Modern.az

Rusiyalı hərbçi Putinə müraciət etdi - Evində axtarış aparıldı

Rusiyalı hərbçi Putinə müraciət etdi - Evində axtarış aparıldı

Dünya

Bu gün, 20:54

Rusiyanın Voronej vilayətində yaşayan hərbçi Aleksandr Lunin Putinə videomüraciət etdikdən sonra onun evində polis tərəfindən axtarış aparıldığı bildirilir.

Modern.az xəbər verir ki, bu barədə hərbçinin həyat yoldaşı Tatyana Lunina "TikTok" hesabında paylaşdığı videoda məlumat verib. Daha sonra həmin video silinsə də, görüntülər "Mobilizasiya | Xəbərlər | Nə etməli?" adlı "Telegram" kanalı tərəfindən yayılıb.

Tatyana Luninanın sözlərinə görə, polis əməkdaşları gecə saatlarında Voronej vilayətinin Lizinovka kəndində yerləşən evlərinə gələrək həm yaşayış evində, həm də həyətyanı ərazidə axtarış aparıblar. Onlar evdə olan bütün elektron daşıyıcıları və avadanlıqları, o cümlədən flaşkartları, kompüterləri, noutbukları, diskləri, eləcə də nunçakuları götürüblər.

O bildirib ki, axtarış zamanı Aleksandr Lunin evdə olmayıb. Onun sözlərinə görə, həyat yoldaşı bir gün əvvəl Moskvaya yollanıb.

Tatyana Lunina videoda Aleksandr Luninlə əlaqə saxlaya bilmədiyini, onun saxlanılmış ola biləcəyini və ya yolda olduğu üçün rabitə imkanının olmadığını ehtimal etdiyini də deyib.

Bununla yanaşı, bir qədər sonra Tatyana Lunina "TikTok"dakı paylaşımını silib və "VKontakte" sosial şəbəkəsində "Saşa sağdır, səhhəti yaxşıdır. Hələlik heç bir məlumat paylaşmamağımı xahiş etdi" sözlərini yazıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanı DAĞIDIN! - Zelenski orduya təcili göstəriş verdi - Gündəm Masada