Modern.az

Klopp: “Azerkeşlərimiz layiq olduqları hər şeyi qazanacaqlar”

Klopp: “Azerkeşlərimiz layiq olduqları hər şeyi qazanacaqlar”

Aktual

15 May 2019, 15:31

“Liverpul”un baş məşqçisi Yurgen Klopp finalda qalib gələcəklərini deyib.

Modern.az xəbər verir ki, alman mütəxəssis, “Çempionlar Liqası”nın finalında “Tottenhem”lə qarşılaşacaqları oyun barəsində iddialı danışıb:

 

“Çempionlar Liqası”nın finalına qədər etməli olduğumuz bir neçə şey var. Futbolçular istirahət etdikdən sonra iki həftə ərzində hazırlıq keçəcəyik. Qələbə qazanmaq üçün əlimizdən gələn hər şeyi edəcəyik. Final matçını qazanıb və evə qayıdacayıq. Azarkeşlərimiz layiq olduqları hər şeyi qazanacaqlar”.

 

Qeyd edək ki, iki İngilis klubunun qarşılaşması iyunun 1-də “Vanda Metropolitano” stadionunda keçiriləcək.

 

Novruz NOVRUZLU

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir