Modern.az

Tanınmış həkim Aftandil Mehdiyev vəfat edib  

Tanınmış həkim Aftandil Mehdiyev vəfat edib   

5 Aprel 2019, 23:41

Tanınmış həkim, otorinolarinqoloq Aftandil Mehdiyev aprelin 5-də vəfat edib. Modern.az-ın məlumatına görə, bu barədə mərhumun qohumları bildiriblər.

A.Mehdiyev 1967-1973-cü illərdə N. Nərimanov Azərbaycan Tibb Universitetində təhsil alıb.

1973-1974-cü illərdə  M. Ə. Əfəndiyev adına 2 saylı şəhər kliniki xəstəxanasında otolarinqologiya  üzrə  internaturanı keçib.

1973-1974-cü illərdə Bakı Şəhər Respublika Xəstəxanası otorinolarinqoloq kafedrasında kurs keçib.

1974-1977-ci illərdə Naxçıvan MR-in Şahbuz  rayon mərkəzi  xəstəxanasında həkim-otorinolarinqoloq vəzifəsində çalışıb.

1977-1994-cü illərdə Naxçıvan MR-in Şərur  rayon mərkəzi  xəstəxanasında həkim-otorinolarinqoloq vəzifəsində çalışıb.

1994-cü ildən bu günə qədər Bakı şəhəri  32 saylı Birləşmiş Şəhər Xəstəxanasında həkim-otorinolarinqoloq vəzifəsində çalışırdı.

Eyni zamanda 2008-ci ildən indiyə kimi Xətai  Estetik Klinikasında  həkim-otorinolarinqoloq vəzifəsində işləyirdi.

Allah rəhmət eləsin...

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır