Arxiv
25 İyun 2019, 16:22 | MƏDƏNİYYƏT
McDonalds restoranlarına gedənlərə dəhşətli XƏBƏR: “Övladlarınız yazıqdır!”

Son dövrlər Amerika, həmçinin Avropanın bəzi ölkələrində McDonalds, KFC kimi restoranlara maraq  azalıb. 


ABŞ-da yaşayan azərbaycanlı fəal Zaur Bayramlı bir dəfə sosial şəbəkədə bu haqda maraqlı məlumat paylaşmışdı:

“4 ildən çoxdur ki, Amerikadayam. Bu müddət ərzində bir dəfə də olsun McDonald's, Burger King, KFC kimi yerlərdə yemək yeməmişəm, övladlarıma da icazə verməmişəm ki, yesinlər. (Daha doğrusu, zərərləri haqqında bilgiləndirmişəm, onlar da yeməyə meyl etməyiblər)
Adlarını çəkdiyim bu restoranlara artıq xeyli vaxtdır ki, Amerikanın özündə rəğbət qalmayıb - müştəriləri indi daha çox işsiz-gücsüz zəncilər, Orta və Güney Amerika ölkələrindən qaçaq gələn işçi təbəqəsidir.
Belə olduğu təqdirdə bu markalar ayaqda qala bilmək üçün bizim Azərbaycan kimi 3-cü dünya ölkələrinə açılırlar. Üzücü olan isə budur ki, insan sağlığı üçün çox təhlükəli "yeməklər" istehsal edən bu markalar bizdə lüks bir şey olaraq bəh-bəhlə, cəh-cəhlə qarşılanır”.

Soydaşımız okeanın o tayından Azərbaycan vətəndaşlarına müraciət də etmişdi:

“Kanserogen tərkibli eyni yağda bəlkə 50 dəfə "sox-çıxart" üsulu ilə qızardılan frozen (dondurulmuş) kartofları və digər yeməkləri gələcəyimiz olan gül balalara yedirib onları ölümə yaxınlaşdırmayın!!! 
Heç bir faydası olmayan, əksinə, başdan-ayağa müxtəlif xəstəliklərin qaynağı olan bu toksinlərə yüksək məbləğlər ödəyərək, övladlarınızı sevindirdiyinizi, onları xoşbəxt etdiyinizi düşünürsünüzsə, çox yanılırsınız!!!
Gələcəyinizi anglo-saksonların kapitalist təfəkkürünə, merkantilist maraqlarına qurban verməyin! Bu markaları boykot edin! Onların zəhərli yeməklərini övladlarınıza yedirməyin!”.


Doğrudan da hazırda Bakı şəhərində “Fast food” adlandırılan ayaqüstü qidalanmaya maraq çox böyükdür. Qəribə hal ondan ibarətdir ki, dünya ölkələrində o qədər də  üstünlük verilməyən bu cür qidalara bizdə insanlar xüsusi yanaşır, birinci dərəcəli yemək kimi qiymət verirlər. Ən dəhşətlisi isə odur ki, bəziləri hətta McDonalds-a getməyi prestij və az qala aristokratlıq nümunəsi sayır, ora gedə  bilməyənlərə üstdən-aşağı baxır, geridəqalmış hesab edirlər.
 
İndi Bakıda McDonalds restoranlar şəbəkəsi tələbələrin, uşaqların, bir sözlə cavanların ən çox getdiyi əyləncə və istirahət yerlərindən biri sayılır.

Bəs Bəkıda ziyanı xeyirindən çox olan bu cür restoranlara əsas marağın digər  səbəbi nədir?

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Modern.az-a bildirib ki, həmin qidaların reklamını güclü təşkil edib, bu üsulla da insanları ora cəlb etməyi bacarırlar:

“Hazırki dövrdə satışın uğurlu  həyata keçirilməsi  və insanları cəlb etmə, birbaşa olaraq güclü təşkil olunmuş reklamdan aslıdır. İndi azyaşlı uşaqlar belə oyun oynayarkən televizorda reklam gedərsə, oyununu saxlayıb diqqətini reklama ayırır. Belə şəraitdə böyüyən uşaq heç sözsüz ki, reklamda təqdim edilən McDonalds, KFC kimi məkanlara maraq göstərəcək. Bəzi ölkələrdə belə restoranların olmasına  dövlət özü maraq göstərir. Belə ki, heç bir ölkə istəmir ki, təqaüd alan yaşlı insanların sayı çox olsun. Yəni bu cür restoranlarda satılan qidalar erkən ölümə səbəb olan əsas əlamətlərdən hesab olunur”.

E.Hüseynov deyir ki, o, bir kitabdan McDonalds barədə daha dəhşətli məlumat oxuyub: “Həmin kitabda yazmışdılar ki, ABŞ-da insanların McDonalds-dan alıb yediyi qidalardan olan ölüm və kökəlmə səbəbləri terrorçuların 1 ildə apardığı əməliyyatdan 10 dəfə artıqdır.
Belə restoran şəbəkələrinin qurulması, say artımı kapitalist cəmiyəti üçün xarakterikdir.  Çünki əsas məqsədi pul qazanmaq olan belə cəmiyyət üçün KFC, McDonalds kimi insanların əsas üstünlük verdiyi məkanların çoxluğu əsl qazanc mənbəyidir”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Türkiyə daha 2 şəhid verdi 20 İyul 2019, 00:31 Yasamalda mənzildə iki  meyit aşkarlandı 20 İyul 2019, 00:14 İki nazirlik şadlıq evindəki zəhərlənmə ilə bağlı məlumat yaydı 19 İyul 2019, 23:59 Tovuzda toya gələn gənc yol qəzasının qurbanı oldu 19 İyul 2019, 23:43 Nazir Çinin yeni səfirini qəbul etdi 19 İyul 2019, 23:25 Dənizdə boğulan gənc xəstəxanada ayıldı - VİDEO 19 İyul 2019, 23:05 İran Hörmuz boğazında Britaniya tankerini saxladı 19 İyul 2019, 22:47 “İşğal altında olan Dağlıq Qarabağ dünyanın heç bir suveren dövləti tərəfindən tanınmır” - XİN 19 İyul 2019, 22:33 Əsgərin yola salınma mərasimində kütləvi zəhərlənmə 19 İyul 2019, 22:16 FETÖ-ya bağlı baş nazir istefa verdi 19 İyul 2019, 22:03 Şirvanda toyda 14 nəfər tüstüdən zəhərləndi 19 İyul 2019, 21:46 Sel Türkiyədə 7 can aldı 19 İyul 2019, 21:28 Rövşən Lənkəranskinin qətli  “göyərti kralı” ilə bağlı olub - Şok ifadə 19 İyul 2019, 21:16 Amerikada mətbuat tarixi və ya Xəbərlər heç vaxt yatmır... 19 İyul 2019, 21:09 ABŞ Venesuelaya yeni sanksiya tətbiq edir 19 İyul 2019, 20:56 Avstriyada təyyarə qəzası: Ölənlər var 19 İyul 2019, 20:43 Bu məhkəmələr ləğv edildi - SİYAHI 19 İyul 2019, 20:17 Davudoğlundan sərt təpki: “Hər qapını bağlasalar da, susmayacağıq” 19 İyul 2019, 20:03 Ərdoğan İlham Əliyevə zəng etdi 19 İyul 2019, 20:00 Polis jurnalistlərlə birgə gücləndirilmiş əməliyyat tədbirlərinə başladı - FOTO 19 İyul 2019, 19:52 Bakıda daha bir beynəlxalq turnir keçiriləcək - “Baku Open” 19 İyul 2019, 19:43 Prezident 11 səfiri geri çağırdı 19 İyul 2019, 19:34 “Qarabağ” UEFA reytinqində irəlilədi   19 İyul 2019, 19:25 Neft Fondunun gəlir və xərcləri təsdiqləndi -SƏRƏNCAM 19 İyul 2019, 19:15 Dövlət Komitəsinin bir sıra səlahiyyətləri ləğv edildi - FƏRMAN 19 İyul 2019, 19:06 Əcnəbilərə Azərbaycanda təhsil almaq üçün yeni imkan - FƏRMAN 19 İyul 2019, 18:58 Azercell ödənişsiz göz müayinələri təşkil etdi   19 İyul 2019, 18:49 Prezident məhkəmə sədrini vəzifəsindən azad etdi - SƏRƏNCAM 19 İyul 2019, 18:42 Qəbul imtahanının yeganə rekordçusu Səbinə: “Müəllimlərim məni təmənnasız hazırlayıblar”   19 İyul 2019, 18:35 Azərbaycanda hakimlərlə bağlı yeni SƏRƏNCAM 19 İyul 2019, 18:27 Bu nazirliyiə övladlığagötürmə ilə bağlı yeni səlahiyyətlər VERİLDİ 19 İyul 2019, 18:19 Mətbuat Şurası Elçin Əlibəylinin saytına xəbərdarlıq etdi 19 İyul 2019, 18:10 Dövlət Komitəsi aparatının işçilərinin sayı artırıldı 19 İyul 2019, 18:02 SƏLİS-ə daxil olan proqramlardan istifadə qaydalarına dair təlimlər başladı 19 İyul 2019, 17:55 230-dan çox insan Azercell-in ödənişsiz göz müayinələrindən yararlanıb   19 İyul 2019, 17:47