları bir araya gətirməyə çalışıb. 2015-ci ildə körpə övladı olduğundan bu bloqun fəaliyyətini dayandırıb. 2017-ci ildən Konkordia Universitetinin Səhiyyədə biznesin idarə edilməsi üzrə (MBA) magistratura pilləsində təhsili alır…

…Babası professor Mir Tağı Musəvi tarix elmləri namizədi olub. AMEA-nın Tarix institutunda və eyni zamanda Azərbaycan dövlət radiosunun beynəlxalq verilişlər redaksiyasında çalışıb. O, burada İranda yaşayan sodaşlarımız üçün hazırlanan verilişlərə redaktorluq edib…

Hazırda Minesota ştatında məskunlaşan atası Yusif Musəvi ixtisasca mühəndisdir. Anası Sərur xanım Hüseynova uzun illər Azərbaycan Xarici Dillər İnstitutunda fransız dilini tədris edib.

Günel xanımın Sevil adlı bir qızı var…

Deyir ki,  "Azərbaycan mətbuatını hər gün izləyirəm. Milli kimliyim mənim üçün çox önəmlidir. Çalışıram ki, milli bayramlarımızda soydaşlarımızı bir araya gətirim. Elə ona görə də "Minesota Azərbaycan Asossasiyası"nı təsis edib dövlət qeydiyyatından keçirmişəm. Uğurlarımız da var"…

Azərbaycan naminə müxtəlif tədbirlər keçirməyi planlaşdırır. Artıq bir neçəsi baş tutub. "Azərbaycan kino gecəsi" adlı tədbirdə "Qaynana" bədii filmini nümayiş etdirərək, Amerikada doğulan azərbaycanlı uşaqları kino mədəniyyətimizlə tanış edib. May ayında "Azərbaycan mətbəxi günü" keçirməyi qərara alıb. İstəyir ki, bu tədbirə amerikalıları da cəlb edib onları mətbəximizin təamlarının hazırlanması ilə tanış etsin. Anası müəllim olduğundan, onun vasitəsi ilə azərbaycan dilində yay dərsləri təşkil edib, burada böyüyən uşaqlara ana dilini tədris etdirmək istəyir. Bundan əlavə, hər dəfə bir azərbaycanlı ailəsində nağıl günləri keçirmək planlaşdırır…

…ABŞ-ın bəzi ştatlarına nisbətən Minisotada soydaşlarımızın sayı elə də çox deyil, amma bu xanımın iradəsi, əzmkarlığı, vətənpərliyi bunu inamla söyləməyə imkan verir: Bir vaxtlar "sehirli qutudan" yayımlanan maraqlı verilişləri ilə Azərbaycan ictimaiyyətinin rəğbətini qazanmış Günel Musəvi çox keçməz ki, ABŞ-da yaşayan azərbaycanlıların da sevimlisi olar…

Elman Eldaroğlu,
ABŞ, Miçiqan

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bu qidalar stresi aradan qaldırır – Mütəxəssis açıqlayıb 26 May 2019, 17:57 Gürcüstan baş nazirindən “Keşikçidağ” bəyanatı 26 May 2019, 17:46 Həsən Ruhani İlham Əliyevə məktub göndərdi 26 May 2019, 17:34 “Azərbaycan və Gürcüstan əməkdaşlığının daha da güclənəcəyinə ümid edirəm” - ElmarMəmmədyarov 26 May 2019, 17:25 Azərbaycan Ordusuna mənəvi dəstək aksiyası keçirilir   26 May 2019, 17:17 Laricani yenidən spiker seçildi   26 May 2019, 16:59 Azad Rəhimov CNN-ə müsahibə verdi: “Mxitaryanın dalınca qırıcı göndərməliyik?” (VİDEO) 26 May 2019, 16:49 Yardımlıda 2 mərtəbəli ev yanıb 26 May 2019, 16:32 Xalq şairi Musa Yaqub xəstəxanaya yerləşdirildi 26 May 2019, 16:17 Dənizdə köməksiz qalan balıqçı xilas edildi 26 May 2019, 16:11 Magistraturaya qəbul imtahanı keçirildi   26 May 2019, 16:08 Gürcüstanda nazir istefaya göndərildi - FOTO 26 May 2019, 15:56 Küveytdə azərbaycanlı diaspor fəalı iftar süfrəsi verib - FOTO   26 May 2019, 15:39 78 yaşlı xalq artisti AzTV-nin radiosunda veriliş aparacaq 26 May 2019, 15:20 “Nar”dan futbol həvəskarları üçün möhtəşəm müsabiqə! 26 May 2019, 15:04 Peruda 8 bal gücündə zəlzələ olub 26 May 2019, 14:49 “Arsenal” Mxitaryanı satışa çıxarır 26 May 2019, 14:35 Çaylarda suyun səviyyəsi dəyişib   26 May 2019, 14:18 Azərbaycan dili fənni üzrə test imtahanı yekunlaşıb 26 May 2019, 14:00 Qusarda enerji verilişi bərpa olundu 26 May 2019, 13:30 Polad Bülbüloğlu Araz Əlizadəyə savadsız dedi: “Deputat olan şəxs belə fikirlər söyləməz” 26 May 2019, 13:11 Yolda 26 May 2019, 12:56 Məşhurların övladları: Aynur Sofiyevanın qızları - FOTO 26 May 2019, 12:52 Sabahın havası: Bakıya yağış yağacaq, rayonlara dolu düşəcək 26 May 2019, 12:47 İntizam Komissiyasından Araz Əlizadə açıqlaması: “Mənim əlimdə tərəzi yoxdur”  26 May 2019, 12:30 Okeanda iki gəmi toqquşub - İtkin düşənlər var 26 May 2019, 12:10 42 yaşlı Nardaran sakini itkin düşdü 26 May 2019, 11:55 Badam südünün faydaları 26 May 2019, 11:40 Mənzildən 60 yaşlı kişinin meyiti TAPILDI 26 May 2019, 11:27 Avropa Parlamentinə seçkilər keçirilir - 21 ölkədə 26 May 2019, 11:15 Bakıda aerobika gimnastikası üzrə 11-ci Avropa çempionatı keçirilir - FOTO 26 May 2019, 11:00 Ramil Usubov polis rəisini işdən çıxardı - FOTO 26 May 2019, 10:48 İcra Hakimiyyəti hesabat verdi - Horadizdə  7200 nəfər yaşayır 26 May 2019, 10:27 ABŞ-da erməni diasporu 26 May 2019, 10:12 Zalımoğlunun faciəli taleyi - Özü öz əli ilə qəbrini qazdı... - FOTOLAR 26 May 2019, 10:02