Arxiv
11 İyun 2019, 10:45 | İQTİSADİYYAT
Qida Təhlükəsizliyi Agentliyi vətəndaş inamı qazana bildimi? - Deputat, jurnalist, ekspert MÖVQEYİ

2018-ci il yanvarın 1-dən qida məhsullarının təhlükəsizliyinə, baytarlıq və fitosanitar nəzarətinə dair normativ tənzimləməni, qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən subyektlərin qeydiyyatını, qida təhlükəsizliyi, fitosanitar və baytarlıq sertifikatlarının verilməsini, qida məhsullarının ilkin istehsalı, tədarükü, istehsalı, emalı, qablaşdırılması, saxlanması, daşınması, dövriyyəsi  daxil olmaqla qida zəncirinin bütün mərhələlərində qida məhsullarının təhlükəsizliyini, həmçinin qida məhsullarının, dövlət baytarlıq və fitosanitar nəzarətində olan yüklərin istehlakçılarının hüquqlarının müdafiəsinə dövlət nəzarətini, habelə qeyd olunan sahələrdə dövlət siyasətini və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı - Qida Təhlükəsizliyi Agentliyi fəaliyyətə başlayıb.  Ölkə başçısının sərəncamı ilə Qoşqar Təhməzli Agentliyin sədri vəzifəsinə təyin edilib.
 

Maraqlıdır, torpaqdan süfrəyədək prinsipi ilə fəaliyyət göstərən Agentlik ötən müddət ərzində qarşıya qoyulan məqsədlərə nə dərəcədə nail olub?

 

Modern.az bu qəbildən olan suallarını deputat, jurnalist və ekspertə ünvanlayıb.

 

“Görüləcək çox işlər var”

 

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov bildirib ki, Qida Təhlükəsizliyi Agentliyinin yaradılmasında məqsəd əhalinin qida təminatındakı problemlərin aradan qaldırılması idi:


“Çünki həm yerli istehsal, həm də xaricdən gətirilən məhsuların keyfiyyətində, qida təhlükəsizliyində ciddi problemlər var. Bütün bunları nəzərə alaraq, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi yaradıldı. Hazırda parlamentdə bir sıra qanunlara dəyişiklik edilir. Kənd təsərrüfatına aid olan bəzi məsələlər Agentliyin səlahiyyətinə verilir ki, bununla daha ciddi məşğul olsunlar.

Hesab edirəm ki, Agentliyin yaradılmasından uzun müddət keçməsə də, qismən də olsa müsbət addımlar atılır. Məsələn, ət kəsimi yerlərində nöqsanlar aradan qaldırılmağa başlayıb. Doğrudur, o problemlər tam olaraq həll olunmayıb. Agentliyin bölgələrdə də şöbələri yaradılır. Onlar artıq bu işlərlə gündəlik məşğul olmalıdırlar. Daha gözləməməlidirlər ki, kimsə bunlara şikayət etsin, başlasınlar araşdırmağa. Problemlər mövcuddur, hətta bununla əlaqədar olaraq bizə də müraciətlər olur. Düşünürəm ki, Agentlik diqqəti bu cür neqativ halların qarşısının alınmasına yönəltməlidir. Çünki qarşıda görüləcək çox işlər var”.

 

Agentlik monopoliya yaradır

 

FED.az biznes portalının redaktoru, jurnalist Əli Əhmədov Qida Təhlükəsizliyi Agentliyinin işində hələ də böyük boşluqların və bəzi sahələrdə qeyri-şəffaflığın olduğunu bildirib:

 

“Bəzi hallarda müsbət addımlar atılır. Amma açıq-aşkar ortada olan zərərli maddələr və qidaları araşdırmaqdansa, ciddi fəaliyyət göstərən yerli şirkətləri təftiş etməyi düzgün saymıram.

Ortalıq Hindistan və digər şübhəli mənşəli ətlərdən hazırlanan dönərlərlə doludur. Hamının gözü qarşısında hazırlanır, satılır və əhali tərəfindən istehlak edilir. Agentlik hesablayıbmı ki, normal ətdən hazırlanan dönər neçəyə olmalıdır? Bu ətlərin mənbəyi araşdırılmalıdır və qarşısı alınmalıdır. Bazarda küçənin ortasında hələ də ağartı məhsulları, pendirlər, kolbasalar satılır və onların qarşısı alınmır.

 

Məsələ bundadır ki, belə məhsullar harada və necə hazırlanmasından asılı olmayaraq, son nəticədə bazara çıxır və reallaşdırılır. Deməli onların satışının qarşısı alınmalıdır ki, belə məhsulları satmaq çətinləşsin.

 

Bundan başqa, yay gəlib – su satışları artır, adətən belə vaxt bazara çoxsaylı saxta – «Slavyanka»lar və başqa bulaq suları daxil olur. Onların tərkibi, haradan gətirildiyi araşdırılırmı? Təhlükəli suların siyahısı hazırlanmalı, zərəri izah edilməlidir. Hələlik bununla bağlı məlumata rast gəlməmişəm.

Mağazalarda tərkibində çoxsaylı kimyəvi birləşmələr olan uşaqlar üçün şirniyyatlar və kartof çipsləri satılır. Onların tərkibi, zərəri araşdırılır və bu barədə valideynlərə məlumat verilirmi?

 

Agentliyin fəaliyyətində ən qeyri-şəffaf istiqamət olaraq ət kəsimi məntəqələri ilə bağlı vəziyyəti qeyd etmək olar. Qurum özü ət kəsimi qaydalarını və bunun üçün tələbləri müəyyən edib. Yəni ət kəsimi həmin qaydalarla aparılmalıdır. Əslində doğru yanaşmadır, amma indiyədək bu qaydalar Agentliyin saytında yerləşdirilməyib. Nəticədə belə kəsim məntəqəsi yaratmaq istəyən sahibkarlar qaydalarla tanış ola bilmirlər. Ən maraqlısı odur ki, bu qaydalar hələ açıqlanmayan vaxtlarda bir neçə ət kəsimi məntəqəsi qaydalara cavab vermədiyinə görə sökülmüşdü. Halbuki, onların sahiblərinə yeni qaydaları izah edib, onlara əməl etmək, yəni məntəqələri yenidən qurmaq üçün vaxt vermək lazım idi.

Bu qayda və məlumatsızlıq səbəbindən ayrı-ayrı rayonlarda – əhalinin məlumatsız olduğu ərazilərdə – cəmi bir kəsim məntəqəsi yaradılır və bütün sahibkarlar məhz bura yönəldilir. Yəni rayon səviyyəsində monopoliya yaradılır.

 

Halbuki, Agentlik qəssablar arasında iş aparmalı, onlara müasir ət kəsimi məntəqəsinin yaradılmasının üsullarını izah etməli və köməklik göstərməli idi.

Biz bir qədər əvvəl Tovuzda belə hallar bağlı məqalə hazırlayarkən qəssablara belə imkanlar barədə məlumat vermişdik. Həmin vaxt rayonun baytar həkimi bizi inandırmağa çalışırdı ki, kəsim məntəqəsi yaratmaq asan məsələ deyil. Yalnız ona öz vəzifə öhdəliklərini və məsuliyyətini xatırladandan sonra bu cəhdləri dayandırdı. Rayonlardakı qəssablar isə o qədər də savadlı deyillər və tamamilə təbiidir ki, bu qaydalardan xəbərsizdirlər. Belə vəziyyətdən onlara dəstək olmaq lazımdır”.

 

“Vətəndaşın inamını qazana bilmirlər”

 

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov deyib ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi üzərinə götürdüyü missiyanı yerinə yetirən quruma çevilə bilməyib:


“Agentlik Azərbaycanda qida təhlükəsizliyini təmin edən bir quruma çevilməyib. Hələ də Bakı qəssabxana vəziyyətindədir. Hələ də insanlar diri heyvanı görüb almağa üstünlük verir. Bu qurum hələ də insanların inamını qazanmayıb ki, onlar satışda olan məhsulu gözyumlu ala bilsin. İstehlakçı bilsin ki, buna cavabdeh qurum təhlükəsizliyə tam təminat verir.

Dönərxanalar, ayrı-ayrı kafelər, restoranlarda isifadə olunan ətlərin mənşəyi bilinmir. Mövsümlə əlaqədar sərinləşdirici içkilər, dondurmalar araşdırılırmı? Qida Təhlükəsizliyi Agentliyinin ən böyük çatışmazlığı ictimaiyyətlə effektiv iş aparmamalarındadır. 21 min üzvü, 25 rayon təşkilatı olan Azad İstehlakçılar Birliyi Qida Təhlükəsizliyi Agentliyinə dəfələlə əməkdaşlıq təklif edib.

 

Amma Agentlik istənilən təklifə qısqanclıqla yanaşır. Hətta Agentliyin əməkdaşlarını 4 dəfə canlı efirdə mənimlə debata çağırıblar, amma onlar gəlməyib. Bu, anormal haldır. Mən o efirdə olduğum üçün müəyyən səbəblər gətirərək, efirdən imtina ediblər. Bəhanələri də bu olub ki, “siz ictimai təşkilatsız, biz dövlət qurumuyuq”. Yəni dolayısıyla “biz eyni ranqda deyilik” deyirlər. İstənilən rəhbərin xalqı üçün çox yaxşı fikirləri ola bilər. Əgər o ictimai dəstək tapmasa, fikirləri “xəyal plov” olaraq qalacaq. İctimai dəstək kütləvi informasiya vasitələri, əhali ilə təmasdır. Çox təəssüf ki, bunu edə bilmirlər. Cənab Prezidentin imzaladığı əsasnamədə qarşıya çox əhəmiyyətli məsələlər qoyulub. Düşünürəm ki, bu hədəflərə çatmaq üçün Agentlik ictimai dəstək almalıdır”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Qarabağ cəbhəsində nisbi sakitlik – səbəbi nədir? 27 İyun 2019, 15:59 Tanınmış həkim isti günlərdə necə geyinməyi, nə yeyib-işməyi tövsiyə etdi 27 İyun 2019, 15:58 Ali məktəblərdən və kolleclərdən qovulan tələbələrin sayı açıqlanıb 27 İyun 2019, 15:54 Qənirə Paşayeva AŞPA-da azərbaycanlı uşaqların qətlindən danışdı 27 İyun 2019, 15:42 65 yaşlı Qulu Məhərrəmli 27 İyun 2019, 15:11 Laklı dırnaqla dəstəmaz almaq - İlahiyyatçının biri “HƏ”, o biri “YOX” deyir 27 İyun 2019, 14:37 Parlament sabah iclas keçirəsi olmadı 27 İyun 2019, 14:23 Lombardlara müddətsiz lisenziya veriləcək 27 İyun 2019, 14:16 “BOKT-lar zəifləyib” – Komitə sədri 27 İyun 2019, 14:14 İşə düzəlməklə bağlı DƏYİŞİKLİKLƏR 27 İyun 2019, 14:05 Milli Məclis kredit ittifaqları ilə bağlı qadağanı təsdiqlədi 27 İyun 2019, 13:55 Yol hərəkətinin nizamlanması üçün yeni nişanlar tətbiq olunacaq 27 İyun 2019, 13:50 Bakı ermənisi Kiyevin qubernatoru oldu 27 İyun 2019, 13:47 1 milyonluq saatı oğurlanan azərbaycanlının kimliyi bilindi 27 İyun 2019, 13:44 Sabah yağış yağacaq - HAVA PROQNOZU 27 İyun 2019, 13:34 May ayı üzrə bank sektorunun icmal göstəriciləri - RƏQƏMLƏR 27 İyun 2019, 13:28 Ermənistan Rusiyadan yeni silahlar alacaq 27 İyun 2019, 13:27 Təhsil müəssisələri ilə bağlı dövlət rüsumu müəyyənləşdi 27 İyun 2019, 13:17 Deputat Xəzərin sahilinin hasarlanmasını PİSLƏDİ: “Bir neçə ailənin ixtiyarına verilə bilməz” 27 İyun 2019, 13:14 Abdulla Gül yeni partiya yaradır – Ərdoğana növbəti rəqib gəlir 27 İyun 2019, 13:11 Azərbaycan daha bir beynəlxalq sənədə qoşuldu 27 İyun 2019, 13:02 Parlament minimum pensiyanın artırılmasına “HƏ” dedi 27 İyun 2019, 13:00 Tahir Kərimli deputatlarla bağlı çağırış etdi 27 İyun 2019, 12:57 Prezidentin təyyarəsindən 40 kiloqram narkotik çıxdı 27 İyun 2019, 12:54 “Gənc liderlər məktəbi”nin üzvləri mədəniyyət naziri ilə görüşüblər 27 İyun 2019, 12:54 Məhkəmə hakimlərinin də maaşı artırılır 27 İyun 2019, 12:45 Azərbaycandan Gürcüstana gedən turistlərin sayı azalmayıb - RƏSMİ   27 İyun 2019, 12:39 Təqaüdçü deputatların pensiyası artacaq 27 İyun 2019, 12:35 Deputat maliyyə amnistisiyası elan etməyə çağırdı 27 İyun 2019, 12:26 Bu ilin büdcəsində dəyişiklik olacaq - Milli Məclis “HƏ” dedi 27 İyun 2019, 12:11 Parlament büdcənin icrası ilə bağlı sənədi 3-cü oxunuşda təsdiqlədi 27 İyun 2019, 12:08 Azərbaycanda turizm polisi yaradılacaq 27 İyun 2019, 12:03 Macarıstanda təhsil almaq hüququ qazanmış şəxslərin siyahısı təsdiqləndi 27 İyun 2019, 11:57 Merkel yenə titrədi 27 İyun 2019, 11:56 MDB-də daha bir eks-prezident həbsə göndərilə bilər 27 İyun 2019, 11:54