Modern.az

Fahişə belə bu hərəkəti eləməz, amma bizim YDM-lər edir” - Jurnalistdən ETİRAZ

“Fahişə belə bu hərəkəti eləməz, amma bizim YDM-lər edir” - Jurnalistdən ETİRAZ

Hadisə

15 May 2019, 17:34

Avtosfer.az saytının rəhbəri Elməddin Muradlı Bakıda fəaliyyət göstərən yanacaqdoldurma məntəqələrini sürücüləri aldatmaqda ittiham edib.

Modern.az-ın məlumatına görə, jurnalist bu haqda Facebook sosial şəbəkəsinə haray çəkib:

“Bütün yanacaqdoldurma məntəqələri sürücüləri aldadır, ziyan vurur, amma heç kim cəzalandırılmır. Bu sahə nəzarətsiz qalıb deyəsən. Benzini az vururlar, yanacağa zir-zibil qatıb maşını dağıdırlar. Fahişə belə bu hərəkəti eləməz, amma bizim YDM-lər edir. Hər şeyini pula satanlar hətta adamın üzünə dirənib 55 litr tutumu olan yanacaq çəninə 60 litr soxuşdurub evlərinə çörək aparırlar.

Energetika və İqtisadiyyat nazirlikləri isə şirin yuxuda yatırlar...”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir