Modern.az

Nazirlikdən Mxitaryan AÇIQLAMASI

Nazirlikdən Mxitaryan AÇIQLAMASI

Ölkə

12 May 2019, 13:45

Henrik Mxitaryanın mayın 29-da Bakıda keçiriləcək UEFA Avropa Liqasının finalında iştirakı ilə bağlı Azərbaycanın təhlükəsizlik təminatı verməməsi məsələsinə Gənclər və İdman Nazirliyi münasibət bildirib.

 

Nazirliyin mətbuat katibi Samayə Məmmədova Modern.az-a açıqlamasında deyib deyilənlər reallığı əks etdirmir

 

“Bundan öncəki illərdə ölkəmizdə keçirilmiş ilk Avropa oyunları, Şahmat Olimpiadası və digər mühüm yarışların hər birində olduğu kimi dövlət iştirakçı ölkələrə təhlükəsizlik təminatı ilə bağlı məktub göndərib. Odur ki, deyilənlər heç bir reallığa sığmır”.

 

Qeyd edək ki, mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək qarşılaşmada "Arsenal"ın rəqibi "Çelsi" olacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı