Arxiv
24 İyun 2019, 12:01 | ÖLKƏ
“Yol polisini hər adama etibar etmək olmaz” - General Zeynalovla bağlı məsələyə deputatdan münasibət

Ölkə başçısı İlham Əliyevin ötən ildən start verdiyi struktur islahatları iyunun 20-də imzaladığı sərəncamlarla davam etdirildi. Ölkə rəhbərinin qərarı ilə daxili işlər naziri Ramil Usubovu Vilayət Eyvazov əvəz etdi, Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Mədət Quliyev müdafiə sənayesi naziri postuna aparıldı. Onu DTX-da Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəis müavini, general-mayor Əli Nağıyev əvəzlədi.


Hökumət nümayəndələri struktur islahatlarının davam etdiriləcəyini, daha bir neçə vəzifəli şəxsin vəzifədən azad ediləcəyini bildirir. Müzakirələrdə adı hallananlardan biri də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru, 68 yaşlı Ramiz Zeynalovdur. R.Zeynalov 25 ildir bu vəzifədədir...

 

Milli Məclisin deputatı Fazil Mustafa Modern.az-a deyib ki, vəzifə yox, o vəzifəyə nə dərəcədə layiq olmaq önəmlidir:

“Son təyinatlar ona görə cəmiyyətdə normal dəstəklə qarşılandı ki, həmin vəzifələrə peşəkarlar gətirildi. Ramiz Zeynalov da Azərbaycanda bu sahədə ən peşəkar məmurlardan biridir və öz sahəsinə yüksək səviyyədə xidmət edir. Yol hərəkətinin tənzimlənməsi çox ağır sahədir. Bu vəzifəyə kimi gəldi təyin etmək, yolu kimə gəldi etibar etmək olmaz. Məhz təcrübəsinə, peşəkarlğına görə Ramiz Zeynalov uzun müddətdir bu vəzifədə təmsil olunur. Hesab edirəm ki, bundan sonra da etimad göstərilə bilər”.

 

F.Mustafa Ramiz Zeynalovun vəzifədən göndəriləcəyi üzərində formalaşdırılan fikirlərin anlaşılan olmadığını vurğulayıb.


General Ramiz Zeynalov 25 ildir ki, respublikanın yol polisinə rəhbərlik edir.  Yerli media illərdir general Ramiz Zeynalovun Baş Dövlət Yol Polisi İdarəsinin rəisi vəzifəsindən azad ediləcəyini yazsa da, hələ ki bu proqnozların heç biri özünü doğrultmur.

Ramiz Zeynalov 1951-ci il fevralın 19-da Tovuz rayonunun Qovlar qəsəbəsində anadan olub. 1968-ci ildə Qovlar qəsəbəsi orta məktəbini, 1973-cü ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu (indiki ADİU), 1985-ci ildə isə SSRİ Daxili İşlər Nazirliyi Polis Akademiyasının Rostov filialını bitirib.


Əmək fəaliyyətinə 1973-cü ildə Dövlət Plan Komitəsinin Elmi-Tədqiqat İqtisad İnstitutunda elmi işçi kimi başlayıb. 1974-1975-ci illərdə sovet ordusu sıralarında hərbi xidmətdə olub. 1975-ci ildən yenidən həmin institutda fəaliyyətini davam etdirib.1976-cı ildə daxili işlər orqanlarında işə qəbul edilib. 1976-cı ildən Azərbaycan SSR Daxili İşlər Nazirliyində inspektor, Cinayət Axtarışı İdarəsində əməliyyat müvəkkili, baş əməliyyat müvəkkili, bölmə rəisi, şöbə rəisi, Baş Nəqliyyat Polis İdarəsi rəisinin əməliyyat üzrə müavini, həmin idarənin rəisi, 1994-cü ildə isə DİN Xüsusi İnspeksiyasının rəisi vəzifələrində çalışıb.
1994-cü ilin avqust ayından Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisidir.


Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2003-cü il tarixli Fərmanı ilə "polis general-mayoru" rütbəsi verilib. 1995-ci ildə "İgidliyə görə" medalı, 2006-cı ildə isə "Vətən uğrunda" medalı ilə təltif edilib.


Ailəlidir, bir övladı var. 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ordumuz təlimlərə başladı - 10 min hərbçi, 100-dən çox zirehli texnika... 16 Sentyabr 2019, 08:25 Zakir Həsənov ilk dəfə qəzaya uğrayan MiQ-29-dan DANIŞDI: “Pilot göydə zərbə alıb 16 Sentyabr 2019, 08:22 Qəbələdə qəfəsdən qaçan meymun AXTARILIR 16 Sentyabr 2019, 08:09 Ad gününüz mübarək, cənab general-polkovnik! 16 Sentyabr 2019, 08:00 Azərbaycanda yeni dərs ili başladı 16 Sentyabr 2019, 07:53 Bakıda qadın kafedə döyüldü 16 Sentyabr 2019, 00:49 Hacıqabulda iki yük maşını toqquşdu 16 Sentyabr 2019, 00:30 Həsən Ruhani Ankaraya getdi 16 Sentyabr 2019, 00:13 “Birdən-birə həmin oyunlara atsaq, “yana” bilər”  - Qurban Qurbanov 15 Sentyabr 2019, 23:49 Neftin qiyməti yenidən bahalaşacaq - PROQNOZ 15 Sentyabr 2019, 23:27 “Qarabağ” “Neftçi”yə şans vermədi 15 Sentyabr 2019, 23:05 Əli Həsənov Nuru paşadan yazdı: “Bakısız qalmış Azərbaycan...” 15 Sentyabr 2019, 22:49 Leyla Əliyeva polo üzrə dünya kubokunun finalını izlədi - FOTOLAR 15 Sentyabr 2019, 22:27 “Səbail” “Keşlə”ni məğlub etdi 15 Sentyabr 2019, 22:09 Tərtərdə gənc ananın 3 övladı dünyaya gəldi 15 Sentyabr 2019, 21:55 Suriya-Türkiyə sərhədində partlayış: 12 ölü 15 Sentyabr 2019, 21:34 Qatar 67 nəfərin olduğu avtobusa çırpıldı 15 Sentyabr 2019, 21:20 Bu ölkədə qadınlar da stadionda futbola baxa biləcəklər 15 Sentyabr 2019, 21:07 Türmə nəzarətçiləri Vidadi Zeynalovun başına necə OYUN AÇIBLAR... 15 Sentyabr 2019, 20:58 Hacı Nuran ATV-dən getdi 15 Sentyabr 2019, 20:37 Avropa İttifaqı komissarı yenidən Cənubi Qafqaza gəlir 15 Sentyabr 2019, 20:19 Türkiyənin Vitse-prezidenti Azərbaycana gəldi 15 Sentyabr 2019, 20:01 Eldəniz Əzizli Azərbaycana dünya çempionatında ilk medalı qazandırdı 15 Sentyabr 2019, 17:59 Yanğını söndürməyə gedən FHN-nin maşını çayda batdı 15 Sentyabr 2019, 17:55 Mənzil oğruları nədən ehtiyatlanır? - Polis açıqlayır 15 Sentyabr 2019, 17:50 Hindistanda səyahət gəmisi batdı: 11 ölü var 15 Sentyabr 2019, 17:40 Şagirdi məktəbdən çıxardılar - Artıq çəkisinə görə   15 Sentyabr 2019, 17:25 İcra başçısı şəhərdə yanmış ağacları rənglətdirdi - Açılışa görə  15 Sentyabr 2019, 17:06 Elmar Məmmədyarov Müqəddəs Taxt-Taca yola düşdü 15 Sentyabr 2019, 16:50 Bakının azad edilməsinin 101-ci ildönümü münasibəti ilə yürüş keçirilib - VİDEO 15 Sentyabr 2019, 16:35 Sabahdan regionlarda lisey sinifləri fəaliyyətə başlayacaq 15 Sentyabr 2019, 16:19 UNEC rektoru Ədalət Muradov: Ali təhsil təsnifatlaşdırılmalıdır 15 Sentyabr 2019, 16:00 Üç güləşçimiz Dünya Çempionatıyla erkən vidalaşdı 15 Sentyabr 2019, 15:47 İranlı qadınlara sərbəstlik verildi - Bu məslədə 15 Sentyabr 2019, 15:30 Azərbaycanda bir ildə 915 qadın, 306 kişi məişət zorakılığına məruz qalıb 15 Sentyabr 2019, 15:15