Modern.az

Bakıda pul borcu üstündə bıçaqlanma

Bakıda pul borcu üstündə bıçaqlanma

17 İyul 2019, 22:24

Bakıda pul borcu üstündə bıçaqlanma olub.

Modern.az  "Trend"ə istinadən xəbər verir ki,  hadisə paytaxtın Xətai rayonu ərazisində baş verib.

Sumqayıt şəhər sakini, 1979-cu il təvəllüdlü Abdulov Elşad İsgəndər oğlu tanışı, 1976-cı il təvəllüdlü Əsgərov Ramil Nəsib oğluna borc verdiyi 400 manatı ala bilmədiyi üçün mübahisə edib.

Mübahisə nəticəsində E.Abdulov R.Əsgərova 4 bıçaq zərbəsi endirib. R.Əsgərov xəstəxanaya yerləşdirilib.

Faktla bağlı cinayət işi başlanıb və E.Abdulov şübhəli şəxs qismində tutulub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI