Modern.az

Ermənilər Xocalı tədbirinə qatılan dünya çempionun adını Yerevandan sildilər

Ermənilər Xocalı tədbirinə qatılan dünya çempionun adını Yerevandan sildilər

Dünya

8 May 2019, 15:23

Yerevan fiqurlu konkisürmə məktəbi daha Rusiya Dövlət Dumasının deputatı, fiqurlu konkisürmə üzrə məşhur dünya və olimpiya çempionu İrina Rodninanın adını daşımayacaq.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə qərar Yerervan Ağsaqqallar Şurasının iclasında “Luys” blokunun təklifi əsasında qəbul edilib.

Qərarada Ermənistan-Rusiya parlamentlərarası dostluq qrupunun sədri kimi İrina Rodninanın bu ilin 25 fevralında Bakıda Xocalı tədbirində iştirakı əsas göstərilib.

 

Erməni deputatları və Yerevan meriyası Rodninanın Xocalı soyqırımının anım tədbirlərdə iştirakını anti-erməni mövqe kimi dəyərləndirib və  onun adını məktəbdən götürüblər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı