Arxiv
12 mart 2019, 20:27 | TƏHSİL
100 yaşlı maarif işığı: Qazax Müəllimlər Seminariyasında  “Novruz mühazirəsi”

Bu gün Təhsil Nazirliyinin təşkilatçılığı ilə Qazax şəhəri 2 nömrəli tam orta məktəbdə “100 yaşlı maarif işığı: Qazax Müəllimlər Seminariyası” adlı növbəti “Novruz mühazirəsi” keçirilib.

Nazirlikdən Modern.az-a verilən məlumata görə, tədbirdə Təhsil Nazirliyinin əməkdaşları, Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, seminariyanın məzunları, rayonun pedaqoji ictimaiyyəti, media nümayəndələri iştirak ediblər.

 

Əvvəlcə mühazirə iştirakçıları 2 nömrəli tam orta məktəbin həyətində Qazax Müəllimlər Seminariyasının 100 illiyi münasibəti ilə 100 ağac əkiblər.

 

Tədbir 2 nömrəli tam orta məktəbin akt zalında davam edib.

 

Təhsil Nazirliyinin şöbə müdirinin müavini Əsgər Quliyev tədbiri açaraq Qazax Müəllimlər Seminariyasının elm və təhsilin inkişafında xüsusi xidməti olduğunu vurğulayıb.

 

Əsgər Quliyev bildirib ki, Qazax tarixən maarifçilik ənənələri ilə tanınıb, bu ənənə indi də davam edir. Ölkə Prezidenti İlham Əliyev tərəfindən Qazax Müəllimlər Seminariyasının 100 illik yubileyinin qeyd olunması haqqında sərəncam verildiyini diqqətə çatdıran Əsgər Quliyev sərəncama uyğun olaraq, Təhsil Nazirliyinin Tədbirlər Planının təsdiq olunduğunu bildirib.

 

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov seminariyanın 100 illik yubileyinin qeyd edilməsinin əhəmiyyətini diqqətə çatdırıb, ölkə Prezidentinin təhsilin inkişafına göstərdiyi qayğı, həyata keçirilən islahatlar barədə danışıb. Qeyd edib ki, seminariya Azərbaycan kəndlərində savadsızlığın aradan qaldırılmasında mühüm əhəmiyyətə malik olub.

 

Sonra akademik Nizami Cəfərov tərəfindən “100 yaşlı maarif işığı: Qazax Müəllimlər Seminariyası” adlı “Novruz mühazirəsi” təqdim olunub.

 

Nizami Cəfərov Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsi və onun varisi olan Qazax Müəllimlər Seminariyasının fəaliyyəti barədə ətraflı məlumat verib. Bildirib ki, Qazax Müəllimlər Seminariyasının təşkili Azərbaycanın maarif salnaməsinin ən parlaq səhifələrindən biridir.

 

Məruzəçi qeyd edib ki, görkəmli ədəbiyyatşünas, tanınmış maarifpərvər və ictimai xadim Firidun bəy Köçərlinin rəhbərliyi ilə fəaliyyətə başlayan Qazax Müəllimlər Seminariyası bütün fənlərin tədrisinin ana dilində mütərəqqi üsullarla aparıldığı yeni təhsil ocağı kimi Azərbaycanda elmin, maarifin və mədəniyyətin inkişafına misilsiz töhfələr verib. Azərbaycanın bölgələri ilə yanaşı, qonşu ölkələr üçün də uzun illər boyu yüksək ixtisaslı pedaqoji kadrlar hazırlamış seminariyanın yetirmələri sırasında adları təhsil, elm və mədəniyyət tarixinə həkk olunmuş çox sayda tanınmış simalar var.

 

Nizami Cəfərov diqqətə çatdırıb ki, Qazax Müəllimlər Seminariyası fəaliyyət göstərdiyi illər ərzində 2862 nəfər pedaqoji mütəxəssis hazırlayıb.

 

Sonra çıxış edən Bakı Avrasiya Universitetinin professoru Ədalət Tahirzadə, seminariyanın 90 yaşlı məzunu Nuşirəvan Xəlilov, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı, “Ayna.az” saytının təsisçisi Elçin Şıxlı qeyd ediblər ki, Qazax Müəllimlər Seminariyası müstəqil Azərbaycan Respublikasının təhsil işçilərinə gənc nəslin azərbaycançılıq məfkurəsi ruhunda yetişdirilməsi üçün zəngin irs qoyub. Natiqlər həmçinin “Novruz mühazirələri”nin belə vacib məsələlərə həsr edilməsinin əhəmiyyətini qeyd edib, seminariyanın xalqımızın milli özünüdərkinin formalaşmasındakı rolunu vurğulayıblar.

 

Sonra Təhsil Nazirliyi və Qazax Rayon İcra Hakimiyyəti tərəfindən “Novruz mühazirəsi” çərçivəsində Qazax Müəllimlər Seminariyasının məzunlarına bayram hədiyyələri təqdim edilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Novruz bayramı ilə əlaqədar tənha, ahıl və yaşlı insanları əhatə edən bayramlaşma kampaniyası çərçivəsində seminariyanın məzunları olan Ağakişi İsmayılova, Nəbi Nəbiyevə, Sürəyya Qurbanovaya, Nuşrəvan Xəlilova və Nümayəndə Hüseynovaya “DOST Xonçası” təqdim olunub.

 

Sonra tədbir iştirakçıları tərəfindən rayondakı Şəhidlər Xiyabanı ziyarət edilib.

 

Mühazirə iştirakçıları, həmçinin, seminariyanın ilk binası ilə tanış olublar.

 

Tədbir çərşənbə tonqalının qalanması ilə başa çatıb.

 

Təhsil Nazirliyi 2016-cı ildən etibarən “Novruz  mühazirələri” keçirir. Mühazirələrdə millət vəkilləri, tanınmış alimlər, beynəlxalq və yerli təhsil ekspertləri tərəfindən Azərbaycanın tarixi, elmi, mədəniyyəti və təhsili üzrə müxtəlif məsələlər ictimaiyyətə çatdırılır.

 

İkinci “Novruz mühazirəsi”nin informasiya dəstəyi Real televiziyasına və Report İnformasiya Agentliyinə məxsusdur.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Marneulidə seçici fəallığı 14%-ə çatıb 19 May 2019, 14:59 Ukrayna Azərbaycanlıları Radası ölkə ictimaiyyətinə müraciət etdi – “Təxribatlara uymayın” 19 May 2019, 14:04 V Respublika fənn müsabiqələrinin ilk mərhələsi keçirilib   19 May 2019, 13:37 İtaliya Azərbaycanlılarının Koordinasiya Şurası təsis edilib   19 May 2019, 13:28 Sabahın HAVASI: Dolu düşmə ehtimalı var 19 May 2019, 12:54 Şamaxıda “Mercedes”aşdı - Yaralılar var 19 May 2019, 12:33 Gözlər yoldan yığılarmı... - XVII YAZI 19 May 2019, 12:15 Dilqəm Əsgərovun oğlundan Şəmkirin icra başçısına İTTİHAM: “Hansı qayğıdan danışırsınız?!”   19 May 2019, 11:51 Deputat Vahid Əhmədova ağır İTKİ 19 May 2019, 11:44 Bakıda ticarət mərkəzində yanğın olub 19 May 2019, 11:13 Hondurasda təyyarə qəzası: 6 ölü 19 May 2019, 11:02 Adı özündən çox yaşayacaq şair… 19 May 2019, 10:57 Məhşur rejissor: “İlk işim tualet təmizləmək oldu” - MÜSAHİBƏ 19 May 2019, 10:49 Gürcüstanda seçkilər keçirilir 19 May 2019, 10:41 Ermənilər cəbhədə təxribatlara davam edir 19 May 2019, 10:32 Azərbaycanda çəkilən “Stalinin qaranlıq keçmişi” filmi 4 festivalda uğur qazanıb 19 May 2019, 10:24 Ölüm ayağında ona xəyanət etmiş ərini arzulamışdı - 29 yaşında dul qalan məşhur - FOTOLAR 19 May 2019, 10:03 Saatlıda 80 yaşlı kişi özünü güllələdi - SƏBƏB 19 May 2019, 10:01 ABŞ Azərbaycana QADAĞA qoya bilər   19 May 2019, 09:53 Bakıda ana və azyaşlı qızı itkin düşdü 19 May 2019, 09:33 Bu gün II və III qrupları üzrə qəbul imtahanı keçirilir 19 May 2019, 08:52 Bakıda 77 yaşlı qadın yanğında öldü 19 May 2019, 00:49 Elektron sənədlərin qeydə alınması proseduru dəyişib 19 May 2019, 00:33 Helikopter qəzasında iki nəfər öldü 19 May 2019, 00:14 “Avropa Birliyi Azırbaycanla əməkdaşlıqda maraqlıdır” - Sona Əliyeva 18 May 2019, 23:57 “Zağulba Mall”da yanğın söndürüldü – Rəsmi 18 May 2019, 23:29 “Eurovision 2019” müsabiqəsi başa çatdı - Niderland təmsilçisi qalib olub 18 May 2019, 23:09 İnam Kərimov Goranboyda  fermerləri dinlədi - FOTO 18 May 2019, 22:53 Zağulbadakı yanğında 2 FHN əməkdaşı xəsarət aldı 18 May 2019, 22:36 Neft hasilatının azaldılması üzrə OPEK+ razılaşmasının müddəti uzadılır 18 May 2019, 22:12 Çingiz Mustafayevdən dünya azərbaycanlılarına müraciət - VİDEO 18 May 2019, 21:49 Qum fırtınası səbəbindən şagirdlər təxliyə edildi 18 May 2019, 21:28 Azyaşlı yol qəzasının qurbanı oldu 18 May 2019, 21:07 Bakıda ticarət mərkəzində yanğın: Xəsarət alanlar var - VİDEO 18 May 2019, 20:47 Penitensiar Xidmət təkzib etdi: Cərimə təcridxanasında deyil 18 May 2019, 20:32