Arxiv
28 mart 2019, 13:44 | İQTİSADİYYAT
Şəmkirli iş adamlarının Rusiyadakı uğur hekayəsi - “Meyvə-tərəvəz ticarəti əsas peşəmizdir”

Azərbaycanın Şəmkir rayonu Rusiya KİV-nin diqqətini özünə cəlb edib.

Modern.az xəbər verir ki, Rusiyanın meyvə-tərəvəz ticarətində bu rayondan olan iş adamlarının ölkənin ikinci ən böyük şəhəri Sankt-Peterburqda aktivliyi diqqətdən yayınmayıb.

 

“Dünyanın müxtəlif güşələrindən Rusiyaya meyvə-tərəvəz gətirən şirkətlərin adının Azərbaycana aidliyi müşahidə olunmasa da, bu bazarın ən uğurlu oyunçuları arasında azərbaycanlılar çoxluq təşkil edir”-deyə Fontanka.ru saytı yazır.

Federal Gömrük Xidmətinin məlumatına görə, 2018-ci ildə meyvə və qoz-fındığın idxalı 5 milyard dolları, tərəvəzin idxalı isə 1,8 milyard dolları keçib.

 

Meyvə-tərəvəz idxal edən ən böyük 5 şirkətdən 3-ü “Əhməd Frut”, "AyBaRus” və "Ruzifrut” məhz Şəmkirdən olan azərbaycanlılar tərəfindən idarə olunur.


“Azərbaycanda onillər boyu meyvə və tərəvəz istehsal olunur. Onların bir hissəsi məhz ixraca gedir. Şəmkir rayonunda isə bu, əsas sahə, hətta peşədir. Həm sovet, həm də postsovet dövründə çox məsələlər məhz buradan keçib. Hazırda Şəmkirdə istehsal prosesi yaxşı təşkil olunub, parnik sistemi inkişaf edib”-deyə “AyBaRus” şirkətinin sahibi Elçin Əhmədov rusiyalı jurnalistə açıqlama verib.

 

O, meyvə-tərəvəz biznesinin aktivliyinin Mixail Qorbaçovun hakimiyyətə gəldiyi ildən başladığını xatırlayır. Sovet İttifaqının dağılmasından sonra şəmkirli fermerlər öz məhsullarını Sankt-Peterburq limanı vasitəsilə reallaşdırmağa başlamışdılar. Eyni zamanda, Sıtniy, Torjovski və s. bazarlarda da azərbaycanlılar aktivləşməyə başlamışdılar. 2000-ci illərin ortalarında meyvə-tərəvəz biznesinə Vladimir Kexman, Şalmi Benyaminov və Valeri Linetski kimi iş adamları da daxil olmuşdular.

Amma bu iş adamlarının stukturları 2008-ci ilin maliyyə böhranına dözə bilmədi və öz yerini orta biznesə sahib olan şəmkirli ticarətçilərə verdi. Onların təkhakimiyyətliyi də çox çəkmədi. Belə ki, 2015-ci ildən başlayaraq iri mağaza şəbəkələri meyvə-tərəvəz bazarlarına məxsus beynəlxalq idxal sektorunun bir hissəsinə sahibləndilər.

 

Meyvə-tərəvəz bazarının digər böyük oyunçusu “Ruzifrut”un sahibi Elbrus Məmmədov da Şəmkir rayonunun kənd təsərrüfatındakı ciddi uğurlarından danışaraq, bunun nəsildən-nəsilə ənənə halını aldığını deyib.

“Şəmkirdə uşaq gözünü açır və ilk gördüyü şey atasının, yaxud babasının meyvə-tərəvəz ticarətindən əldə etdiyi gəlir görmək olur. Bu gün də həmin istehsal yüksək inkişafdadır. Bu həmin insanlar üçün uşaqlıqdan ailə işidir”.

 

1996-cı ildə 14 yaşı olarkən Sankt-Peterburqa köçən Məmmədov özünü ailə biznesində sınamağa qərar verərək, böyük uğur qazanıb. Belə ki, təkcə 2017-ci ilin yekunlarına görə, “Ruzifrut” 5 milyard rubl gəlir və 55,9 milyon rubl xalis gəlirlə bazarda 5 əsas oyunçudan biri olub.

 

Amma son illərdə meyvə-tərəvəz şirkətləri üçün rəqabət aparmaq çətinləşib. Bunu “AyBaRus” şirkətinin sahibi Elçin Əhmədov da təsdiqləyir.

“Yanaşma, tələblər, qaydalar dəyişir. Köhnə oyunçular üçün çətinliklər artıb. Ənənələr müasir çağırışlara cavab verə bilmir. Çoxlu azərbaycanlılar biznesdən gedərək, əmlak biznesinə girişir”.

 

Sankt-Peterburq meriyasındakı mənbə isə deyilənləri daha sərt formada təsdiqləyir.

“Bir neçə il əvvəl Sofiysk bazarında reydlər zamanı biz sənədlərlə deyil, şifahi razılaşmalarla rastlaşırdıqsa, hazırda hər şey vergi bazasının yaradılması ilə xeyli şəffaf olub”.

Onun fikrincə, azərbaycanlıların biznesinə mane olan əsas amillər onların aztəhsilli olması və hər fürsətdə vergidən yayınmaq istəyi ilə bağlıdır.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Paşinyan “Qarabağ klanı”na son zərbəni endirməyə hazırlaşır 17 Avqust 2019, 14:57 Narkotik satışı ilə məşğul olan şəxs saxlanılıb 17 Avqust 2019, 14:53 Bakıda magistralda avtomobil yanır, tıxac var 17 Avqust 2019, 14:42 Gömrükdən keçən avtomobildə qanunsuz mobil telefonlar aşkarlanıb 17 Avqust 2019, 14:31 Xocəsən poçt şöbəsində hücum – yaralanan var 17 Avqust 2019, 14:16 Polisdən AÇIQLAMA: Nəzarətsiz uşaqların oğurlanması halları var 17 Avqust 2019, 13:54 Sentyabrda kirayə evlər bahaşacaq 17 Avqust 2019, 13:31 Nazirlik əlilliyi olan şəxslərlə bağlı proqrama start verdi 17 Avqust 2019, 13:28 Oğuzda mübahisə qətllə nəticələnib 17 Avqust 2019, 13:16 "28 may" stansiyasında istifadəsi dayandırılan eskalatorda təftiş yekunlaşıb 17 Avqust 2019, 12:55 Bakıda antisanitar şəraitdə süd məhsulları hazırlayan sex aşkarlandı - FOTOLAR 17 Avqust 2019, 12:44 Nepal Everesti fəth etmək üçün tələbləri sərtləşdirir 17 Avqust 2019, 12:24 MTN eyni silahlarla həm sabiq naziri, həm də jurnalisti şərləyib - Vəkil yeni sirlər açdı - II YAZI 17 Avqust 2019, 12:14 Bakıda baş verən qəzada 8 yaşlı uşaq ölüb 17 Avqust 2019, 12:01 Reyxstaqa qədər döyüşən aktyor - Hüseynağa Sadıqovun ömrü boyu unutmadığı dəhşətli EPİZOD 17 Avqust 2019, 11:55 Kamerun, Nigeriya və Konqonun qadın siyasətçiləri Qarabağ haqda məlumatlandı 17 Avqust 2019, 11:53 Sabah 40 dərəcə isti olacaq 17 Avqust 2019, 11:42 Mehmanxana yandı, 8 nəfər can verdi 17 Avqust 2019, 11:39 Tramp bank rəhbərlərini təcili iclasa çağırdı 17 Avqust 2019, 11:21 “Əhali bilsin ki, 40 manatdan baha bal olmur” – Arıçı təbii balın sirlərini AÇDI 17 Avqust 2019, 11:02 Nikah müayinələri hansı xəstəlikləri üzə çıxarıb? - STATİSTİKA 17 Avqust 2019, 10:52 Avtobusun uçuruma düşməsi nəticəsində 7 nəfər ölüb 17 Avqust 2019, 10:35 Polis dövlətin ən etibarlı dayağıdır 17 Avqust 2019, 10:31 İstanbulda partlayışda ölən var 17 Avqust 2019, 10:11 Göyçay, Ucar və Zərdabda qaz olmayacaq 17 Avqust 2019, 09:52 Ermənilər cəbhədə snayperləri işə saldı 17 Avqust 2019, 09:33 İstirahət günlərinin havası AÇIQLANDI 17 Avqust 2019, 09:15 İldırım 5 nəfərin həyatına son qoydu 17 Avqust 2019, 09:06 Qarabağın azərbaycanlı icmasının səsi necə eşidilir? - Üç deputatın MÖVQEYİ 17 Avqust 2019, 08:58 Almaniyada hərbi tərcüməçi İrana işləyirmiş 17 Avqust 2019, 00:48 Sabiq prezidentin xanımına cinayət işi açıldı 17 Avqust 2019, 00:26 Peterburq bazarında azərbaycanlılarla atışma olub 17 Avqust 2019, 00:07 Taliban liderinin qardaşı öldürüldü 16 Avqust 2019, 23:47 Azərbaycan nefti ucuzlaşıb 16 Avqust 2019, 23:31 70-ci illərin məşhur maşınları - FOTOLAR 16 Avqust 2019, 23:16