Modern.az

İranda tayfa davası: 1 ölü, 13 yaralı

İranda tayfa davası: 1 ölü, 13 yaralı

17 İyul 2019, 21:29

İranın cənub-qərbində yerləşən Xuzistan vilayətinin Əlvan şəhərində saatlarla davam edən tayfa davası 1 nəfərin ölməsi ilə nəticələnib.

Modern.az "Trend"ə istinadən xəbər verir ki, bunu İranın Xuzistan vilayəti Şuş rayonu Şavur məntəqəsinin prokuroru Faxir Bavi deyib.

F.Bavinin sözlərinə görə, ötən gün 14:30-da başlanan tayfa davası gecə saatlarına qədər davam edib.

Hadisədə daha 13 nəfər yaralanıb. Qarşıdurma zamanı, həmçinin 5 mənzil yandırılıb.

İnsidentlə bağlı 5 nəfər saxlanılıb, qatilin isə axtarışları davam edir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi