Modern.az

Azərbaycan izləyicisinin qəlbinə yol tapan “Santa Barbara” 35 yaşında - FOTOLAR

Azərbaycan izləyicisinin qəlbinə yol tapan “Santa Barbara” 35 yaşında - FOTOLAR

Mədəni̇yyət

30 İyul 2019, 18:43

90-cı illərdə Azərbaycan tamaşaçısının yaxşı tanıdığı əfsanəvi “Santa Barbara” serialının yayıma başlamasından 35 il ötür.

Modern.az xatırladır ki, “Santa Barbara” serialı ilk dəfə 1984-cü il iyulun 30-da yayıma başlayıb.

 

10 il efirlərdən düşməyən serialın 2137 seriyası tamaşaçılara təqdim olunmuşdu. Kepvel ailəsinin başına gələn çoxsaylı hadisələrdən bəhs edən serial Azərbaycan izləyicisinə 1995-ci ildə təqdim olunmuşdu. Bu zaman artıq ABŞ-da serialın çəkilişləri 2 il idi ki, dayanmışdı.

 

Serialın sujet xətinin qarşıdakı mövsümlərdə axsamasına, eyni obrazları fərqli aktyorların oynamasına və reytinqin tədricən azalmasına baxmayaraq, “Santa Barbara” serialı yerli auditoriyanı Şimali Amerika serialları ilə tanış edən mayak rolunu oynadı.  

 

Modern.az “Santa Barbara” serialının əsas ulduzlarını 35 il əvvəl və sonra fotoşəkillərdə müqayisə edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?