Modern.az

Əvvəlki illərin məzunları qəbul imtahanı verəcək - 5 gün qaldı

Əvvəlki illərin məzunları qəbul imtahanı verəcək - 5 gün qaldı

Təhsil

23 Aprel 2019, 10:36

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən aprelin 28-də Bakı, Naxçıvan, Gəncə, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran və Xaçmazda ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən əvvəlki illərin məzunları, buraxılış imtahanında verilən xarici dildən fərqli dil seçənlər, təhsil alacağı bölməni dəyişənlər, üzrlü səbəbdən buraxılış imtahanlarında iştirak edə bilməyənlər, həmçinin eksternat qaydasında imtahan verənlər üçün növbəti imtahanlar keçiriləcək.

Modern.az-ın məlumatına görə, aşağıdakı kateqoriyaya aid olan abituriyentlər //eservices.dim.gov.az/brxvbak/?frm=egov linkindən istifadə edib “imtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər:

– ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olmaq istəyən əvvəlki illərin məzunları;

– ali və orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində buraxılış imtahanı çərçivəsində verilən xarici dil fənnindən fərqli xarici dil fənni üzrə iştirak etmək istəyən cari ilin məzunları;

– ali və orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində orta məktəbdə təhsil aldıqları bölmədən fərqli bölmə üzrə iştirak etmək istəyən Azərbaycan və ya rus dili fənni üzrə imtahan verən cari ilin məzunları;

– Azərbaycan və rus dilləri istisna olmaqla tədris digər dillərdə aparılan məktəblərin ali və orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində iştirak etmək istəyən və təhsil almaq istədikləri bölməyə uyğun Azərbaycan və ya rus dili fənni üzrə imtahan verən cari ilin məzunları;

–xarici dil fənni tədris olunmayan məktəblərin ali və orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində iştirak etmək istəyən və elektron ərizə doldurarkən seçdikləri xarici dil fənni üzrə imtahan verən cari ilin məzunları.

Üzrlü səbəbdən bu ay keçirilən buraxılış imtahanlarında (XI sinif) iştirak edə bilməyən cari ilin məzunları və əvvəlki illərdə təhsil sənədi ala bilməyən, eksternat qaydasında imtahan verənlər isə  //www.e-gov.az/az/services/read/2516/0?tqdk_xdm=46 linkindən istifadə etməklə “imtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər. 

Buraxılış vərəqəsini çap üçün kompüterə Adobe Reader proqramı quraşdırılmalıdır və brauzerin “Pop-up blocked” sahəsindən qeyd işarəsi götürülməlidir. Şəxsiyyəti təsdiq edən sənədində şəkli olmayan şagirdlərə buraxılış imtahanı üçün təhsil müəssisəsi tərəfindən verilməli olan arayışı DİM-in saytından yükləmək olar.

QEYD: I,II,III və IV ixtisas qrupları üzrə qəbul imtahanında iştirak etmək istəyən əvvəlki illərin məzunlarının nəzərinə çatdırırıq ki, onlar mütləq aprelin 28-də qəbul imtahanının birinci mərhələsində iştirak etməlidirlər. Bu imtahanda iştirak etməyənlər qəbul imtahanının ikinci mərhələsinə buraxılmayacaqlar.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür