Arxiv
8 İyun 2019, 11:31 | HADİSƏ
Bakıda güllələnən avtoritetin öldürülməsinin səbəbi bilindi - Xanımı...

Bakıda kriminal avtoritetin qətlinin təfərrüatı məlum olub.

Modern.az xəbər verir ki, Oxu.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, Mübariz Budaqlıya atəşi Taleh Cəlalov açıb. 

Hadisə təqib zamanı baş verib. Belə ki, qurbanın avtomobili tıxaca düşüb və T.Cəlalov lüləsi kəsilmiş ov tüfəngindən atəş açıb. Əvvəlcə güllə avtomobilin ön şüşəsinə dəyib, ikinci atəş isə M.Budaqlını ölümcül yaralayıb.

Qətlin səbəbi isə M.Budaqlı ilə T.Cəlalov arasındakı uzunmüddətli münaqişə olub. Ədavət 2011-ci ildə meydana gəlib. Belə ki, M.Budaqlı və digər iki nəfər T.Cəlalovun həyat yoldaşı haqqında çirkin şayiələr yayıb.

Söz-söhbətləri eşidən T.Cəlalov digər iki nəfəri bıçaqlayıb və buna görə müəyyən müddət həbs cəzası çəkib. Lakin M.Budaqlı onun qəzəbindən yan keçə bilib.

Bu arada, qətlin qurbanı dələduzluqda ittiham olunurdu və 2017-ci ildə İnterpol xətti ilə beynəlxalq axtarışa verilmişdi. Kriminal avtoritet iki ay əvvəl azadlığa çıxıbmış. 

İlkin dindirilmə zamanı saxlanılan şəxs iyunun 7-də M.Qubadlı ilə avtomobil təmiri sexində təsadüfən rastlaşdığını bildirib. Onu avtomobili ilə təqib edib və məlum hadisə törədilib.

Qeyd edək ki, qətldən dərhal sonra bu hadisənin digər kriminal avtoritet, "qanuni oğru" Nadir Səlifovun (Lotu Quli) əlaltısı Emin Səfərovun (Emin Masallinski) amansız qətli ilə bağlı olduğuna dair söz-söhbətlər yayılıb. Sonuncu mayın 10-da İsrafil Həşimov küçəsində baş vermiş kütləvi dava zamanı qətlə yetirilmişdi. Ancaq bu versiya öz təsdiqini tapmadı.

Xatırladaq ki, ötən axşam hadisə Rəsulzadə qəsəbəsi ərazisində,  “Favorit” supermarketinin yanında qeydə alınıb. Belə ki, 43 yaşlı kriminal avtoritet Budaqlı Mübariz Mürsəl oğluna aid “Mercedes” markalı avtomobilə atəş açılıb. M.Budaqlı başına açılmış atəş nəticəsində həyatını itirib.

Bir müddətdən sonra Dövlət Yol Polisi əməkdaşları qətli törətməkdə şübhəli bilinən Cəlalov Taleh İbrahim oğlu və Hüseynov Səxavət Oruc oğlunu saxlayıblar.

Adıçəkilən şəxslər "10-GD-021" dövlət nömrə nişanlı “BMW X5” markalı avtomobillə hadisə yerindən qaçmaq istəyiblər.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Naqif Həmzəyev: Separatçı rejimin puç olan Brüssel ümidləri 18 Noyabr 2019, 17:50 Gürcüstan polisi etirazçılara müdaxilə etdi 18 Noyabr 2019, 17:45 Sarkisyan aprel döyüşləri ilə bağlı ifadə verəcək 18 Noyabr 2019, 17:32 “İmkanı olan da, olmayan da vergiləri ödəmir” - səlahiyyəti olub, pulu olmayan bələdiyyələr 18 Noyabr 2019, 17:30 Vüqar Kərəmovdan möhtəşəm qələbə - Video 18 Noyabr 2019, 17:28 Mirzə Cəlilin heykəli Bakının harasında qoyulacaq? 18 Noyabr 2019, 17:26 Manatın sabaha olan MƏZƏNNƏSİ 18 Noyabr 2019, 17:21 Rektor jurnalistə yüksək vəzifə verdi 18 Noyabr 2019, 17:15 İcra başçısı bacısı oğlunu köməkçi götürüb? - Rəsmi AÇIQLAMA 18 Noyabr 2019, 17:08 Paytaxtda küçədən qadın meyiti tapıdlı 18 Noyabr 2019, 16:59 Mehriban Əliyeva ilə Azərbaycanda dəyişiklik rüzgarı- Türkiyə mediası YAZDI 18 Noyabr 2019, 16:50 ATƏT Belarusdakı parlament seçkilərini tanımadı 18 Noyabr 2019, 16:48 Psixoloqların da diaqnostik qiymətləndirilməsi keçiriləcək - Təhsil Nazirliyi 18 Noyabr 2019, 16:45 Alman polisinin saxladığı Əlövsət Əliyevdən xəbər var 18 Noyabr 2019, 16:40 Gürcüstanda etirazçılara yarım saat vaxt verildi 18 Noyabr 2019, 16:34 Əbülfəs Qarayev İSESKO-nun baş direktoru ilə görüşüb 18 Noyabr 2019, 16:25 Prezident Vasif Talıbovu qəbula çağırdı: “Hansı işlər görülüb? Məruzə edin 18 Noyabr 2019, 16:23 Jurnalist Vüsal Tağıbəylinin “İki çay arasında cənnət” kitabı ÇAP OLUNDU 18 Noyabr 2019, 16:18 Gəncə Serbiyanın Novi Sad şəhəri ilə qardaşlaşdı - FOTO 18 Noyabr 2019, 16:02 Qarabağdakı qanunsuz məskunlaşma beynəlxalq təşkilatlarda qaldırılırmı? - Üç DEPUTAT 18 Noyabr 2019, 15:55  Belarusda müşahidə apardığım məntəqələrdə səsvermə prosesi normal keçib - Sahibə Qafarova  18 Noyabr 2019, 15:48 Oqtay Gülalıyevdən yeni XƏBƏR VAR 18 Noyabr 2019, 15:41 Simsiz qulaqlıq istifadə edənlərə XƏBƏRDARLIQ 18 Noyabr 2019, 15:35 “ENACTUS BEU” komandasının fəaliyyəti müzakirə olunub   18 Noyabr 2019, 15:30 Azərbaycan tolerantlıq məkanıdır 18 Noyabr 2019, 15:23 Xəzər dənizində bir neftçi batıb - HADİSƏ 18 Noyabr 2019, 15:18 İcra başçısı Qırıxlı kəndinin sakinləri ilə görüşüb - FOTO 18 Noyabr 2019, 15:15 DOST 50 mininci vətəndaşa xidmət etdi 18 Noyabr 2019, 15:07 Zahid Orucun təşkilatı ali məktəblərə qəbulla bağlı araşdırma aparıb 18 Noyabr 2019, 15:00 Ukrayna münaqişəsi ilə bağlı 4 ölkə lideri görüşəcək 18 Noyabr 2019, 14:52 Tarif Şurasından istilik xidmətinin qiymətilə bağlı AÇIQLAMA 18 Noyabr 2019, 14:45 Son iki günün dəhşətli yol qəzaları: 12 nəfər ölüb, 5 nəfər yaralanıb 18 Noyabr 2019, 14:38 Qida Təhlükəsizliyi Agentliyindən “Şahənşah” restoranındakı zəhərlənməyə REAKSİYA 18 Noyabr 2019, 14:31 Cəlilabadlı müəllimin ölüm səbəbi AÇIQLANDI 18 Noyabr 2019, 14:26 “DSMF-yə 5 milyard vəsait ayrılır, amma icrası müzakirə edilmir” - Vahid Əhmədov 18 Noyabr 2019, 14:25