Arxiv
13 İyun 2019, 16:08 | MEDİA
DTX baş redaktoru saxladı - Dövlətə xəyanət İTTİHAMI - FOTO

Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılan istintaq-əməliyyat tədbirləri nəticəsində 1989-cu il təvəllüdlü, Azərbaycan Respublikasının vətəndaşı, “xeberman.com” və “press-az.com” informasiya saytlarının təsisçisi və baş redaktoru Aslanov Polad İsrayıl oğlu dövlətə xəyanət cinayət əməllərinə görə şübhəli şəxs qismində saxlanılıb.

Modern.az xəbər verir ki, bu barədə DTX-nın İctimai əlaqələr şöbəsi məlumat yayıb.

Müəyyən edilib ki, Polad Aslanov xarici xüsusi xidmət orqanlarının əməkdaşları ilə respublikadan kənarda məxfi görüşlər keçirib, aldığı pul vəsaitinə dair qəbzləri imzalayıb müntəzəm pul vəsaitləri ödənilməsi şərti ilə maddi maraq müqabilində məxfi əməkdaşlığa cəlb edilib. O, xarici xüsusi xidmət orqanlarının əməkdaşlarından aldığı tapşırıqlar əsasında Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə olaraq istifadə etmək üçün topladığı məlumatları həmin orqanlara ötürüb, onların tapşırığı ilə mətbuatda, sosial şəbəkələrdə dövlət əleyhinə, hüquq mühafizə orqanlarının qanuni fəaliyyətini nüfuzdan salmağa yönəlmiş yazılar yayımlaması razılaşdırılıb.

Polad Aslanov adları istintaq sirri kimi hazırda açıqlanmayan jurnalistləri gələcək əməkdaşlıq imkanları üzrə xarici ölkə ərazisində həmin xüsusi xidmət orqanı əməkdaşları ilə tanış edib.

İstintaq zamanı Polad Aslanovun Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi maraqlarına zidd olaraq xarici xüsusi xidmət orqanı nümayəndələri ilə əməkdaşlığına dair çoxsaylı materiallar əldə edilib, Polad Aslanov törətdiyi cinayət əməlləri barədə ətraflı məlumatlar verib.

Polad Aslanov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə məsuliyyətə cəlb edilib.

Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
2,3 milyon şəxsə pensiya, müavinət, təqaüd və sosial yardım verilib 3 İyun 2020, 11:21 Respublika Klinik Xəstəxanası işini bərpa edir?.. 3 İyun 2020, 11:19 Zakir Qaralovun qardaşına cinayət işi AÇILDI 3 İyun 2020, 11:14 Ermənistan COVİD-19-a təslim oldu: ölü sayı 226-ya çatdı 3 İyun 2020, 11:08 İlahiyyat İnstitutu yay imtahanlarının keçirilmə qaydalarını açıqladı 3 İyun 2020, 11:04 Naqif Həmzəyev: Karantin rejimi qaydalarını pozanlara qarşı hamı səfərbər olmalıdır 3 İyun 2020, 11:00 Ermənistanı qorxuda saxlayan LORA - İsrail bu silahı yalnız Azərbaycana satıb 3 İyun 2020, 10:54 Kapital Bankda yeni kredit imkanları 3 İyun 2020, 10:48 Azərbaycanda minimum əmək haqqı orta hesabla 92%, minimum pensiya məbləği 72% artıb - RƏSMİ  3 İyun 2020, 10:45 Tanışını bıçaqlayan şəxs TUTULDU 3 İyun 2020, 10:42 Kirayə mənzillərin siyahısına daha bir yaşayış kompleksi əlavə olundu 3 İyun 2020, 10:37 DİM-dən buraxılış imtahanı verəcək məzunlarla bağlı AÇIQLAMA 3 İyun 2020, 10:33 DİM pandemiya zamanı imtahan binalarına giriş qaydalarını açıqladı - VİDEOÇARX 3 İyun 2020, 10:33 Yemişin içində 545 kiloqram 105 qram heroin AŞKARLANDI-FOTOLAR   3 İyun 2020, 10:27 Türkiyə Azərbaycan vətəndaşları üçün viza müddətini 90 günədək uzatdı 3 İyun 2020, 10:23 “Ailə inkişaf planı” hazırlanacaq 3 İyun 2020, 10:19 Uroloji Xəstəxanada da həkim koronoavirusa yoluxub 3 İyun 2020, 10:19 Videokonfransda İrəvan həqiqətləri müzakirə edildi 3 İyun 2020, 10:16 Neft sektoru geriləyib - Hesablama Palatasından 2019-cu ilin dövlət büdcəsinin icrasına dair RƏY 3 İyun 2020, 10:11 Ali Hərbi Məktəbdə dövlət imtahanları başladı - VİDEO 3 İyun 2020, 10:06 Mikayıl Mirzənin yeri görünür - VİDEO 3 İyun 2020, 10:03 Manat və dollar yeni günə bu MƏZƏNNƏ ilə başladı 3 İyun 2020, 10:00 Facebook-da yeni funksiya istifadəyə verildi 3 İyun 2020, 09:56 Maskaya görə cərimələr qüvvəyə mindi - Artıq CƏRİMƏLƏNƏNLƏR VAR 3 İyun 2020, 09:52 Azərbaycan neftinin qiyməti 40 dolları ötdü 3 İyun 2020, 09:47 Səhiyyə Nazirliyinin vəzifələri ARTIRILDI 3 İyun 2020, 09:42 Cəlilabadda məktəbli çayda boğularaq öldü 3 İyun 2020, 09:36 ABŞ-da kütləvi iğtişaşlarda ölənlərin sayı 11-ə çatıb 3 İyun 2020, 09:30 Bakı küçələrində yenidənqurma işləri aparılır - FOTO 3 İyun 2020, 09:24 Yaşlı kişini öldürüb 40 min aparan gənclər TUTULDU 3 İyun 2020, 09:18 Azərbaycanda koronavirusa yoluxmuş məhkumlardan xəbər var 3 İyun 2020, 09:12 Cəbhədə ən son vəziyyət 3 İyun 2020, 09:06 Parlamentin yeni deputatı: “İslahatlar xalqda rahatlıq və əminlik yaratdı” - MÜSAHİBƏ 3 İyun 2020, 09:00 Milli Teleradio Şurasından müflis olmaq təhlükəsilə üzləşən Lider TV haqda AÇIQLAMA 3 İyun 2020, 08:37 Müxalifət partiyaları Qarabağ üçün siyasi fəaliyyətdən imtina edərmi… 3 İyun 2020, 08:33