Modern.az

Yaxın 20 ildə Avropa İttifaqı dağıla bilər

Yaxın 20 ildə Avropa İttifaqı dağıla bilər

16 May 2019, 18:18

Avropalıların yarıdan çoxu hazırda 28 üzv ölkəsi olan (İttifaqı tərk etməyə hazırlaşan Böyük Britaniya ilə birgə) Avropa İttifaqının çox güman ki, yaxın 20 ildə dağılacağını istisna etmir.

Bu barədə məlumat “YouGov” beynəlxalq sosiologiya xidmətinin keçirdiyi ictimai rəy sorğusunda öz əksini tapıb.

 

 

Beynəlxalq Münasibətlər üzrə Avropa Şurasının analitik mərkəzinin sifarişi ilə keçirilən tədqiqatın nəticələrinə əsasən Fransa, Almaniya, Belçika, İtaliya, Niderland, Avstriya, Slovakiya, Rumıniya, Yunanıstan, Çexiya və Polşada rəyi soruşulan insanların 50 faizdən çoxu yaxın 10-20 ildə Avropa İttifaqının dağılmasının real olduğunu bildirib.

 

Avropa Parlamentində 80 faiz yerə sahib 14 ölkədə keçirilən sorğunun müəllifləri qeyd edirlər ki, Fransada respondentlərin 58 faizi müvafiq fikirdədir. Slovakiyada isə avroskeptiklərin sayı 66 faiz olub. Yalnız 3 ölkədə - İsveç, Danimarka və İspaniyada bədbin perspektivi proqnozlaşdıran insanların sayı respondentlərin yarıdan azını təşkil edib – müvafiq olaraq 44 faiz, 41 faiz və 40 faiz.

 

(AzərTAc)

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir