Modern.az

İsraillə döyüş əməliyyatlarını davam etdirəcəyik - "Hizbullah"

İsraillə döyüş əməliyyatlarını davam etdirəcəyik - "Hizbullah"

Dünya

Bu gün, 21:41

"Hizbullah" Livan və İsrail arasında çərçivə sazişinin imzalanmasına baxmayaraq, İsrailə qarşı silahlı müqaviməti davam etdirəcəyini açıqlayıb.

Modern.az xəbər verir ki, bu barədə təşkilatın lideri Naim Qasımın bəyanatı hərəkatın "Telegram" kanalında dərc olunub.

Qasım bildirib ki, işğala qarşı mübarizə döyüş meydanında davam edəcək və hərəkat indiyədək olduğu kimi, bundan sonra da ən çətin şəraitdə mövqelərini tərk etməyəcək.

Onun sözlərinə görə, ötən gün Vaşinqtonda İsrail və Livan arasında imzalanmış çərçivə sazişi "alçaldıcı, rüsvayedici və ölkənin suverenliyindən imtina" xarakteri daşıyır.

"Həmin saziş hüquqi qüvvəyə malik deyil. Bunun əvəzinə İran və ABŞ arasında əldə olunmuş anlaşma memorandumunun müddəaları icra edilməlidir. Biz bütün mümkün vasitələrdən, o cümlədən beynəlxalq təzyiq mexanizmlərindən istifadə edərək İsrailin memorandumun birinci bəndini yerinə yetirməsinə və qoşunlarını Livan ərazisindən çıxarmasına nail olacağıq", – deyə o vurğulayıb.

Xatırladaq ki, bir gün əvvəl Livan və İsrail ABŞ Dövlət Departamentində münaqişənin nizamlanmasına dair çərçivə sazişi imzalayıb. Sənəd İsrail qoşunlarının Livan ərazisindən mərhələli şəkildə çıxarılmasını nəzərdə tutur.

Lakin buna baxmayaraq, sazişin imzalanmasından cəmi bir gün sonra İsrail Livanın cənubunda yerləşən Nəbatiyyə rayonuna hücum həyata keçirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanı DAĞIDIN! - Zelenski orduya təcili göstəriş verdi - Gündəm Masada