Modern.az

“Ermənilərin Kəlbəcərdə partizan məktəbi yaratması blefdir” -  Hərbi ekspert

“Ermənilərin Kəlbəcərdə partizan məktəbi yaratması blefdir” -  Hərbi ekspert

12 İyul 2019, 13:00

Ermənilər Azərbaycanın işğal altındakı Kəlbəcər rayonu ərazisində yeniyetmələr üçün yeni hərbi təlim düşərgəsi yaradıb.  Zaman-zaman ermənilərin belə addımlar atdığını müşahidə edirik. Eyni zamanda qondarma rejimin rəhbərliyi Ermənistan hakimiyyəti arasında olan gərginlik hər keçən gün daha da artır. 

 

Bəs görəsən bu təlim düşərgəsinin işğal olunmuş Azərbaycan torpaqlarında keçirilməsi nəyə hesablanıb?

Məsələ ilə bağlı Modern.az-a danışan hərbi ekspert Üzeyir Cəfərov bildirb ki, ermənilər ümumiyyətlə işğal olunmuş ərazilərdə stəkanda fırtına obrazı səhnəsi yaratmağa çalışırlar.

“Göstərmək istəyirlər ki, guya hansısa möhtəşəm bir tədbir keçirirlər, onu bəh-bəhlə təqdim edirlər. Biz hər zaman demişik ki, ermənilərin bicliyi özünü göstərir. Ermənilər haqsız olduqları vaxtda özlərini haqlı göstərməyə çalışırlar. Onlar hər zaman Azərbaycan ərazilərində olan maddi və mənəvi nemətləri də öz adlarına çıxarmağa çalışırlar. İndi də gördükləri iş ondan ibarətdir ki, guya bunlar nəyəsə hazırlaşır, təlimlərlə bağlı məlumat buraxıblar ki, artıq bunlar yeni ərazilərini geri qaytarmaq üçün hücuma hazırlaşırlar. Aydın məsələdir ki, bunlar hər zaman bu məsələləri həm də özünü təstiq kimi təqdim etməyə çalışırlar. Bunlar hamısı müvəqqəti və blef xarakterli addımlardır. Partizan məktəbləri, snayper məktəbləri  və sair, nələri var ki, nə yaratsınlar? 10-15 nəfərlə onlar hansısa ab-havanı yarada bilməzlər və bu mümkün deyil”. 

 

Ekspert bildirib ki, Azərbaycan danışıqlar prosesinin sonunu gözləyir..

“Ondan sonra yəqin ki, qərarımızı verəcəyik.  Ermənistan cəmiyyətinə böyük çaşqınlıq var.  Son vaxtlar baş verənlər də onu deməyə əsas verir ki, bu gedişlə Ermənistanla Dağlıq Qarabağ arasında çox böyük təlatümlər yaşanacaq.  Bako Saakyanın növbəti mərhələlərdə özünü qondarma respublikanın rəhbəri kimi görməməsi, namizədliyini irəli sürməməsi o anlama gəlir ki, çox məsələlərlə barışmağa məcburdular”.

 

 Ü.Cəfərov bildirib ki, Paşinyan küçədən gəlmiş bir siyasətçi kimi ağlına nə gəldisə, onu etməyə çalışır.

“Bu da Ermənistan siyasi hərbi rəhbərliyi tərəfindən o qədər də yaxşı qarşılanmır, ona görə ki, onlar ümumiyyətlə Paşinyana  ciddi yanaşmırlar. Son bir neçə fakta baxsaq, Paşinyan öz oğlunu işğal olunmuş ərazilərdən geri çəkdi, David Tonoyan da öz oğlunu işğal olunmuş ərazilərdən uzaqlaşdırın Yerevan ərazisinə gətirdi. Bütün bunlar qorxudan irəli gələn məsələlərdir. Açığı deyim ki, biz də bu istiqamətdə onlara kömək etməliyik”.

 

Hərbi eksperin sözlərinə görə, düşmənin iç üzünü açmaq üçün Azərbaycan mətbuatı da zaman-zaman əlindən gələni etməlidir ki, maarifləndirmə işində orada yaşayan erməni əhalisinə müəyyən məlumatlar çatdırılsın.

“Ermənilər özləri də bilirlər ki, gördükləri işin perspektivi yoxdur. Partizan dəstələri yaradırlar, məktəblər yaradırlar, hansısa yollar çəkirlər, bütün bunlar büdcədən gələn vəsaitlər deyil. Erməni lobbisinin xaricdən onları maliyyələşdirdiyi vəsaitlərdir. Bəzi hərəkətlər var onu biz heç cürə qəbul edə bilmirik. May ayında Şuşada yekəxana hərəkətləri və bəzilıəri. Amma eyni zamanda da biz düşməni daim nəzarətdə saxlamaq üçün onun atdığı və atacağı adımları təhlil etməli və ona uyğun adekvat addımlar atmalıyıq. Ermənilərin vəziyyəti getdikcə pisləşir. Əgər onlar regionda normal yaşamaq istəyirlərsə, Azərbaycanla münasibətiləri yaxşılaşdırmağa çalışmalıdırlar. Bunun da birinci yolu işğal olunmuş əraziləri işğaldan azad etməkdir”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı