Arxiv
3 May 2019, 13:39 | TƏHSİL
31 mart tarixli imtahanların nəticələri AÇIQLANDI

Dövlət İmtahan Mərkəzi martın 31-də keçirlmiş 9 illik orta təhsil bazasında (kolleclərə) qəbul olmaq istəyən əvvəlki illərin məzunları, əvvəlki illərdə təhsil sənədi ala bilməyən və eksternat qaydasında imtahan verən məzunlar, üzrlü səbəbdən 3,10 və 17 martda keçirilən buraxılış imtahanlarının (IX sinif) birinci mərhələsində iştirak edə bilməyən cari ilin məzunları, orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində orta məktəbdə təhsil aldıqları bölmədən fərqli bölmə üzrə iştirak etmək istəyən Azərbaycan və ya rus dili fənni üzrə imtahanı verən cari ilin məzunları, orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində buraxılış imtahanı çərçivəsində verilən xarici dil fənnindən fərqli xarici dil fənni üzrə iştirak etmək istəyən cari ilin məzunları üçün keçirilən imtahanların nəticələrini elan edib.

Modern.az xəbər verir ki, 9 illik orta təhsil bazasında  kolleclərə qəbul olmaq istəyən əvvəlki illərin məzunları, Azərbaycan və ya rus dili, əlavə xarici dil imtahanı verən abituriyentlər bu linkdən, eksternat qaydasında imtahan verənlər, üzrlü səbəbdən 9-cu sinif buraxılış imtahanlarında iştirak edə bilməyənlər isə buradan nəticələrini öyrənə bilərlər.

İmtahanlarda iştirak etmiş şəxslər (6920 nəfər) DİM-in internet saytında imtahan nəticələri, cavab vərəqinin ön və arxa üzünün qrafik təsviri, qapalı tipli tapşırıqların doğru cavabları, həmçinin hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları (tapşırığın ehtimal olunan doğru cavabları, həlli və qiymətləndirmə şkalası) ilə tanış ola bilərlər. Markerlər hər bir tapşırıq üzrə yazı işlərini məhz həmin tapşırığın xüsusiyyətləri nəzərə alınmaqla hazırlanan meyarlar əsasında qiymətləndirirlər.

Qeyd edək ki, kolleclərə qəbul və buraxılış imtahanının birinci mərhələsində şagirdlərə ana dili fənnindən 10 açıq və 10 qapalı, riyaziyyat fənnindən 10 açıq, xarici dil fənnindən 9 qapalı və 6 açıq tipli tapşırıq olmaqla ümumilikdə 45 tapşırıq təqdim olunur. Bu mərhələdə fənlərinin hər biri üzrə toplanıla biləcək maksimal bal 30-dur. Açıq tipli tapşırıqların hər biri qiymətləndirmə meyarlarına uyğun olaraq 0,  və ya 1 balla, qapalı tipli tapşırıqların hər biri isə 0 və ya 1 balla qiymətləndirilir. Balların hesablanması qaydasına görə (Cədvəl 1) şagirdlərin:

 

  • xarici dil fənni üzrə açıq tipli tapşırıqlardan topladıqları ballar cəmlənir və 2-yə vurulur. Qapalı tipli tapşırıqlar üzrə balları cəmlənir. Bundan sonra alınan bu iki ədəd cəmlənir və -a vurulur.
  • Azərbaycan (rus) dili fənni üzrə açıq tipli tapşırıqlardan topladıqları ballar cəmlənir və 2-yə vurulur. Qapalı tipli tapşırıqlar üzrə balları cəmlənir. Bundan sonra alınan bu iki ədəd cəmlənir.
  • Riyaziyyat fənni üzrə isə açıq tipli tapşırıqlardan toplanılan ballar cəmlənir və 3-ə vurulur.

 

Cədvəl 1

Fənn

I mərhələ, test tapşırıqları

Maksimal 
bal

Test tapşırıqlarınn 
sayı

Bal

Xarici dil (ingilis, alman, fransız, rus, ərəb, fars dilləri)

30

15 (6 açıq
+
9 qapalı)

 ·(2nd(açıq) 
  +
nd(qapalı))

Tədris dili (Azərbaycan dili, rus dili)

30

20 (10 açıq
+
10 qapalı)

2∙nd (açıq)
+
nd (qapalı)

Riyaziyyat

30

10 (açıq)

3∙nd(açıq)

 

nd (açıq) - açıq tipli test tapşırıqlarına verilmiş balların cəmi

 

nd (qapalı) - qapalı tipli test tapşırıqlarına verilmiş balların (düzgün cavabların) cəmi 

 

İmtahanın nəticələri ilə bağlı müraciətlərə baxılması üçün Dövlət İmtahan Mərkəzində (Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında) 8 may 2019-ci il tarixində saat 10:00-dan 17:00-dək Apelyasiya Komissiyası fəaliyyət göstərəcək. Apelyasiya Komissiyasına müraciət etmək istəyənlər 6-7 may tarixlərində Dövlət İmtahan Mərkəzi və ya onun regional bölmələrində şəxsiyyət vəsiqələrini təqdim etməklə ərizə doldurub qeydiyyatdan keçə bilərlər. Qeyd olunan müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan Apelyasiya Komissiyasına müraciət edə bilməyəcəklər. Apelyasiya Komissiyasında şagirdin iştirakı (şəxsiyyət vəsiqəsini təqdim etməklə) vacibdir. Şagird ilə yanaşı valideynlərindən biri şəxsiyyət vəsiqəsini təqdim etməklə Apelyasiya Komissiyasının iclasında iştirak edə bilər.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Manat və dolların sabahkı MƏZƏNNƏSİ 22 May 2019, 17:09 Prezident və birinci xanım Təzəpirin qarşısındakı parkın AÇILIŞINDA 22 May 2019, 17:03 “Vətən uzaqda deyil” - Konsert olacaq   22 May 2019, 16:51 BDU-da açılan “Füyuzat Mərkəzi”nin rəhbəri: “Elmi məkan olacaq” 22 May 2019, 16:50 Azərbaycandan 40-dan çox nümayəndə Qazaxıstandakı prezident seçkisini müşahidə edəcək 22 May 2019, 16:49 Paşinyan Qarabağın itirilməsinə görə məsuliyyəti boynundan atmaq istəyir 22 May 2019, 16:47 Qazaxıstanın Azərbaycandakı səfirliyində seçki məntəqəsi açılacaq 22 May 2019, 16:46 Nazirlik: Köhnə avtomobillərin idxalı məhdudlaşdırıla bilər 22 May 2019, 16:38 Gəncədə konfrans - “Gənclərin Dayanıqlı İnkişaf Məqsədləri”    22 May 2019, 16:30 Ceyrançöl və Küdrüdə zərəvericilərlə mübarizə aparılır   22 May 2019, 16:16 Daha 5 kəndə içməli su veriləcək 22 May 2019, 16:13 Leyla Əliyeva zubrların təbiətə buraxılma mərasimində - FOTOLAR 22 May 2019, 16:10 “UNEC-də aparılan islahatlar tələbələrin yüksəlişinə səbəb olub” – Etibar Əliyev   22 May 2019, 16:09 Məhkumluğun mübarək, Aslan İsmayılov! - İş adamı SOCAR-ı da məsələyə QATDI 22 May 2019, 16:07 Köhnə avtomobillərin idxalının məhdudlaşdırılması üçün işlər görülür - RƏSMİ 22 May 2019, 16:05 Bakıda havanın daha çox çirkləndiyi yerlər - Xətai, Nizami və Sabunçu 22 May 2019, 15:52 “Güclü haqlıdır” siyasəti gerçəkləşməyəcək 22 May 2019, 15:49 Rada Zelenskinin təkliflərini rədd etdi 22 May 2019, 15:49 Fridrix Şillerin “Yunan Allahları” şeiri səhnələşdirildi 22 May 2019, 15:41 “Made in Azerbaijan 2019”un qalibləri müəyyənləşdi   22 May 2019, 15:36 Diaspor Komitəsi Fuad Abbasovla bağlı açıqlama yaydı 22 May 2019, 15:25 Azərbaycana 8 baş bizon gətirilib 22 May 2019, 15:24 Sosial müavinət və təqaüdlərin artımı 600 minə nəfərə təsir edib 22 May 2019, 15:17 Ukraynanın yeni prezidenti kadr təyinatlarına başladı 22 May 2019, 15:15 Özünü polis əməkdaşı kimi təqdim edən dələduz saxlanılıb 22 May 2019, 15:13 Vergilər Nazirliyinin əməkdaşlarına cinayət işi açıldı - SİYAHI 22 May 2019, 15:12 Bakıda hədə-qorxu ilə pul tələb edən şəxs saxlanıldı 22 May 2019, 15:01 Müdafiə naziri təlimlərdəki vəziyyətə dair məruzələri dinlədi 22 May 2019, 14:52 Ötən həftə 143 əcnəbi saxlanılıb 22 May 2019, 14:35 Küçələrin sovetdənqalma adları dəyişdirilmir - Deputat laqeydliyin nəticəsi sayır 22 May 2019, 14:13 Ordumuzun təlimləri - səhra şəraitində təminat məntəqələri yaradıldı - VİDEO 22 May 2019, 13:53 Beynəlxalq sözlərə erməni qarşıqlığı düzəldilir - Daha bir SAXTAKARLIQ 22 May 2019, 13:50 Fənn olimpiadalarının qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar 22 May 2019, 13:36 Keçmiş baş nazirin eks-nazirləri - Pənah Hüseynin onlardan xəbəri varmı? 22 May 2019, 13:16 Banklar AvroLiqanın finalına görə gücləndirilmiş rejimə keçir 22 May 2019, 13:07