Arxiv
19 Aprel 2019, 17:38 | ÖLKƏ
Problemli kreditləri olan vətəndaşlara kompensasiya ödənişi başladı - RƏSMİ

Maliyyə Nazirliyi və Maliyyə Bazarlarına Nəzarət Palatası fiziki şəxslərin problemli kreditləri ilə bağlı birgə açıqlama yayıb.

Modern.az-a daxil olan birgə açıqlamada deyilir ki, Azərbaycan Prezidentinin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanının icrası olaraq fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə kompensasiyaların verilməsi ilə bağlı hazırlıq işləri başa çatdırılıb.   


Maliyyə Bazarlarına Nəzarət Palatası kompensasiya ödənişinin ümumi məbləğini, ödəniş ediləcək fiziki şəxslərin siyahısını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğini müəyyən edərək, hər bir kredit təşkilatı və ləğvetmə prosesində olan kredit təşkilatı üzrə ayrılacaq vəsaitin məbləği barədə məlumatı Maliyyə Nazirliyinə və Mərkəzi Banka təqdim edib.


Maliyyə Bazarlarına Nəzarət Palatasından təqdim edilmiş siyahıya uyğun olaraq Maliyyə Nazirliyi tərəfindən müvafiq vəsaitlərin kredit təşkilatlarının (bank olmayan kredit təşkilatları istisna olmaqla), ləğvetmə prosesində olan bankların və poçt rabitəsinin milli operatorunun Mərkəzi Bankdakı hesablarına, bank olmayan kredit təşkilatlarının, habelə ləğvetmə prosesində olan bank olmayan kredit təşkilatlarının isə poçt rabitəsinin milli operatorunda olan hesablarına köçürülməsinə 19 aprel 2019-cu il tarixindən başlanılıb.


Kompensasiya alacaq şəxslərin sayı 602.347 nəfər təşkil edir. Həmin şəxslərin sayının və həyata keçiriləcək bank əməliyyatlarının həcminin çoxluğunu nəzərə alaraq kompensasiya verilməsi prosesinin optimal təşkili məqsədilə Maliyyə Nazirliyi tərəfindən kredit təşkilatlarına vəsaitlərin köçürülməsi mərhələli şəkildə Maliyyə Bazarlarına Nəzarət Palatası ilə razılaşdırılmaqla həyata keçiriləcək.   

 

22 aprel 2019-cu il tarixindən kredit təşkilatları və poçt rabitəsi milli operatoru vətəndaşlara kompensasiya ödənişlərinin verilməsinə başlayacaq.

Bütün ödənişlərin yuxarıda qeyd olunan Fərmana uyğun olaraq cari ilin may ayında yekunlaşdırılması planlaşdırılır.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bakıda 3 otaqlı ev yanıb   22 Sentyabr 2019, 17:40 Aytəkin Alxaslıdan Elçin Quliyevlə bağlı icazəsiz yazı... 22 Sentyabr 2019, 17:25 Bədii gimnastika üzrə 37-ci Dünya Çempionatının bağlanış mərasimi keçirilir 22 Sentyabr 2019, 16:39 Cəlilabadda 8 otaqlı ev yanıb   22 Sentyabr 2019, 15:25 Hərbi qulluqçu Elyarbəy Məmmədov torpağa tapşırılıb 22 Sentyabr 2019, 15:16 Tural Gəncəliyev erməniləri ifşa etdi - VİDEO 22 Sentyabr 2019, 14:39 Ağsuda iki “VAZ” toqquşub, xəsarət alan var 22 Sentyabr 2019, 14:35 Azərbaycanın ərazi sularında gəmilərin hərəkətinə icazə verilib 22 Sentyabr 2019, 14:07 “Böyük İpək Yolu”ndan təlim – “Gənclərin karyerada yüksəliş imkanları” 22 Sentyabr 2019, 14:01 Ərdoğan ABŞ-a gedib 22 Sentyabr 2019, 13:43 Amerikada qarşılıqlı ittihamlar kimin sonuna çıxacaq? – HARVARD MƏZUNU YAZIR 22 Sentyabr 2019, 13:01 Diş həkiminin xəstəliyə yoluxdurduğu aktyor - Ələkbər əminin NAĞILI 22 Sentyabr 2019, 12:41 Sabahın HAVASI: Yağış yağacaq 22 Sentyabr 2019, 12:38 Küləyin aşırdığı ağac 120 evi qazsız qoydu 22 Sentyabr 2019, 12:32 Şahdağda qarın hündürlüyü 3 santimetrə ÇATIB – Faktiki HAVA   22 Sentyabr 2019, 12:27 “Korrupsioner məmurun öz sərvətini açıqlaması intihar kimi bir şeydir” 22 Sentyabr 2019, 12:22 Şəmkirdə bir nəfər hovuzda boğuldu   22 Sentyabr 2019, 12:10 Ömrün nisgil toplusu “Dəyişmirik” çapdan çıxdı 22 Sentyabr 2019, 12:05 Bakıda Çilinin müstəqilliyinin 209-ci ili qeyd edilib 22 Sentyabr 2019, 11:56 Selcan o statusu niyə YAZDI? - Fuad Qəhrəmanlı aydınlıq gətirdi 22 Sentyabr 2019, 11:56 Sabah Azərbaycanda payız başlayacaq 22 Sentyabr 2019, 11:36 Mahir Emrelinin evini qarət edən şəxslər danışdı - VİDEO 22 Sentyabr 2019, 11:20 Ötən il dünyanın böhran regionlarında 29 milyon körpə doğulub   22 Sentyabr 2019, 10:50 Yaponiyada 400-dən çox aviareys təxirə salındı 22 Sentyabr 2019, 10:36 Qubanın dağlıq kəndlərinə qar yağıb 22 Sentyabr 2019, 10:32 Şirvanda transformator yanıb   22 Sentyabr 2019, 10:27 Ermənilər cəbhədə təxribatlara davam edir 22 Sentyabr 2019, 09:36 Bu gün Azərbaycan komandası Dünya Çempionatının finalında mübarizə aparacaq 22 Sentyabr 2019, 09:31 “Problemli kreditlərlə bağlı əhalini sevindirəcək dəyişiklik gözlənilir” 22 Sentyabr 2019, 09:20 Bakıda 9 yaşlı uşağı yük maşını vurdu 22 Sentyabr 2019, 00:34 Güclü külək Goranboyda fəsadlar törətdi 22 Sentyabr 2019, 00:16 Tacikistanda rüs əsgərlərinə hücum edildi 21 Sentyabr 2019, 23:54 Ermənistanda qubernator köməkçisi ordu zabitini öldürdü 21 Sentyabr 2019, 23:09 Neftin bölüşdürülməsi problem yaratdı 21 Sentyabr 2019, 22:47 İran, Çin və Rusiya ilə birgə hərbi təlimlərə hazırlaşır 21 Sentyabr 2019, 22:33