Arxiv
22 May 2019, 13:50 | AKTUAL
Beynəlxalq sözlərə erməni qarşıqlığı düzəldilir - Daha bir SAXTAKARLIQ

Ermənilər öz dillərini dünyaya yaymaq üçün hər işdə saxtakarlıqlara əl atırlar. Bütün dünyanın qəbul etdiyi beynəlmiləl sözlərin, terminlərin də öz dillərində qarşılığını axtarmaqla məşğuldurlar. Nəticədə alınan, onların qarşılıq zənn etdiyi ifadələr uydurma, heç bir məna daşımayan söz yığınından kənara çıxmır.

Onsuz da dünyada heç kim Ermənistan kimi kiçik bir dövlətin dilinə diqqət edəsi, onu öyrənməyə maraq göstərəsi deyil. Bəs hər məsələdə olduğu kimi, söz yaradıcılığını da üz-gözünə bulaşdıran düşmənlərimizin məqsədi nədir?


Bu barədə Modern.az-a danışan araşdırmaçı alim, Türkiyənin Ərciyəz Universitetinin ermənişünaslıq bölümünün rəhbəri Qafar Çaxmaqlı deyib ki, dünyanın məşhur dilçi alimlərinin də təsdiq etdikləri kimi, erməni dili hibrid dildir, bir neçə dilin qarışığından əmələ gəlib. Alimin sözlərinə görə, erməni dilinin kökündə Anadolu və Mesapatomiyada yaşayan xalqların dillərindən keçən sözlər bu gün də işlənməkdədir:


“Türk dilindən erməni dilinə keçən kəlmələr önəmli bir hissəni təşkil edir. Erməni türkoloq Hraçya Acaryan 1902-ci ildə yazdığı "Türk dilindən ermənicəyə keçən kəlmələr" kitabında türk dilindən keçmiş 4262 sözü təsbit edib. Mən hazırda bu kitabı tərcümə etməkdəyəm. Onu demək istəyirəm ki, Sovet hakimiyyəti illərində yaradılan "Aşxarabar”, yəni “yeni erməni dili” süni bir dil kimi ortaya çıxdı və bu dili başqa dillərdən keçən sözlərdən “təmizləməyə” start verildi. Yüz ildi ermənicədə olan xarici ölkə dilllərindən keçmə kəlmələri "təmizləməklə" məşğuldurlar, hələ də bunu bitirə bilmirlər. Bu prosesi apararkən “kalka” üsulundan istifadə olunur , daha çox "yeni söz yaradıcılığı" ilə qarşılıq tapmağa çalışırlar. Beynəlxalq sözlərin tərcümə edilərək, erməniləşdirilməsi bayağı kəlmələr ortaya çıxarır. Bu da dili daha da ağırlaşdırır. Başqa dillər belə hərəkətə yol vermirlər. Söz yaradıcılığı kimə aiddirsə, onu heç olmasa, sayğı naminə dəyişdirmirlər. Ermənilər bu məsələyə də öz xəstə təxəyyülləri ilə yanaşırlar”.

Q.Çaxmaqlı qeyd edib ki, ermənilər özlərini daha fərqli bir irqə aid olan millət kimi qələmə verməyə çalışırlar:

“İkinci Dünya Müharibəsi illərində özlərini almanlara pərçimləmək üçün ari irqinə aid olduqlarını önə sürmüşdülər. İndi də heç bilinmir ki, onların dili hansı dil qrupuna aiddir. Erməni alimlərinin bir qrupu deyir ki, erməni dili Hind-Avropa dil qrupuna aiddir, digər bir qrup isə onu Asiya dillərindən biri hesab edir. Ona görə ki, türk dilinin təsiri ilə hətta bəlli əsrlərdə erməni dilinin sintaksis quruluşu dəyişib. Bu, çox dərin mövzudur. Bir suala cavab verərkən onu əhatə etmək çətindir. Beynəlxalq konfranslarda bu məsələlər çox vaxt ortaya çıxır və biz də sözügedən sahənin mütəxəssiləri kimi sözümüzü deyirik”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Azərbaycanda Cənubi Karolina Universitetinin diplomunu almaq mümkün olacaq 24 İyun 2019, 16:22 “Heç kim bizə hədə-qorxu gələ bilməz!” 24 İyun 2019, 16:19 Ermənistanda 60 tələbə və müəllim təxliyə olundu 24 İyun 2019, 16:12 İstanbul seçkiləri: Türkiyə yeni mübarizə dönəmində 24 İyun 2019, 16:11 Azay Quliyev QHT layihələrinin maliyyələşdirlməmə səbəblərini elan etdi 24 İyun 2019, 16:06 “Koroğlu” körpüsündə intihara cəhd - YENİLƏNİB 24 İyun 2019, 16:04 Vətəndaşların QHT layihələrinə verdiyi qiymətlər açıqlandı 24 İyun 2019, 15:42 İstanbul meri uğrunda səslərin 100%- i hesablandı 24 İyun 2019, 15:39 Çingiz Qənizadə:Əli Nağıyev Eldar Mahmudov kimi OBXSS işçisi deyil” 24 İyun 2019, 15:32 Azərbaycanda saytlara girişdə problem yarandı – Nazirlikdən AÇIQLAMA 24 İyun 2019, 15:31 Abid Tahirlinin yeni monoqrafiyası nəşr olunub 24 İyun 2019, 15:19 Azərbaycan dili fərdlər arasında birlik yaradır... - I YAZI 24 İyun 2019, 14:49 “İmamoğlu Ərdoğana rəqib ola bilər, amma...” - Azərbaycanlı deputatlardan REAKSİYA 24 İyun 2019, 14:31 Media nümayəndələri İlahiyyat İnstitutunda imtahanları izlədi   24 İyun 2019, 14:12 Paşinyan Qarabağa görə Təhlükəsizlik Şurasının iclasını çağırdı 24 İyun 2019, 14:04 595192 hektar sahədə taxıl biçini aparıldı 24 İyun 2019, 13:53 Sabah 40 dərəcə isti olacaq - XƏBƏRDARLIQ 24 İyun 2019, 13:50 Vilayət Eyvazov müşavirə keçirdi 24 İyun 2019, 13:45 Ölmüşdü Ağdam... 24 İyun 2019, 13:34 Mehdiabad yolunda qəza – 3 nəfər yaralandı   24 İyun 2019, 13:15 Şəhriyar Məmmədyarov 28 şahmatçı ilə eyni anda oynadı   24 İyun 2019, 12:58 Nazir: “İlk dəfə minimum əməkhaqqı yaşayış minimumunu üstələyir” 24 İyun 2019, 12:53 Gürcüstan iqtidarı müxalifətin əsas tələbini qəbul etdi 24 İyun 2019, 12:53 “Namizədlər bu işə məsuliyyətsiz yanaşıb” – Məleykə Abbaszadə   24 İyun 2019, 12:40 Elçibəyin oğlu: “Atam təmtəraqlı ad günlərini sevməyib” 24 İyun 2019, 12:37 İstirahət günlərində Azərbaycan yollarında 11 nəfər öldü 24 İyun 2019, 12:36 Xarici diplomatlar DOST MƏRKƏZİNDƏ - FOTOLAR 24 İyun 2019, 12:31 Kanadada Azərbaycan mətbəxi haqda kitab buraxıldı 24 İyun 2019, 12:26 Diaspor rəhbəri Finlandiya səfiri ilə müzakirə apardı   24 İyun 2019, 12:16 Bakıda BMT-nin Dövlət Xidmətləri üzrə mükafatlandırma mərasimi keçirilib   24 İyun 2019, 12:06 “Yol polisini hər adama etibar etmək olmaz” - General Zeynalovla bağlı məsələyə deputatdan münasibət 24 İyun 2019, 12:01 BDU-nun 300-ə yaxın tələbəsi rektora ŞİKAYƏT ETDİ 24 İyun 2019, 12:00 İstilər normadan 3-4 dərəcə yüksəkdir - AÇIQLAMA 24 İyun 2019, 11:46 İran ABŞ sanksiyalarına görə Azərbaycandan “nəfəs” istəyir - RƏSMİ 24 İyun 2019, 11:38 Çingiz Qənizadə seçicilərinə söz verdi 24 İyun 2019, 11:33