Modern.az

Putin ABŞ-ın dövlət katibi ilə apardığı danışıqların detallarını açıqladı

Putin ABŞ-ın dövlət katibi ilə apardığı danışıqların detallarını açıqladı

15 May 2019, 00:20

Mayın 14-də Soçidə Rusiya Prezidenti Vladimir Putin və ABŞ-ın dövlət katibi Maykl Pompeonun görüşü keçirilib.

Modern.az saytı Rusiya KİV-lərinə istinadən xəbər verir ki, “Boçarov Ruçey” iqamətgahında təşkil olunan görüş saat yarım sürüb.
Görüşdə Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin, xarici işlər naziri Sergey Lavrov və Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov iştirak edirlər.


Görüşdə Vladimir Putin Rusiya-Amerika münasibətlərinin bərpası üçün şəraitin yaradılacağına ümid etdiyini vurğulayıb. Putin bir müddət əvvəl Amerika Birləşmiş Ştatlarının prezidenti ilə telefon söhbətini xatırladaraq, Donald Trampın da iki dövlət arasında əlaqələrin bərpasında maraqlı olduğunu söyləyib.
“Biz əlaqələrimizi tam şəkildə bərpa etmək istəyirik. Ümid edirəm ki, indi bunun üçün lazımi şərait yaranıb", - Putin deyib.

 

Prezident həmçinin qeyd edib ki, ABŞ-ın xüsusi prokuroru Robert Müllerin hesabatı obyektivdir və Rusiya Federasiyası ilə ABŞ-ın mövcud administrasiyası arasındakı əlaqələrin olmadığını təsdiqləyir.

 

Rusiya dövlət başçısı "ABŞ-da keçirilmiş seçkilərə tərəfimizdən heç bir müdaxilə olmadı və ola da bilməzdi" deyib. Putinin sözlərinə görə, bununla bağlı iddiaların hamısı dövlətlərarası münasibətlərin pisləşməsinə səbəb olub. "İndi vəziyyət artıq dəyişir",- o deyib.

Putin-Pompeo görüşündə iki dövlət arasında strateji stabilliyin qorunması, kütləvi qırğın silahlarının yayılmaması, regional böhranların həlli, mütəşəkkil cinayətkarlığa qarşı mübarizə, ətraf mühit problemlərinin həlli, yoxsulluq problemləri, iqtisadi məsələlər də müzakirə olunub.

 

Putin qeyd edib ki, Rusiya və ABŞ enerji bazarında sabitlik yaranması üçün dialoq apara bilər

"Biz bilirik ki, Amerika Birləşmiş Ştatları artıq ən böyük neft istehsalçısı olub və bu mənada qlobal enerji bazarlarında sabitlik baxımından danışmaq üçün əsaslarımız var", - Putin deyib.

 

Putin qeyd edib ki, qlobal enerji bazarında sabitliyin təmin edilməsi məsələsindən başqa, iqtisadi sahədə mümkün qarşılıqlı digər sahələr var. "Ümid edirəm ki, bunların hamısı müzakirə mövzusu olacaq".

Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər