Modern.az

Rövşən Rzayev Aprel döyüşləri qazisinə ev verdi

Rövşən Rzayev Aprel döyüşləri qazisinə ev verdi

24 Aprel 2019, 20:31

“Bu gün Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin sədri vətənpərvər insan cənab Rövşən Rzayev məni və ailəmi “Qobu park” yaşayış kompleksində 3 otaqlı mənzillə sevindirdi”. Modern.az xəbər verir ki, bunu Aprel döyüşləri iştirakçısı, II qrup Qarabağ əlili və qazisi Əhliyət Mehdiyev bildirib.

Əhliyət Mehdiyev qeyd edib ki, Komitə sədrinin daimi olaraq diqqətini hiss ediblər: “Aprel döyüşlərindən təxris olunandan sora çox hörmətli Rövşən müəllim məni Komitədə işlə təmin etdi. Aprel döyüşlərində qəhrəmancasına şəhid olan Polkovnik Raqub Orucovun xanımı Sevinc Alızadə mənim evlə bağlı, işlə bağlı problemim olduğunu bilən kimi Rövşən müəllimə bildirdi. Rövşən müəllim məni işlə təmin etdi. Ağdam rayonundan məcburi köçkün olduğumu bilən kimi isə mənzil məsələmə köməklik edəcəyinə söz verdi. Bu gün isə  məni 3 otaqlı mənzillə sevindirdi. Təşəkkür edirəm ki, cənab Prezidentimiz İlham Əliyev,  Birinci Vitse-prezidentimiz Mehriban xanım Əliyeva, dövlətimiz hər zaman şəhid və qazi ailələrinin yanındadı. İnşallah Qarabağımız tezliklə işğaldan azad olunsun, öz ata - baba torpaqlarımızda yaşamağımızın sevincini yaşayaq”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub