Arxiv
19 May 2019, 09:53 | AKTUAL
ABŞ Azərbaycana QADAĞA qoya bilər  

ABŞ prezidenti Donald Tramp İrana qarşı yeni sanksiyaları nəzərdə tutan fərman imzalayıb. Fərmana əsasən İranın metallurgiya sənayesinə sanksiyalar tətbiq edilir. Sanksiyalar həm İranın metallurgiya şirkətlərinə, həm də bu ölkədən metal idxal edən xarici şirkətlərə aiddir.

 

Fərmana əsasən əgər 90 gün ərzində xarici şirkətlər İranın metallurgiya şirkətləri ilə ticarət əlaqələrini və digər işgüzar münasibətləri dayandırmasalar, onlar ABŞ-ın sanksiyaları altına düşəcəklər. İrandan armatur idxal edən Azərbaycan şirkətlərinin də ABŞ-ın sanksiyalarının təsiri altına düşmək riski ilə üzləşəcəyi ehtimal olunur.

 

İqtisadçı Natiq Cəfərli Modern.az-a deyib ki, ABŞ tərəfindən İrana qarşı sanksiyaların sərtləşdirilməsinin ölkəmizə iki yöndən ciddi təsirləri olacaq:

“Birincisi, Cənub-Şimal dəmir yolu layihəsinin ciddi şəkildə ləngiməsinə səbəb olacaq. Çünki metallurgiya sahəsinin məhsullarından istifadəyə ehtiyac yaranacaq. Azərbaycan həmin dəmir yolu layihəsinin əsas sponsorudur. Rəşt-Astara dəmir yolunun yenidən qurulmasına Şimal dəhlizinin açılmasına ölkəmiz tərəfindən 500 milyon dollara yaxın kredit ayrılıb. İkincisi isə İrandan idxal olunan metal məmulatlarına, o cümlədən armatur və digər metallurgiya sənayesi məhsullarına qoyulan qadağa, yaxud sanksiyaların tətbiqi Azərbaycana da aid edilə bilər. Mənim bildiyim qədərilə İrandan Azərbaycana daha çox fiziki şəxslər məhsul gətirir. Sanksiyalar isə hüquqi şəxslərə şamil olunur. Yəni fərmanda sanksiyaların fiziki şəxslərə hansı şəkildə təsir edəcəyilə bağlı müddəa yoxdur. Ona görə də Azərbaycan tərəfi çalışacaq ki, bu əməliyyatları şirkətlər vasitəsilə yox, fiziki şəxslər vasitəsilə həyata keçirsin. Belə əməliyyatların fiziki şəxslər tərəfindən həyata keçirilməsi sanksiyaların təsirini müəyyən qədər azaldacaq”.

 

Ekspert qeyd edib ki, ABŞ İrandan Azərbaycana metallurgiya məmulatları gətirilməsinə qadağa da qoya bilər:

 

“Amma ABŞ-ın bu məsələyə reaksiyası çox ciddi olacaqsa və məsələni gündəmdə saxlayacaqsa, ümumiyyətlə Azərbaycan hakimiyyətilə birbaşa danışıqlara gedib, İrandan həmin növ məhsulların gətirilməsinə qadağa qoyulmasına nail ola bilər. Azərbaycanın Amerika kimi dövlətlə münasibətləri daha yaxşı səviyyəyə gətirməsi üçün belə bir ehtimal çox yüksəkdir. Çünki indiki halda ABŞ-Azərbaycan münasibətləri çox yaxşı səviyyədədir. Münasibətlərin davamlı olması üçün hökumət tərəfindən belə bir addımın atılması nəticəsində İrandan gətirilən məhsullara qadağa qoyulması gözləniləndir.

 

Çünki Azərbaycanın armaturla özünütəminetməsində problem yoxdur. Həm yerli istehsal var, həm də Rusiya və Ukraynadan daha çox armatur gətirilir. İrandan Azərbaycana armatur gətirilməsə, bu, fəaləkətli nəticənin yaranmasına səbəb olmayacaq. Həm də qiymətlərin kəskin artımına təsir etməyəcək. Ona görə İrandan Azərbaycana armatur gətirilməsinə qadağa qoyulması ehtimalı çox yüksəkdir”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ötən gün cinayət törədən 40 nəfər saxlanıldı 5 mart 2021, 10:46 Füzulinin Yuxarı Rəfədinli kəndi - VİDEO 5 mart 2021, 10:41 Goranboyda fermer və sahibkarlarla birgə toplantı keçirilib   5 mart 2021, 10:37 4 qazimiz sağalaraq Vətənə QAYITDI 5 mart 2021, 10:31 Azərbaycanda qarölçmə işlərinə başlanıldı 5 mart 2021, 10:25 Azərbaycanın Vətən Müharibəsi Qazaxıstan TV-nin ekranında 5 mart 2021, 10:20 Ağdərədə 2 erməni hərbçinin qalıqları TAPILDI 5 mart 2021, 10:17 BirKart sahibləri taksit əməliyyatından 20 AZN hədiyyə qazanacaqlar 5 mart 2021, 10:12 ABŞ və Britaniya Moskvaya qarşı yeni sanksiyalar HAZIRLAYIR 5 mart 2021, 10:06 Bu siniflərin şagirdləri üçün milli qiymətləndirmə başladı 5 mart 2021, 10:00 Birgəyaşayışın azərbaycan modeli 5 mart 2021, 09:55 YAP-ın növbədənkənar qurultayı başlayır - FOTOLAR 5 mart 2021, 09:50 DİM kolleclərə qəbulla bağlı yeni model haqda məlumat yaydı 5 mart 2021, 09:45 Koçaryanı dəstəkləyən Moskvanın Azərbaycanla bağlı bədnam planları - ŞƏRH 5 mart 2021, 09:40 Azərbaycan iqtisadi azadlığa görə dünya reytinqində irəlilədi 5 mart 2021, 09:36 Manatın dollara qarşı məzənnəsi 5 mart 2021, 09:32 Hövsanda itkin düşən məktəbli qız tapıldı 5 mart 2021, 09:28 Binəqədidə məcburi köçkün yataqxanası yanıb 5 mart 2021, 09:26 Bizimkilər - Ukraynada çalışan azərbaycanlı jurnalist: “Xaricdə Azərbaycanı təmsil etmək böyük məsuliyyətdir” 5 mart 2021, 09:22 Buraxılış imtahanında açıq test tapşırıqlarından istifadə olunmayacaq 5 mart 2021, 09:16 Azərbaycan nefti BAHALAŞDI 5 mart 2021, 09:10 Hulusi Akar helikopter qəzasının ilkin səbəbini AÇIQLADI 5 mart 2021, 09:05 Regionda əməkdaşlıq prinsiplərinə hörmət vacibdir 5 mart 2021, 09:00 ABŞ konqresmeni ermənilərin Xocalıdakı qətlləri ilə bağlı bəyanat yaydı 5 mart 2021, 08:52 “Deyirlər ki, bəs səni niyə deputat seçmişik?!” - MÜSAHİBƏ 5 mart 2021, 08:45 Zakir Həsənov Hulusi Akara və  Yaşar Gülerə başsağlığı verdi 5 mart 2021, 08:30 Mübariz Mənsimov bu gün məhkəməyə çıxarılır - İş adamı azadlığa çıxa bilər 5 mart 2021, 08:08 ÜST Uhandakı araşdırmalarla bağlı məruzəni açıqlamaqdan imtina etdi 5 mart 2021, 01:00 ABŞ-da Corc Floyd adına qanun layihəsi qəbul edildi 5 mart 2021, 00:54 ABŞ-dan sunami xəbərdarlığı 5 mart 2021, 00:39 Helikopter qəzasında həlak olan general kimdir? - FOTO 5 mart 2021, 00:24 Paytaxtda motosiklet sürücüsü qəzada xəsarət aldı 5 mart 2021, 00:08 Bakıda muzdla işləyənlər 1000 manata yaxın əməkhaqqı alır? 4 mart 2021, 23:56 Ermənistanın Dövlət Mühafizə Xidməti Paşinyanın tabeçiliyinə keçir 4 mart 2021, 23:42 Ukraynada pandemiyanın üçüncü dalğası başlayıb 4 mart 2021, 23:28