Arxiv
30 İyul 2019, 13:12 | ÖLKƏ
Astroloqdan “donuz ili”nin son 5 ayına PROQNOZ: “Bu məmurlar işdən çıxarılacaq, devalvasiya isə…”

Artıq 2019-cu ilin ikinci yarısıdır. İlin əvvəlində elan olunduğu kimi, astroloji baxımdan 2019-cu il sarı donuz ili hesab olunur.

 

Bəs, ilin ikinci yarısında bizi nələr gözləyir? Donuz ilinin sonu ölkəmizə nələr vəd edir?

"Qoroskop" qəzetinin baş redaktoru, tanınmış astroloq Səbuhi Rəhimli bu barədə proqnozlarını Modern.az-a açıqlayıb. Onun sözlərinə görə, ilin əvvəlindəki hadisələrdən aydın olduğu kimi, qaban ili nisbətən sakit və barışdırıcı ildir:

 

“Münaqişələrə nöqtə qoyulan, qarşıdurmalarda qalibin qalibiyyət elan etdiyi vaxtdır. İntriqalardan qaçan, dürüst, ağıllı, zəhmətkeş insanların ilin ikinci yarısında da bəxti gətirəcək, onlar daha şanslı olacaqlar. Qətiyyətli, ötkəm, həqiqətpərəst olmaq lazımdır. Astroloji bilgilərə görə, su və od ünsüründən olan bürclər bütün il boyu şanslı bürclərdir. Başda isə qoç və əqrəb gəlir, çünki ilin planeti Marsdır, o iki bürc də Marsın himayəsindədir. Bilməyənlər üçün deyim ki, od ünsürü qoç, şir, oxatan, su ünsürü isə xərçəng, əqrəb və balıqlardır. İllərin də uğurluları var ki, 2019-cu ildə qaban, pişik, keçi – bəzən buna donuz, dovşan, qoyun da deyirlər – şansı illərdir. Əslində dediyim uğurlu, uğursuz məsələsi də doğru olmaz, çünki ilin özünün dürüst olmaq, fikrini açıq demək kimi kodları, şifrələri var. Hansı ildə doğulmağından asılı olmayaraq, kim nəbzi tutsa, onun üçün bütün il yaxşı keçəcək”.

 

  • Rəhimli hazırda davam edən qaban ilinin ruzi-bərəkətli il olduğunu diqqətə çatdıraraq qeyd edib ki, 12 zodiak ili arasında ən az boşanma məhz bu ildə olur:
  • “Bu il insanların daha çox doğulduğu ildir. Bəzi illər var, bətndə uşağın yetişməsi, hamiləlik çox çətin keçir, bəzən pozulmalara gətirib çıxarır. Qaban ilində adətən belə olmur, dünyaya sağ-salamat, güclü uşaqlar gəlir. Yeri gəlmişkən, elə ilin birinci yarısında Azərbaycanın 10 milyonuncu sakini doğuldu. Bunu da cari ilin müsbət hadisələrindən biri kimi yadda qaldı”.

     

    Astroloq 2019-cu ilin ikinci yarısında Azərbaycanında siyasi cəhətdən gözləniləcək məqamları da açıqlayıb:

    “İlin ikinci yarısında da böyük rəqabətlər olacaq. Müxtəlif siyasi dairələrdə daxilən gizlədilmiş, bilinməyən rəqabətin, qarşıdurmanın şahidi olacağıq. İlin birinci yarısında olduğu kimi ikinci yarısında da bəzi məmurların (onların sayını bilirəm) vəzifəsindən uzaqlaşacağını müşahidə edə bilərik. Qarabağla bağlı isə nisbətən sakitlikdir, halbuki döyüş əməliyyatları aparmaq üçün şanslı vaxtlar da var. Şanslı vaxt hər zaman olur, sadəcə ondan istifadə edib-etməmək qalır. Fevral və may ayı bu məsələ üçün uğurlu hesab edildi. İlin ikinci yarısında isə avqust ayının uğurlu olacağı gözlənilir. Hərbi əməliyyat aparıb torpaqların azad olunması naminə o dövrdən istifadə etmək olar. İlin əvvəlində qeyd etmişdim ki, 5 əsr nə qədər qaban ili var, hamısını araşdırmışam, çünki statistika insanda təsəvvür yaradır. Qaban ilində elə bir müharibə olmayıb. İl başlamadan Ukrayna-Rusiya və ya NATO-Rusiya qarşıdurması yaşanırdı, Avropada, Balkanlarda gərginlik başlamaqda idi, Suriyada da qarışıqlıq müşahidə olunurdu. Bunların hamısı ilin əvvəlində həll olundu. İlin ikinci yarısında da eynilə sabitlik gözlənilir”.

     

    Səbuhi Rəhimli cari ilin ikinci yarısı insanların maliyyə durumunun necə olacağı sualını da cavablandırıb:

     “2019-cu il başlayan kimi söz-söhbət var idi ki, növbəti devalvasiya olacaq. Ancaq mən ilin əvvəli verdiyim müsahibədə astroloji hesablamalarıma dayanaraq ilin birinci yarısı devalvasiyanın olmayacağını əminliklə qeyd etdim. Proqnozum təsdiqini tapdı. Lakin bizdə gedişat zaman-zaman dəyişə bilir, gərək o prosesin növbəti mərhələsi gələ ki, proqnozlaşdıra bilək. İlin ikinci yarısında da maliyyə məsələləri ilə bağlı ciddi dəyişikliklər gözlənilmir”.

     

     

    BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
    + Arxiv
    Ulduz futbolçunun arvadı maşını belə idarə etdi - VİDEO 24 Avqust 2019, 00:51 “Beşiktaş” ilk qələbəsini qazandı 24 Avqust 2019, 00:34 Şəkidə toyda 48 yaşlı kişini bıçaqladılar 24 Avqust 2019, 00:19 Əhməd Davudoğlunun partiyası YAP adlandırıldı 24 Avqust 2019, 00:01 Azərbaycan nefti ucuzlaşdı 23 Avqust 2019, 23:46 Toydan qayıdan sürücü qəzaya düşdü: yaralılar var 23 Avqust 2019, 23:30 "İnterpol" narkotik satan azərbaycanlını axtarır 23 Avqust 2019, 23:13 “Qarabağ”ın ev oyununu rusiyalı hakimlər idarə edəcək 23 Avqust 2019, 22:57 Deputatın həbs olunan oğlunun yeni VİDEOSU yayıldı 23 Avqust 2019, 22:39 Şəkidə yanğını söndürmək mümkün olmayıb 23 Avqust 2019, 22:19 194 ölkənin axtardığı İlan İsraildə tapıldı 23 Avqust 2019, 22:03 Bakıda 8 yaşlı uşaq faciəvi şəkildə ölüb 23 Avqust 2019, 21:44 Ərdoğan Rusiyaya gedir 23 Avqust 2019, 21:30 Putin İlham Əliyevi parada dəvət etdi 23 Avqust 2019, 21:16 Dünyanın ən varlı insanlarından biri vəfat etdi 23 Avqust 2019, 21:02 ABŞ-dan Rusiyaya qarşı yeni sanksiyalar   23 Avqust 2019, 20:46 Bakıda kürəkən qayınanasını döyərək bu hala saldı - FOTOLAR 23 Avqust 2019, 20:33 İndoneziya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir 23 Avqust 2019, 20:16 Azərbaycan millisi çempionata qələbə ilə başladı 23 Avqust 2019, 20:04 Azərbaycanda bu məhsulların qiymətləri ucuzlaşdı - SİYAHI   23 Avqust 2019, 20:00 DYP hava ilə bağlı sürücülərə müraciət etdi  23 Avqust 2019, 19:49 Müdafiə Nazirliyindən İsrail dronları ilə bağlı AÇIQLAMA 23 Avqust 2019, 19:35 Aprel şəhidlərinin ailələri mərhum pilot Rəşad Atakişiyevin ailəsini ziyarət  ediblər 23 Avqust 2019, 19:20 Qəbələdə meşə yanğınına daha bir helikopter cəlb olundu - Video 23 Avqust 2019, 19:10 ETSN-dən əhaliyə müraciət: “Meşələrimiz hər birimizin evidir, xahiş edirik onu yanğından qoruyun!” 23 Avqust 2019, 19:00 Müəllimlərin işə qəbulu üzrə müsahibə mərhələsi yekunlaşdı     23 Avqust 2019, 18:51 "Azərbaycanda mövcud olan sabitlik insanların həyatı üçün böyük sərvətdir” - Əli Əhmədov 23 Avqust 2019, 18:40 JuHİ araşdırmaçı jurnalistlər üçün “Təhlükəsiz tədqiqat” seminarı təşkil edib - Foto 23 Avqust 2019, 18:30 “Nar+” ilə hesabınızı daha asan idarə edin!   23 Avqust 2019, 18:20 Azərbaycanın FIFA referisi Çempionlar Liqasının oyununa təyinat alıb 23 Avqust 2019, 18:11 İlham Əliyev Vladimir Zelenskini təbrik etdi 23 Avqust 2019, 17:59 İstirahət günlərinin HAVASI – Yağış yağacaq, şimşək çaxacaq 23 Avqust 2019, 17:43 Növbəti 3 gün üçün manatın məzənnəsi 23 Avqust 2019, 17:37 “Sərhədçilərimizin irəli çəkdiyi yeni mövqelərə qalxdıq” - Qarabağ veteranı Qazaxda gördüklərindən DANIŞDI 23 Avqust 2019, 17:35 Qəbələdəki yanğınlara helikopter və təyyarə cəlb edilib 23 Avqust 2019, 17:34