Arxiv
10 May 2019, 12:36 | ÖLKƏ
“Utanıb yerə girmək əvəzinə, belə bəyanatlar verirsən” - Arif Paşadan generala sərt İTTİHAM

General-mayor Elbrus Orucov mayın 8-də - Şuşa şəhərinin işğalının 27-ci ildönümündə HafizTimes.com-a müsahibə verib. Keçmiş müdafiə naziri Rəhim Qazıyevin onu “Şuşaya xəyanət”lə ittiham etməsinə münasibət bildirən E. Orucov maraqlı məqamlara toxunub. Onun bu suala cavabını olduğu kimi təqdim edirik:

“Ruslarda belə bir deyim var: “Əgər sən də ona cavab versən, onun səviyyəsinə düşərsən”. Hamı da bilir ki, o, ağzına gələn hər sözü danışır. Mən heç vaxt onun səviyyəsinə düşmərəm. Mənim ad-sanım var. Axı mən elə insan deyiləm. Mən öz sözümü cəbhədə demişəm. Bütün cəbhə bölgələrində Tərtər, Goranboy, Ağdam, Füzulidə şəxsən mənim adım çəkilir. Əgər siz Şuşa, Laçından olan bir nəfərdən soruşsanız görəsiniz ki, Elbrus Orucov haqqında necə danışırlar!

Gedin mənim haqqımda bir vaxtlar danışmış Arif Paşayevdən (Laçın özünümüdafiə alayının komandiri Arif Paşa-red.) soruşun! Hamının yanında məndən üzr istəyib dedi ki, Elbrus müəllim hamının səhvi olur, siz böyük adınıza görə hamını bağışlaya bilərsiniz. Məndən də xahiş etdi. Mən də bağışladım. Mənim haqqımda Arif Paşayevdən, Aqil Əliyev, Fəxrəddin Səfərovdən  soşurun. Mən hara, Rəhim Qazıyev hara!”.

Elbrus Orucovun müsahibəsində adını çəkdiyi Laçın alayının komandiri Arif Paşa Modern.az-a açıqlamasında general-mayordan üzr istəmədiyini vurğulayıb:


“Mən düşünürdüm ki, bu adam, yəni Elbrus Orucov baş vermiş hadisələrdən nəticə çıxarıb, rusların əlində oyuncağa çevrilməyinin Vətən üçün hansı fəlakətli nəticə verdiyini dərk edərək, vicdan əzabı çəkib və günahını yumaq istəyindədir. Yanılmışam! Qozbeli qəbir düzəldər. Elbrus Orucovun Şuşa-Laçın məhkəməsində verdiyi heç bir ifadə bir-birinə uyğun gəlmirdi. Çünki yalançının yaddaşı olmaz! O başdan ayağa yalan danışırdı. İndiki kimi...

Mən yurdumun erməni tapdağı altında qalmasında bilavasitə məsuliyyət daşıyan, mənim illərlə günahsız olaraq həbsdə yatmağıma səbəb olmuş birisindən üzr istəyə bilərdimmi? Əxlaq və ləyaqətdən nə qədər uzaq olmalısan ki, utanıb yerə girmək əvəzinə belə bəyanatlar verəsən.

Şuşa və Laçının işğalına münasibətdə Rusiyanın Ukraynada – Krımda törətdiklərini nəzərə almalıyıq. Düşüncələrimizdə müəyyən xırda dəyişikliklər ondan ibarətdir ki, biz Şuşanı saxlamaq imkanına malik olmamışıq. Bizdən qat-qat böyük potensiala malik olan Ukraynadan Krımı qoparıb alan Rusiyanın Şuşa və Laçını da bizim əlimizdən almağa gücü yetəcəkdi. Amma bu Elbrus Orucovun bu torpaqların işğal edilməsindəki günahlarına bəraət verə bilməz”.

Arif Paşa xüsusi olaraq vurğulayıb ki, əksinə, Elbrus Orucov ondan üzr istəyib:


“Mən yox, o, məndən üzr istəyib. Birinci dəfə 1998-ci ildə mən həbsdən çıxandan sonra, yaşadığım qəsəbəyə gələrək "Asiman" restoranının yanında, Seyfullayev Telman Saleh oğlunun da şahidliyi ilə onu bağışlamağımı xahiş edib.

İkinci dəfə 2014-cü ildə Elmlər Akademiyası yaxinlığındakı kafedə mən, Şuşa könüllü batalyonunun komandiri Fəxrəddin Səfərov və Qubadlı rayonunun komendantı olmuş Saleh Rüstəmovdan  üzr istəyib. Burada adlarını çəkdiyim hər bir şəxsin sizə əlaqə nömrəsini verərəm. Dəqiqləşdirə bilərsiniz”. 


Elbrus Orucov

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
İnternat məktəblərində psixoloji yardım həyata keçiriləcək 26 Fevral 2020, 22:41 Daha bir ölkədə koronavirus aşkarlandı 26 Fevral 2020, 22:27 SOCAR Belarusa bir tanker neftin çatdırılmasını təsdiqlədi 26 Fevral 2020, 22:13 İranda 39 nəfər yeni növ koronavirusdan sağalıb 26 Fevral 2020, 21:51 Bakıda kişi metronun çıxışında öldü 26 Fevral 2020, 21:43 “Könlüm Xocalı” - Gənclər soyqırımı belə andı - FOTOLAR 26 Fevral 2020, 21:25 Azərbaycanın hərbi nümayəndələri İranda 26 Fevral 2020, 21:09 Nazirlər Kabineti məktəblərlə bağlı qərar verdi - RƏSMİ 26 Fevral 2020, 20:47 Qaradağda 3 avtomobil toqquşdu: ölən var 26 Fevral 2020, 20:33 ABŞ-da Rusiya və Çinə qarşı gizli danışıqlar başlayır 26 Fevral 2020, 20:18 Elmar Məmmədyarov Avropa İttfaqı rəsmisi ilə Qarabağı müzakirə etdi 26 Fevral 2020, 20:03 Vilayət Eyvazovdan yeni rəis təyinatı 26 Fevral 2020, 19:54 Rusiya İran vətəndaşlarına viza verməyəcək 26 Fevral 2020, 19:50 DİN və Baş Prokurorluqdan Masallıdakı qətllərlə bağlı AÇIQLAMA 26 Fevral 2020, 19:35 Rusiyalı alimlər koronavirusa qarşı peyvənd hazırlayır - Baş nazirin müavini 26 Fevral 2020, 19:29 Xocalı soyqırımı bütün bəşəriyyətə qarşı törədilmiş bir cinayətdir - Səfir Elman Abdullayev 26 Fevral 2020, 19:11 “Azərbaycan və Türkiyə hər sahədə tam bir müttəfiqdirlər” - Prezidentin köməkçisi 26 Fevral 2020, 18:57 Öldürdüyü arvadını 6 yaşında zorlayıb - Masallıdakı qətlin təfərrüatı 26 Fevral 2020, 18:40 Çempionlar Liqasının oyunları təxirə salındı - koronavirusa görə 26 Fevral 2020, 18:34 9 il əvvəl qətl törədən Gəncə sakini Zaqatalada TUTULDU 26 Fevral 2020, 18:17 Azərbaycan XİN başçısının müavinindən Zöhrab Mnatsakanyana CAVAB 26 Fevral 2020, 18:05 Putin Ərdoğanın ad gününü təbrik etdi 26 Fevral 2020, 17:57 Türkiyə Naxçıvanla sərhədi açdı 26 Fevral 2020, 17:55 Bakıda saxta kərə yağı istehsal edən müəssisə AŞKARLANDI 26 Fevral 2020, 17:50 Gəncədə 16 yaşlı qız dəm qazından boğuldu 26 Fevral 2020, 17:47 Salyanda “Xocalı soyqırımının” 28-ci  ildönümü ilə qeyd edilib - FOTO 26 Fevral 2020, 17:45 Bakıda zəncirvari qəzada 3 nəfər öldü 26 Fevral 2020, 17:39 Azərbaycandan çıxışına qadağa qoyuldu - Sərhəddə saxlanıldı - FOTO 26 Fevral 2020, 17:32 “Xocalı soyqırımı - Unutmadıq! Unutmarıq” - FOTO 26 Fevral 2020, 17:26 Masallıda özünü, arvadını, qaynını və qayınanasını güllələyən şəxs Bakıya GƏTİRİLİR 26 Fevral 2020, 17:20 Bakı və Abşeronda toz dumanı 2,6 dəfə çox müşahidə edilir 26 Fevral 2020, 17:14 Xocalı qurbanları bir dəqiqəlik sükutla anıldı 26 Fevral 2020, 17:08 Konstitusiya Məhkəməsi dairələrin nəticəsini ləğv edə bilər 26 Fevral 2020, 17:04 Bakıda qanunsuz fəaliyyət göstərən şirniyyat sexləri AŞKARLANDI - FOTO 26 Fevral 2020, 16:59 Xocalı Soyqırımına görə Azərbaycan niyə Beynəlxalq Məhkəməyə müraciət etmir? – XİN-dən ZİDDİYƏTLİ CAVAB                26 Fevral 2020, 16:53