Arxiv
1 Avqust 2019, 15:33 | QARABAĞ
ABŞ Qarabağ separatçılarına nə üçün pul ayırır? – Politoloq səbəbləri AÇIQLADI

ABŞ Konqresi Ermənistana 2020-ci ildə əlavə 40 milyon dollar vəsaitin ayrılması barədə qərar verib. Həmin pulun ölkədə demokratik islahatlara ayrılması nəzərdə tutulub. Qanunverici orqan Azərbaycanın işğal altındakı torpaqlarında yaradılmış qondarma “Qarabağ respublikası”nda da bir neçə milyon dollar ayırmağı planlaşdırır.

Bəs ABŞ rəhbərliyi niyə Qarabağ separatçılarına yardım ayırır? Bu erməni lobbisinin fəaliyyəti yaxud Konqresin yanlış siyasətinin nəticəsidir?  

 

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi analtik Elxan Şahinoğlu Modern.az-a açıqlamasında bildirib ki, ABŞ-ın Qarabağ deyil, Ermənistana 45 milyon dollar vəsait ayırması qeyri-adi məsələ deyil.

“ABŞ Konqresi il ərzində müxtəlif dövlətlərə maliyyə vəsaiti ayırır. Həmçinin Azərbaycana da müəyyən məbləğdə vəsait ayrılır. Gələn xəbərlərə görə hətta Azərbaycan üçün sərhədlərin möhkəmləndirilməsi məqsədi ilə 600 milyon dollar məbləğ ayrılıb. Hər il Ermənistana da, Azərbaycana və digər ölkələrdə də pul ayrılır. Əksinə, Ermənistana ayrılan məbləğdə azalma var. Hətta çox təəssüf ki, Konqres Dağlıq Qarabağ separatçılarına pul ayırır”.

 

Qarabağa maliyyə yardımına gəlincə, Elxan Şahinoğlu ABŞ-ın qondarma rejimə pul ayırmasını da qətiyyətlə pisləyib.

 “ABŞ niyə yalnız Dağlıq Qarabağ separatçılarına vəsait ayırır?! Dünyanın heç bir separatçı ölkəsinə vəsait ayrılmır. Bu da Erməni lobbisinin fəaliyyəti ilə əlaqədardır. Bəli, Ermənistan müstəqillik qazandıqdan bu yana ABŞ Ermənistana 2 milyard dollara yaxın pul ayırıb. Və bu il nəzərdə tutulan 45 milyon dollar vəsait tam olaraq nə zaman ayrılacaq, bu pul ünvana nə zaman çatacaq dəqiq bilinmir. Elə bundan nəticə çıxararaq ABŞ-ın birmənalı Ermənistana dəstək verdiyini söyləmək mümkündür. Bəli, Konqresdə erməni lobbisinin mövqeləri güclüdür. Amma Amerika yalnız Konqresdən ibarət deyil, Dövlət Departamenti, prezident, Ağ Ev adminstrasiyası var ki, bunlar da Konqresin qərarlarını korrektə etmək səlahiyyətlərinə malikdirlər”.

 

Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov bildirib ki, Ermənistana və Qarabağ separatçılarına gələn il maliyyə yardmının ayırlması ilə bağlı qərarın tam təsdiq olunmadığını söyləyib.

 

“Bu qərar təsdiq olunmayıb, gələn il üçün edilmiş bir plandı. Prosses hələ davam edir, amma bəli, müəyyən miqdarda ermənilərə yardım göstərilir. Belə deyək, bu Paşinyanın yeni siyasətinə dəstək üçün təşkil olunan bir məsələdir”.

 

Nuranə DAXİLQIZI

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Şeyx din xadimlərini topladı  3 İyul 2020, 18:42 Şahmar Mövsümov:Testin özünün etibarlılığı 70 faizdir 3 İyul 2020, 18:36 Naxçıvanda 11 nəfər koronavirusdan ölüb 3 İyul 2020, 18:35 Prezident Şahin Mustafayevi bu vəzifədən azad etdi - SƏRƏNCAM 3 İyul 2020, 18:31 “Türk Hava Yolları” İstanbul-Bakı reysi ilə bağlı açıqlama YAYDI 3 İyul 2020, 18:30 Zərərçəkmiş sahələrə dövlət dəstəyini davam etdirəcək  - Prezidentin köməkçisi 3 İyul 2020, 18:26 “Məndə koronavirus var” deyə özündən şübhələn şəxs öncə hara zəng etsin? 3 İyul 2020, 18:23 TƏBİB sədrindən evdə qalanlara məsləhət: idman edin! 3 İyul 2020, 18:20 Hazırda əsas diqqət mağaza və marketlərə yönəlib - Prezidentin köməkçisi 3 İyul 2020, 18:14 Metronun sərnişinləri 600 mindən 160 minədək azalıb 3 İyul 2020, 18:10 Hamilələr xəstəliyi daha ağır keçirir? - TƏBİB-dən cavab 3 İyul 2020, 18:07 Ramin Bayramlı jurnalistlər və həkimlərin yoluxmasından danışdı 3 İyul 2020, 18:03 İyulun 5-dən sonra SMS-lə icazə alanda avtomobil də qeyd olunmalıdır - TƏLƏB 3 İyul 2020, 18:00 Yoluxma simptomu olmayanlar təhlükəli şəxslərdir - Ramin Bayramlı 3 İyul 2020, 17:56 Ermənistanın xarici işlər naziri Azərbaycan ərazisinə gəldi 3 İyul 2020, 17:56 Rayonlara gediş-gəliş hələ açılmayacaq - Prezidentin köməkçisi  3 İyul 2020, 17:52 İyun ayının 190 manatı bu tarixdə veriləcək - RƏSMİ 3 İyul 2020, 17:49 Şənbə-bazar günü işə gedənlər nə edəcək? - Operativ Qərargahdan AÇIQLAMA 3 İyul 2020, 17:46 SMS icazə sistemində YENİLİK edildi 3 İyul 2020, 17:44 Qazaxıstanda Nazarbayevə heykəl ucaldıldı 3 İyul 2020, 17:40 icazə.e-gov.az portalında yenidən icazə almaq tələb olundu - XƏBƏRDARLIQ 3 İyul 2020, 17:39 Payız ayları üçün vəziyyətə hazır olmalıyıq - TƏBİB sədri 3 İyul 2020, 17:34 “Yas mərasimində 84 nəfər koronavirusa yoluxub” - Ramin Bayramlı 3 İyul 2020, 17:29 Koronavirusa yoluxanların yarıdan çoxu Bakının payına düşür - RƏQƏMLƏR 3 İyul 2020, 17:24 Azərbaycanda koronavirusdan ölüm 2 faiz təşkil edir 3 İyul 2020, 17:21 Koronavirusla bağlı qeyri-müəyyənlik davam edir - Prezidentin köməkçisi  3 İyul 2020, 17:18 Türkiyə Ali məhkəməsi Aya Sofya məbədinin statusunu dəyişməyə icazə verdi 3 İyul 2020, 17:17 Azərbaycanda daha 583 nəfər koronavirusa yoluxdu - 7 nəfər öldü  3 İyul 2020, 17:16 Biz cəmiyyət olaraq, böyük təhlükə ilə üz-üzəyik” - Prezidentin köməkçisi 3 İyul 2020, 17:13 Baş prokuror Türkiyənin ölkəmizdəki səfiri ilə görüşüb - FOTO 3 İyul 2020, 17:11 Operativ Qərargah brifinq keçirir - Canlı 3 İyul 2020, 17:05 İqtisadiyyat Nazirliyinin səlahiyyətləri artırıldı 3 İyul 2020, 17:00 Baş Nazir sərt karantin rejimi barədə qərarı TƏSDİQLƏDİ 3 İyul 2020, 16:55 Putin Konstitusiyaya dəyişiklikləri TƏSDİQLƏDİ 3 İyul 2020, 16:51 Dövlət Agentliyi 84 obyektdə pozuntu aşkar etdi 3 İyul 2020, 16:50