Modern.az

Türkiyədə 136 sərnişinin olduğu təyyarədə bomba XƏBƏRDARLIĞI

Türkiyədə 136 sərnişinin olduğu təyyarədə bomba XƏBƏRDARLIĞI

Dünya

Bu gün, 23:04

Türkiyənin paytaxtı Ankaradan Şanlıurfaya uçan AJet təyyarəsində partlayıcı maddənin olması barədə məlumat verilib.

Modern.az yerli mediaya istinadla xəbər verir ki, sərnişinlərin təxliyə ediləcəyini və təyyarədə axtarış aparılacağını açıqlayan Şanlıurfa valisi Hasan Şıldak sosial media hesabında bildirib:

“Oktyabrın 5-də saat 19:00-da Ankaradan Şanlıurfaya yola düşən AJet-in 4180 nömrəli sərnişin təyyarəsində partlayıcı maddənin olduğu bildirilib. Buna görə sözügedən təyyarə saat 20:05-də Şanlıurfa GAP Hava Limanına eniş edib. Sərnişinlər təhlükəsiz şəkildə təxliyə edildikdən sonra təhlükəsizlik qüvvələri tərəfindən təyyarədə partlayıcı maddənin olub-olmaması ilə bağlı axtarış aparılacaq.

Təyyarədə 136 sərnişin və 7 ekipaj üzvü var. Təyyarədə olan sərnişinlərin və ekipaj üzvlərinin təhlükəsiz şəkildə təxliyə edilməsi üçün bütün tədbirlər görülüb”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyədə Bakıya qarşı təxribat - Nə baş verir?