Arxiv
24 May 2019, 19:46 | AKTUAL
“Qəhrəmanlar unudulmur” Şamaxıda - FOTOLAR  

Mayın 24-də “Zəfər” şəhid ailələrinə dəstək ictimai birliyinin təşkilatçılığı və Şamaxı rayonu İcra Hakimiyyətinin dəstəyi ilə həyata keçirilən Qəhrəmanlar unudulmur” layihəsi çərçivəsində Şamaxı  rayonunda tədbir baş tutub.

 

Modern.az xəbər verir ki, tədbirdən əvvəl “Şəhidlər” abidə kompleksi ziyarət edilib, önünə gül dəstələri qoyulub və şəhidlərimizin əziz xatirəsi ehtiramla anılaraq ruhlarına dualar oxunub.

 

Tədbirdə Şamaxı rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, millət vəkili Qənirə Paşayeva,Türkiyəli yazar Məryəm Aybikə Sinan, “Zəfər” şəhid ailələrinə dəstək ictimai birliyinin sədri Sevinc Alızadə, yazıçı-publisist Aida Eyvazlı, rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələrinin üzvləri, Qarabağ müharibəsi iştirakçıları və gənclər iştirak ediblər.

 

Mərasimdə Vətənimizin azadlığı, ərazi bütövlüyü uğrunda 2016-cı ilin aprel döyüşlərində şəhid olmuş qəhrəmanlarımızın döyüş yolu haqqında iştirakçılara məlumatlar verildi. Qeyd edildi ki, bu qəhrəmanlar hər bir gəncimiz üçün mükəmməl örnəkdir. Aprel döyüşlərində şəhid olmuş komandirlərin döyüş yolu, onların şəhidlik məqamına ucalması Azərbaycan zabitinin hər an əsgərinin önündə Vətən torpağının düşmən tapdağından azad etməyə hazır olduğunu göstərir. Aprel döyüşlərində gənc əsgərlərimizin rəşadəti və şücaəti ordumuzun döyüş hazırlığını sübut etdi.

 

Tədbiri giriş sözü ilə başlayan Şamaxı rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov qeyd etdi ki, Azərbaycanın bütövlüyü və müstəqilliyi uğrunda şəhid olan hər bir qəhrəmanımızın xatirəsi xalqımızın ürəyində daima yaşayacaqdır. Dövlətimizin ərazi bütövlüyü yalnız milli birlik, xalqımızın döyüş əzmi sayəsində bərpa olunacaqdır.

 

“Zəfər” şəhid ailələrinə dəstək ictimai birliyinin sədri Sevinc Alızadə gəncləri aprel döyüşlərində əslən Şamaxıdan olan şəhid əsgərlərimiz Samir Kaçayevdən, Nazim Zəkərəyevdən, Elşən Səmədovdan və digər qəhrəmanlarımızdan nümunə götürməyə çağırdı. Onların xatirəsini daima uca tutmağı tövsiyyə etdi.

 

Millət vəkili Qənirə Paşayeva şəhidliyin bir çox dəyərləri özündə cəmləşdirən bir dəyər olduğunu söyləyərək Azərbaycanın hər bir qarışı uğrunda canını fəda edən şəhidlərin xalqımıza məxsus olan uca dəyərləri əbədiləşdirdiyini bildirmişdir. Bizim hər birimizin daima  Vətən torpağının azadlığı uğrunda döyüşə hazır olmasını bildirdi.

 

Türkiyəli tarixi əsərlər müəllifi Məryəm Aybikə Sinan Azərbaycan xalqının qəhrəman bir xalq olduğunu, tarix boyu öz dəyərləri uğrunda daim mücadilə etdiyini bildirmişdir. Bu mücadilə nəticəsində Azərbaycan indi müstəqil dövlətdir.

 

Aprel qazisi Əhliyyət Mehdiyev regionlarda gənclər arasında vətənpərvərlik ruhunda belə tədbirlərin davamlı olaraq təşkil edilməsini bildirdi. Şəhidlərimizin xatirəsini əməllərdə yaşatmağı, gənclərin milli düşüncə, azərbaycançılıq ruhunda yetişməli olmasının zəruriliyini vurğuladı.

 

Yazıçı-publisist Aida Eyvazlı “Qalibiyyət: Şəhidlər və Şahidlər” əsəri haqqında iştirakçılara məlumat verdi. Qeyd etdi ki, aprel döyüşlərində şəhid olmuş hər bir qəhrəman haqqında kitabda oçerklər mövcuddur. Əsəri oxumağı Azərbaycan gəncliyinə tövsiyyə edən yazıçı bildirdi ki, şəhidlərimizi tanımaq və yaşatmaq hər bir gəncin mənəvi borcudur.

 

Dövlət Sərhəd Xidmətinin solisti Fəxri Kazım Nicat vətənpərvərlik mahnıları ilə çıxış etdi.

 

Daha sonra Mədəniyyət evinin foyesində şəhidlərin döyüş yolundan bəhs edən sənədli və bədii kitabların sərgisi təşkil olunmuşdur.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Qənirə Paşayeva seçicilərlə görüşlərini davam etdirir - FOTOLAR 18 Yanvar 2020, 23:05 İran vurulan təyyarənin qara qutularını Ukraynaya göndərəcək 18 Yanvar 2020, 22:46 Liviyada  limanlar  Haftarın əlinə keçdi 18 Yanvar 2020, 22:34 Bakıda gənci döyüb xəstəxanalıq etdilər 18 Yanvar 2020, 22:17 İndoneziyada güclü zəlzələ 18 Yanvar 2020, 22:05 Aksiyada 30-dan çox etirazçı saxlanıldı 18 Yanvar 2020, 21:43 Azay Quliyev məhəllələrdə görüşlərə başladı - FOTOLAR 18 Yanvar 2020, 21:24 AFFA-nın İcraiyyə Komitəsinə namizədlər bəlli oldu 18 Yanvar 2020, 21:11 Seçicilər Vüqar Bayramovu böyük coşqu ilə qarşılayıb - FOTOLAR 18 Yanvar 2020, 20:57 Bakıda yeniyetmə yol qəzasının qurbanı olub 18 Yanvar 2020, 20:37 Fəzail Ağamalının seçicilərlə görüşü davam edir - FOTOLAR 18 Yanvar 2020, 20:14 İki gündə beş kənd - Ləman Ələşrəfqızı seçicilərlə görüşlərini davam etdirir 18 Yanvar 2020, 20:03 Musa Quliyev təbliğata Gəncənin müqəddəs yerlərini ziyarət etməklə başladı - FOTO 18 Yanvar 2020, 19:43 Deputatlığa namizəd Eldar Quliyev izdihamlı görüş keçirdi - FOTOLAR 18 Yanvar 2020, 19:20 Ceyhun Məmmədov Sumqayıtda məskunlaşan cəbrayıllı məcburi köçkünlərlə görüşdü - FOTO 18 Yanvar 2020, 19:00 İlham Əliyev məqalə YAZDI 18 Yanvar 2020, 18:46 İqbal Məmmədov seçicilərlə görüşlərini davam etdirir - FOTOLAR 18 Yanvar 2020, 18:35 Müəllimlərin işə qəbulunda YENİLİK 18 Yanvar 2020, 18:04 Naxçıvan sakini Göygöldə işlədiyi evdən oğurluq etdi 18 Yanvar 2020, 17:46 Baş Prokurorluq sayt rəhbərinə xəbərdarlıq ETDİ 18 Yanvar 2020, 17:42 Cavanşir Paşazadə seçicilərlə görüşlərə başladı - FOTOLAR 18 Yanvar 2020, 17:32 Azay Quliyevin 4 illik fəaliyyətinə dair HESABAT - Video 18 Yanvar 2020, 17:22 Cəlilabadda narkoticlərə qarşı polis ƏMƏLİYYATI 18 Yanvar 2020, 17:13 Nazir əmr imzaladı - Daxili işlər orqanları gücləndirilmiş iş rejimində çalışacaq 18 Yanvar 2020, 17:02 Afət Telmanqızının həyat yoldaşı: “Bu cür xanımla həyatı bölüşmək çox asan olur” 18 Yanvar 2020, 16:50 15 yaşlı Gəncə sakini sükan arxasında öldü 18 Yanvar 2020, 16:37 Onlar ən yaşlı deputatlığa namizədlərdir - SİYAHI 18 Yanvar 2020, 16:13 Kirayə mənzil üçün müraciətlərin qəbul tarixi AÇIQLANDI 18 Yanvar 2020, 15:55 Malik Həsənov seçiciləri ilə görüşüb - FOTOLAR 18 Yanvar 2020, 15:46 Çingiz Qənizadə silsilə görüşlərini davam etdirir - FOTOLAR 18 Yanvar 2020, 15:24 Uşaqlara nə qədər xərclik verilməlidir? - Psixoloq məsləhəti 18 Yanvar 2020, 15:17 Musa Qasımlı seçiciləri ilə görüşləri davam etdirir - FOTOLAR 18 Yanvar 2020, 15:01 Bakıda qadın narkotacir tutuldu - Ləqəbi  “Nazlı”dır 18 Yanvar 2020, 14:57 5 ədliyyə məmuru işdən çıxarıldı, 2 nəfərin işi prokurorluğa göndərildi 18 Yanvar 2020, 14:52 “Azərenerji” və “Azərişıq” 20 yanvar faciəsini birgə andı 18 Yanvar 2020, 14:38
SORĞU Yeni parlamentdə kimlər olsun?