Arxiv
24 Aprel 2019, 18:21 | AKTUAL
Nazir: “Azərbaycan Qran-prisi üçün bütün biletlər satılıb”

”Formula 1” üzrə SOCAR Azərbaycan Qran-prisi üçün bütün tribuna biletləri satılıb.

 

Modern.az-ın ”Report”a istinadən məlumatına görə, bu barədə AzTV-yə açıqlamasında gənclər və idman naziri Azad Rəhimov bildirib. Nazir deyib ki, satışda qalan biletlər yarışı ayaqüstü izləməkdən ötrü olan yerlərədir: ”Biz çox şadıq ki, digər illərə nisbətən biletlərin satışı yüksək səviyyədədir. Demək olar ki, bu günə bilet qalmayıb. Bütün tribunaların biletləri satılıb. Qalan biletlər ayaqüstü yerlərədir. Onlardan da gənc fəallara paylanılıb, hədiyyə kimi verilib. Bu yarış da onlar üçün daha maraqlıdır”.

Rəhimov Qran-priyə tam hazır olduqlarını da vurğulayıb. O, bütün işlərin vaxtında görüldüyünü diqqətə çatdırıb: ”Dünyanın ən möhtəşəm yarışlarından biri sayca 4-cü dəfə Bakıya gəlib. Deyə bilərik ki, bu gün Qran-priyə 100 faiz hazırıq. Tikinti və digər məsələlərlə bağlı işlər vaxtında həyata keçirilib. Şəhərimiz də Qran-priyə hazırdır. Sevinirik ki, dövlət tərəfindən yürüdülən mötəbər yarışların Azərbaycana gətirilməsi siyasəti özünü tam doğruldur. Ötən Qran-prini televiziya vasitəsilə izləyənlərin sayı 83 milyon nəfəri keçmişdi. Turistlərin də sayı xeyli artıb və maraq çox böyükdür. 2017-2018-ci illərdə Bakıdakı Qran-prilər ən maraqlı yarışlar sayılıb. Düşünürük ki, qarşıdakı Qran-pridə də azarkeşlərimizi maraqlı anlar gözləyir”.

Nazir yeganə problem kimi məşhur müğənni Sem Smitin aprelin 27-də nəzərdə tutulan konsertinin baş tutmamasını qeyd edib: ”Təəssüf ki, Smit xəstələndiyi üçün gələ bilməyəcək. Bu xəbəri aldıqdan sonra qısa müddətdə, praktiki olaraq iki gecə ərzində yeni müqavilə bağladıq. Dünyanın tanınmış müğənnisi Cessi Cey Bakıya təşrif buyuracaq. O, heç də Sem Smitdən aşağı səviyyəli müğənni deyil. Sevinirik ki, bizim idman və mədəniyyətsevərləri, belə bir bayramda müğənnisiz qoymadıq”.

Rəhimovunsözlərinə görə, Azərbaycan Qran-prisi sayəsində gənclər işlə təmin olunub: ”115 nəfərədək gənc ilboyu ofisdə çalışır. Yarışa iki ay qalmış isə 1000-ə yaxın gənc işə cəlb olunur. Sözsüz ki, bu, onlar üçün böyük təcrübədir. Subpodratçı kimi Bakının mindən artıq şirkətimüxtəlif işləri həyata keçirir. Nəticədə 10 mindən artıq insan işə cəlb olunur. Bu da iqtisadiyyat üçün böyük təkan, xeyir, şirkətlər üçün vacib məsələdir”.

Qeyd edək ki, Azərbaycan Qran-prisi 26 - 28 apreldə keçiriləcək. 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Azərbaycanda 1400-dən artıq məhkum elektron qolbaq daşıyır 17 İyul 2019, 20:30 İraq türk diplomatlarının ölümünü pislədi 17 İyul 2019, 20:16 “Qarabağ”la “Partizani”nin start heyətləri açıqlandı 17 İyul 2019, 20:00 Elina Hacıyevanın ölümü ilə bağlı cinayət işi üzrə obyektiv istintaq aparılır - Baş Prokurorluq 17 İyul 2019, 19:53 Şamaxıda iki avtomobil toqquşub, 5 nəfər xəsarət alıb 17 İyul 2019, 19:46 Ermənilər Göygöldə traktoru snayper atəşinə tutub - RƏSMİ 17 İyul 2019, 19:32 “Azercell”: Məlumatlar həqiqəti əks etdirmir 17 İyul 2019, 19:21 Mərkəzi Bankın qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib   17 İyul 2019, 19:04 Qazaxda üçotaqlı ev yanıb   17 İyul 2019, 18:55 6 ay ərzində hava nəqliyyatı ilə 1,1 milyondan çox sərnişin daşınıb   17 İyul 2019, 18:53 Hava limanında qanunsuz telefonlar və elektronika malları aşkarlanıb 17 İyul 2019, 18:47 BDU-da yeni fənn tədris olunacaq   17 İyul 2019, 18:35 6 ayda 655 məhkum cəzaçəkmədən azad olunub 17 İyul 2019, 18:32 Nazirlik  sosial şəbəkələrin çökməsi ilə bağlı məlumat YAYDI 17 İyul 2019, 18:15 Bərdədə antisanitar pendir sexi AŞKARLANDI - FOTOLAR 17 İyul 2019, 18:05 Bu il İİV-yə yoluxan 343 nəfərin 34-ü narkotik istifadəçisi olub 17 İyul 2019, 17:43 56  əcnəbi narkotiklərin qanunsuz dövriyyəsinə görə həbs edilib 17 İyul 2019, 17:41 Dünyanın ən zəngin 100 iş adamı – Siyahıdakı yeganə azərbaycanlı... 17 İyul 2019, 17:31 Gədəbəydə 1 tona yaxın çətənə kolu məhv edildi   17 İyul 2019, 17:18 Türkiyədə dilənçidən 3 min lirə, 5 min dollar götürüldü 17 İyul 2019, 17:12 Manat və dolların sabahkı məzənnəsi 17 İyul 2019, 17:12 “Yay məktəbi”nin iştirakçıları Lerik rayonu ilə tanış olublar - FOTOLAR 17 İyul 2019, 17:00 Ağdaşda qanunsuz limonad sexi aşkarlandı 17 İyul 2019, 16:53 Sosial şəbəkələr çökdü 17 İyul 2019, 16:49 Türkiyədə daha 43 nəfərə ömürlük həbs cəzası verildi 17 İyul 2019, 16:48 Bakı və Abşeronun bəzi əraziləri susuz qalacaq 17 İyul 2019, 16:36 İraqda türkiyəli diplomatlar öldürüldü 17 İyul 2019, 16:16 ADU-da müəllimlər üçün təlim yekunlaşdı   17 İyul 2019, 16:09 Heydər Əliyev Fondu ürək qüsurlu uşaqların əməliyyatına dəstək oldu 17 İyul 2019, 16:07 O, azərbaycanlıdır! - Akademik Əhəd Canəhmədov haqqında düşüncələr... 17 İyul 2019, 15:56 Avropa Gənclər Yay Olimpiya Festivalında bunlar qadağan olunacaq 17 İyul 2019, 15:45 “Avroviziya”ya ev sahibliyi üçün 2 şəhər yarışır 17 İyul 2019, 15:33 Bakcell yenə də ən yüksək nəticə göstərdi 17 İyul 2019, 15:18 “Təxribata uymayan Azərbaycan əsgərinə təşəkkür edirik” – Gürcüstanın azərbaycanlı deputatları 17 İyul 2019, 15:13 Nazirlik Gəncədə Təlim-Tədris Mərkəzi istifadəyə verəcək 17 İyul 2019, 14:36